Gəncə Kitab Klubu “5 İllik Yubiley”ini keçirdi

  • 24 may 2019, 10:44

Gəncə Kitab Klubu 5 İllik Yubileyini oxucuları ilə birlikdə qeyd etdi.

"Art Garden", "Kitab Oxu", "Foto-Studio-Dizayn" və "Gənc Yazıçılar" klubunun dəstəyi ilə baş tutan tədbirdə Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin sədri Müşfiq Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxananın direktoru Elmira Əliyeva, gənc şair və yazıçı Etibar Həsənzadə, şairə və yazıçı Esmira Günəş və müxtəlif təhsil müəssisələrindən tələbələr iştirak edib.

Tədbir açıq havada təşkil olunan kitab sərgisi ilə başlayıb. Oxucular, 10%-dən 50%-dək endrimlə həm yerli həm dünya ədəbiyyatından müxtəlif janrlarda kitablar əldə etmək fürsəti qazanıblar.

 

"Gəncə Kitab Klubu"nun sədri Ülviyyə Mahmudova tədbir iştirakçılarına klubun 5 illik fəaliyyəti haqqında ətraflı məlumat verdikdən sonra klubun fəaliyyətini əks etdirən, şəkillərdən ibarət qısa video-çarx nümayiş olunub.

 

Tədbirin qonaqları klubu 5 yaşı münasibəti ilə təbrik edərək, kitab oxumağın, mütaliənin insan həyatındakı əvəzsiz rolundan gənclərlə öz fikirlərini bölüşüblər.


"Art Garden" və "Gəncə Kitab Klubu"nun birgə təşkilatçılığı ilə hazırlanmış, "Oxuyan Gəncə" adlı şəhərdə əhali arasında aparılmış qısa sosial-sorğu videosu tədbir iştirakçılarına nümayiş olunub.

Tədbirin "Kitab Viktorinası" hissəsində 6 nəfər gənc suallara doğru cavab verərək kitab hədiyyəsi qazanıb.

Tədbirin sonunda "Gəncə Kitab Klubu"nun 5 illik fəaliyyəti ərzində yüksək fəallıq göstərmiş 10 nəfər kitabsevər gənc sertifikat və hədiyyələrlə təltif olunub.

"Art Garden", "Kitab Oxu", "Foto-Studio-Dizayn" və "Gənc Yazıçılar" klubu tədbirin təşkilində göstərdikləri dəstəyə görə "Təşəkkürnamə" ilə təltif olunublar.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra kitabsevərlər üçün "Yubiley Party" təşkil olunub.

Qeyd edək ki, klubun yaradılmasında əsas məqsəd gənclər arasında kitab oxumaq vərdişini aşılamaq, kitab mütaliəsinə maraq yaratmaq və gənclər arasında kitab oxumağı həyat tərzinə çevirməkdir.

 


 

Oxşar xəbərlər