Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

18:27 - 20.10.2019  
9 May qələbəsində payı olan canlı tarixlər...
Tarix: 9-05-2019, 08:56 | Bölmə: Xəbərlər » Maraqlı

Onlardan 400 nəfərə yaxını yaşayır və dövlət qayğısı ilə əhatə olunub

9 May qələbəsində payı olan canlı tarixlər...Bu gün Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 74-cü ildönümüdür. 5 illik müharibə mayın 9-da Sovet İttifaqının qələbəsi ilə başa çatmışdı. 1945-ci il mayın 8-dən 9-na keçən gecə alman generalı Vilhelm Keytel danışıqsız təslim aktını imzalayıb, bununla da Böyük Vətən müharibəsi faşizm üzərində qələbə ilə yekunlaşıb. Qələbə günü bu gün də postsovet ölkələri və İkinci Dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə qeyd olunur.

Məlum olduğu kimi, Sovet İttifaqının müharibədə qələbə çalmasında Azərbaycandan gedən yüzminlərlə əsgər və hərbçilərin, o cümlədən Bakı neftinin böyük payı olub. Ölkəmiz 300 min nəfərdən artıq itki verib. 1941-1945-ci illərdə Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq  göstərib. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılıb. 5 il ərzində Azərbaycandan 600 mindən azərbaycanlı qadın və kişi cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçib. Həmvətənlərimizin 130 nəfərdən çoxu Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri "Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunub.  İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları  bu müharibədəki qəhrəmanlığı ilə adını tarixə yazıb.

Bu müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilmişdi. Neftçilərimizin fədakarlığı sayəsində Bakı cəbhəni və sənayeni yanacaqla təmin edirdi. Bu illərdə Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilmişdi. Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olmuşdu. O cümlədən akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılmışdı.

Hər il 9 may Qələbə günü ərəfəsində dövlət başçısı və ayrı-ayrı qurumlar səviyyəsində Böyük Vətən müharibəsi iştirakçıları ilə görüşlər keçirilir, onlara dövlətin diqqət və qayğısı əsirgənmir.

9 May qələbəsində payı olan canlı tarixlər...İkinci Dünya müharibəsi iştirakçılarının sosial təminatı sahəsində görülən işlərlə bağlı "Yeni Müsavat”a danışan  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil  Talıbov bildirdi ki, hazırda onların sayı 400 nəfərə yaxındır: "1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndilməsi istiqamətində ötən dövrdə ölkəmizdə mühüm addımlar atılıb. Azərbaycanda hazırda 400 nəfərə yaxın İkinci Dünya müharibəsi iştirakçısı var, onlardan 250 nəfəri İkinci Dünya müharibəsi əlilləridir. Bu kateqoriydan olan vətəndaşların sosial təminatı diqqətdə saxlanılır”.

F.Talıbovun sözlərinə görə, dövlət başçısının 15 aprel tarixli fərmanı ilə baş tutan artımlar İkinci Dünya müharibəsi iştirakçılarına da şamil edilib: "Prezident cənab İlham Əliyevin müvafiq fərman və sərəncamı ilə 1941-1945-ci illər İkinci Dünya müharibəsi əlilləri və digər iştirakçıları Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri ilə təmin edilirlər və ötən dövrdə bu təqaüdlərin dəfələrlə artırılması təmin edilib. Dövlət başçısının 15 aprel 2019-cu il tarixli Fərmanına əsasən, müharibə əlillərinin, o cümlədən  İkinci Dünya müharibəsi əlillərinin də təqaüdləri aprelin 1-dən ciddi şəkildə artırılıb. Belə ki, onlardan  I dərəcə əlilliyi olanlar üçün təqaüdün məbləği 250 manata, II dərəcə əlilliyi olanlar üçün 230 manata, III dərəcə əlilliyi olanlar üçün 210 manata çatdırılıb.  I dərəcə əlilliyi olanlara qulluq edənlər üçün isə 15 aprel 2019-cu il tarixli digər fərmanla 50 manat  aylıq təqaüd təsis edilib.  İkinci Dünya müharibəsinin digər  iştirakçıları üçün  Prezidentin aylıq təqaüdü 15 aprel 2019-cu il tarixli sərəncamla 150 manata çatdırılıb.  Həmin təqaüdlə bərabər, İkinci Dünya müharibəsi veteranları əmək pensiyası ilə təmin edilirlər. Onların əmək pensiyası təyin edilərkən əlavə də hesablanıb”.

