Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

13:01 - 19.05.2019  
Kollec məzunları bu il universitetə imtahansız qəbul olunacaq
Tarix: 5-05-2019, 21:37 | Bölmə: Xəbərlər » Maraqlı

Kollec məzunları bu il universitetə imtahansız qəbul olunacaq

 

 

Ötən il "Təhsil haqqında” Qanunun 22-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən kollec məzunları ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul imkanından yararlana bilərlər. Hər iki təhsil müəssisəsində kredit əsaslı təhsil təşkil olunduğundan, subbakalavr təhsili alan şəxslərin ali təhsil müəssisəsinə qəbul olmaq üçün yenidən müsabiqə mərhələsini keçməsinə ehtiyac yoxdur. 

Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Sübhi Kazımov həmin vaxt açıqlamasında bildirmişdi ki, bu qaydalarda müəyyən olunacaq ki, hansı ixtisaslarla hansı ali təhsil müəssisələrinə daxil olmaq  olar. Burada toplanan kreditlər ali təhsil müəssisəsində hesablanacaq.
 
Bundan başqa, nazirlikdən əlavə edilmişdi ki, subbakalavr təhsili olan şəxslər digər tələbələrə nisbətən universiteti daha tez bitirə biləcəklər: "Unifikasiya ona gətirib çıxaracaq ki, kollecdə keçirilən fənlərin böyük əksəriyyəti həm məzmun, həm də kredit sayı etibarı ilə ali məktəblərdəkilər ilə eyni olacaq.Tələbə bakalavriat səviyyəsi üzrə təhsil almağa başlayanda artıq həmin bakalavriat proqramının bir hissəsini subbakalavrda mənimsəmiş və onlara görə kreditini ödəmiş olacaq. Bunun hesabına da kollec məzunu olmuş və ali məktəbdə təhsil alan tələbənin təhsil müddəti qısalacaq. Yəni tələbə 2,5-3 il müddətinə artıq bakalavriat səviyyəsini bitirmiş olacaq”.
 
Yeni qaydaların hazırlanması və tətbiqi üçün qurumlara 6 aylıq bir müddət verilsə də, hələ də bu barədə ictimaiyyət məlumatlandırılmayıb. Bu zaman belə bir sual yaranır: Kollec məzunları üçün bu il qəbul hansı qaydalara əsasən aparılacaq?
 
Təhsil eksperti Kamran Əsədov bildirib ki, hazırda qanunun tətbiq olunması üçün çatışmayan yeganə tərəf formatdır: "Prezident 6 aylıq bir müddət qoymuşdu, ancaq hazırda vaxt bitsə də, qanunun tətbiqi ilə bağlı hər hansı bir iş görülməyib.  Aydındır ki, birinci il müraciət kütləvi olacaq. Səhv etmirəmsə, müstəqillik dövründə bu günə kimi kollecləri 700 minə yaxın tələbə bitirib. Hazırda oxuyanların sayı 54 mindir. Bu zaman sual yaranır ki, bu tələbələrin hamısı oxumaq istəsə, vəziyyət necə olacaq? Axı universitetlərin o qədər kadr potensialı, resursu yoxdur. Bundan başqa, hələ də bilinmir ki, qəbul Ali məktəblərə qəbul imtahanından sonra boş qalmış vakant yerlərə ayrılacaq, yoxsa ayrıca plan yeri olacaq?
 
Mən həm Təhsil Nazirliyinə, Həm də Nazirlər Kabinetinə elektron formada öz təkliflərimi göndərmişəm.  Təklif edirəm ki, orta ixtisas təhsilini bitirmiş tələbələrin təhsil aldığı zaman topladığı ümumi bala əsasən orta bal çıxarılsın. Və beləliklə balı yüksək olanlar müsabiqəyə qoşulsun. Bundan başqa, bilirik ki, tələbələrin təqribən 40%-i kolleci fərqlənmə diplomu ilə bitirir.
 
Tələbələrin yerləşdirilməsi məsələsinə gəldikdə isə, hazırda bir çox kolleclər universitetlərin nəzdində fəaliyyət göstərir. Odur ki, burada bir çıxış yolu var. Hər kəs universitetdə sırf bitirdiyi ixtisas üzrə təhsilini davam etdirsin. Məsələn, pedoqoji kolleci bitirən elə Pedoqoji Universitetə daxil olsun.
 
Nəyin bahasına olursa olsun, bu il qəbul aparılacaq. Ancaq xeyli cavabı açıq qalmış suallar var.
 
Əvvəllər kolleclərdə hüquq ixtisası da var idi. Onların qəbulu necə aparılacaq? İxtisası ləğv olunmuş şəxslərin qəbulu necə aparılacaq? Və yaxud tibb bacısı ixtisası üzrə təhsil alanlar Tibb Universitetinəmi daxil olacaq?
 
Bu yaranmış suallarla bağlı da nazirliyə dəfələrlə sorğu göndərsəm də, cavab ala bilməmişəm. Nazirlər Kabinetindən isə cavab gəlib ki, qanun qəbul edilib, Prezident tərəfindən imzalanıb, sadəcə qaydalar müəyyənləşməyib və üzərində işçi qrupu işləyir.
 