Nazirlik rəsmisi bildirdi ki, hər il Qələbə günü ərəfəsində dövlət başçısının müvafiq sərəncamı ilə İkinci Dünya müharibəsi iştirakçıları, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər və b. birdəfəlik maddi yardımla təmin olunurlar. 23  aprel 2019-cu il tarixli sərəncamla da 400-ə yaxın İkinci Dünya müharibəsi iştirakçısının hər birinə 1000 manat, qalanlarına, yəni sərəncamda nəzərdə tutulan digər kateqoriyadan olanların - 8,9 minə yaxın şəxsin hər birinə 500 manat məbləğində birdəfəlik maddi yardım verilib.

F.Talıbovun sözlərinə görə, ötən dövrdə həmçinin  İkinci Dünya müharibəsi əlillərinin mənzil və minik avtomobili ilə təminatı da həyata keçirilib: "Belə ki, bu vaxta qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 102 nəfər İkinci Dünya müharibəsi əlilinə  mənzil, bu təbəqədən olan 1117 nəfər şəxsə minik avtomobili təqdim olunub. İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsi sahəsində və digər sahələrdə də məqsədyönlü tədbirlər görülür, onların bərpa müalicəsi, sanator-kurort yollayışları, ehtiyac duyduqları zaman evlərində sosial xidmətlərlə təminatı  və digər istiqamətlərdə işlər aparılır”.

"Yeni Müsavat”

Xəbər 797 dəfə oxunub






Oxşar xəbərlər

Rusiyanın “ən təhlükəli” hərbi gəmisi...
18 illik şöbə müdiri işdən çıxdı
Zidan "Real"ın "Malyorka"ya məğlubiyyətini şərh edib
Bakının ən qəribə küçə adları (SİYAHI)
YAP bəyanat yaydı: "Qanuni hakimiyyətin devrilməsi çağırışları ölkənin konstitusion quruluşuna qəsddir"
Cəlilabad Təhsilində nə baş verir? - QALMAQAL
ABSURD - İş adamı baş redaktorun həbsini istəyir
Arif Əliyev yazdı - "REFORMA-2"
Razılaşdırılmamış aksiyada saxlanılan Əli Kərimli və digərləri sərbəst buraxıldı
“Bu özbaşınalığa görə kim məsuliyyət daşımalıdır?” - Əli Həsənov
"60 nəfər saxlanıldı" - Rəsmi açıqlama
"Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var" - BŞBPİ-dən Açıqlama
İcazəsiz mitinqə görə bağlanan stansiyalar açıldı
“19 oktyabrda qarşıdurma baş verərsə, məsuliyyəti onlar daşıyacaq”
Oliqarx məmurların sonu çatdımı? – Ekspertdən
Doğrudanmı Yaxın Şərqdə “Kürd səhifəsi” çevrilir...
"Bakı xəbər"-də MÜƏMMA" - "v ne ştatnik" müxbir siyasi yazıları niyə oğurlayır ?
Türkiyəni niyə sevməliyik? - publisist baxışı
“MTN çetesi”nin ifşasının 4 ili - Ekspert dəyərləndirir
Zahid Oruc: “Dəyişikliklər qaçılmazdır”
Azərbaycanda qoyun və inəklərin sayı AÇIQLANDI
Azərbaycanlı Ukraynada Baş prokurorun müavini oldu - FOTO
Mətbuat Şurası da toplanıb
Keçmiş maliyyə naziri iqtisadi tənəzzüldən gileyləndi - TƏHLİL
GƏNCƏ MÜSTƏQİLLİK GÜNÜ BAYRAQSIZ QALDI
Leyla Əliyevanın 18 Oktyabr hədiyyəsi – VİDEO
Tanınmış simalar Əli Həsənovu yağmaladı: "İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...
“Yol Polisinə dəstək” qrupları yaradıldı
ADAU-nun rektoru Belarusdadır
Tramp: "İŞİD tam nəzarət altındadır"
Prezidentin mesajları: vətəndaş rifahı, yeni kadrlar, şəffaflıq...
"Dövlət Nəzarət Təhlükəsizlik Departamenti"nin rəhbəri həbs olunub - Rəsmi
Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)
QHT sədrləri Əfqan Muxtarlının azad olunması üçün prezidentə müraciət etdilər
Azərbaycana böyük Qarabağ dəstəyi gəldi
Zümrüd Yağmur yazdı: " O xoruza sayğı duymaq..."
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Polislər halı pisləşən sürücünün köməyinə çatıblar
İtaliyada yol qəzasında 20 nəfər yaralanıb
HESABAT: Maliyyə institutlarının "Turan Bank"a inamı azalıb
Nazir Vilayət Eyvazovun bacısı vəfat edib
Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.30669] initstartout [0.00023] initstartin [0.00106] calstart [0.01346] calend [0.00081] topnewsend [0.00535] rsssend [0.00000] ehgend [0.02873] tagsstart [0.00093] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.25608]