Bugünkü gündə insanlar narahatdır. Həmin tələbələrin böyük əksəriyyəti qəbul imtahanlarında iştirak etməyib. Fikirləşirlər ki, qanunda edilmiş dəyişikliyə əsasən imtahansız universitetlərə qəbul alacaqlar. Bu təcrübə dünyada var və uğurlu bir addımdır”.  ("Qafqazinfo”)
Xəbər 1735 dəfə oxunub






Oxşar xəbərlər

İranda qum fırtınası başlayıb
Oqtay Əsədov Zelenskinin andiçmə mərasimində iştirak edəcək
Şəmkirin icra başçısı Dilqəm Əsgərovun oğlunun torpağını əlindən alır ?
Trampın gəlirləri və borcları açıqlandı
Ərdoğanın yaşlı qadınla söhbəti rekord qırdı - VİDEO
Gürcüstanın sabiq prezidenti qaynaqçılıq edir
ADAU-da Gəncə-Startap günləri başldı
Gədəbəydə aptek talayanlar Gəncədə tutuldu
İran raketləri Fars körfəzindəki Amerika gəmilərini hədəfə alıb
"Azərbaycan ABŞ-a 8,2 mlrd dollar investisiya qoyub"
Ceyhun Osmanlıya Avropada vəzifə verildi
Afaq Bəşirqızı məmurlara çağırış etdi: “Siz də ayılın...”
AVF-nin baş katibi dəyişib
Çin TV Azərbaycan haqqında 8 seriyalı film çəkib
Cavid Qurbanovun "İSPAN TAPMACASI" - 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?
Abşeron İHB daha bir jurnalistə qarşı - Məhkəmə İŞİ
Gəncədə körpülər əsaslı təmir olunacaq
Adnan Oktarın həbsxanadan - FOTOLARI
"Emin 444"ün "morqda" çəkilən görüntüləri yayıldı
Atəşkəs rejimi 26 dəfə pozulub
Musabəyovun bağlatdığı popkorn satışı yenidən açıldı
ABŞ hərbi gəmiləri Fars körfəzinə daxil olub
ABŞ-ın İrəvana son ismarışı, köhnələn “Rusiya kartı”...
İquain "Yuventus"a qayıdır
Vidadi Rzayevdən ŞOK açıqlamalar: ..hamısı aftafalardı, yaltaq və sümsüklərdi"
İlan mələyən çöllərimizdəki “ilan zəhəri”adlı böyük xəzinə
"AĞ PARTİYA" başqanı "Yeni Müsavat"-a MÜSAHİBƏ verdi
AYB 8000 manat qarşılığında seks-striptizə göz yumur -VİDEO
Müxalifətdən Pənah Hüseynin seçki blokuna reaksiya
Brüssel zirvəsi başa çatdı – nəticələr...
ABŞ “Huawei” şirkətini qara siyahıya salıb
“Donald Tramp, hanı azadlıq?” – MADURO
“Bu fərman müstəsna rol oynayacaq…” – Ali Məhkəmənin sədri ilə MÜSAHİBƏ
Orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevriləcək
“Zakir Fərəcov Sumqayıtda boş yer qoymadı…” – “Kristal Abşeron”la birlikdə…
Azərbaycan Avropanın sənədinə niyə imza atmadı?
Gəncə Avtomobil Zavodu ELEKTROBUS istehsal edir
“Avroviziya”da terror təhlükəsi var?..
Ermənilərin qənimi olan Bakı qoçuları…
“Elçibəyin ruhundan üzr istəyirəm” – Emin Milli
Ölümdə adı keçən həndbol hakimi həbsdən necə qurtuldu? - Nazirin yazdığı məktub üzə çıxdı
Tovuzda mağazadan oğurluq edən şəxs saxlanılıb
Bakının mərkəzində atışma - Generalın qohumu tutuldu -
Macarıstan Səfirliyinin diplomatı ADAU-da olub
Abşeron "kraliçası"nın "Demokratik.Az"-a qarşı şikayəti rədd edildi
Elmar Vəliyevin nömrəsini əlindən aldılar(?) — FOTO
"Sona qədər savaşarıq" - Çin ABŞ-ı hədələdi
“HƏDƏ və GƏDƏ qarşısındakı AZƏRBAYCAN!” – Deputat yazır...
Abşeron İHB niyə “Mediafobiya”ya tutulub? İradə Gülməmmədovanın tənqidə münasibəti xaotikdir
Mir Şahin "Brüssel olayı"ndan sərt danışdı - "Ağrınızı yenə vətən çəkir " / VİDEO
Emin Milli Prezident İlham Əliyevdən ÜZR istədi
Günəşdə güclü maqnit qasırğası olub
Bakıda “bomj”u öldürən şəxsə hökm oxunub
İlham Əliyev və Nikol Paşinyan görüşdü
Tramp Putinlə görüşəcək
Dişləri möhkəmləndirən qidalar – SİYAHI
“Bu fırıldaq sxemlə “OTKAT” alıblar…” – Sabiq nazir müavini həbs edilə bilər
Ramazanın 9-cu gününün duası – İmsak və iftar vaxtı
"Çinlə bağlı 325 milyardlıq qərarı verməmişəm"
Mənsimov Əli İnsanovla əməkdaşlığa MÜMKÜNSÜZ dedi
Bu gündən 72-ci Kann Festivalına start verilir
Paşinyan: “İlham Əliyevlə qısa danışığımız oldu”
Aygünün qızı tanınmaz halda - FOTO
Sumqayıtda FHN əməkdaşını qətlə yetirən şəxs KİM imiş?
Putin: “Bu silah birinci bizdə olmalıdır”
Rusiya təyyarələri İbliddə sivilləri yaraladı - İddia
“İki ildir hər yerdə sənə “zibil” deyir, susursan…” – “Lotu Quli”
Bitkoinin qiyməti 7 min dolları keçib
Xalidə Bayramova cinayət məsuliyyətinə cəlb edilir?
Vüsal Rzazadə ilə bağlı vitse prezidentə MÜRACİƏT olundu

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.28603] initstartout [0.00022] initstartin [0.00108] calstart [0.01373] calend [0.00074] topnewsend [0.00467] rsssend [0.00000] ehgend [0.00966] tagsstart [0.00075] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.25513]