Osman Nərimanoğlu: "Demokratik düşüncələrim!" (4)

  • 29 apr 2019, 16:14
- Allahın insan həyatına bəxş etdiyi demokratiya bir və dəyişməzdir - Dünya səni ölümə aparan biogəmidir, burda gördüyün, eşidib inandığın, yaşadığın nə varsa əslində fəlsəfi yoxluqdur. Bu dünyanın menyusunda əsl həqiqət sifariş edə bilməzsən!
- Kainat elə sürətlə fırlanır ki, səni də fırladır, əslində sona tələsdirir. Tanrının özünün zamanı - saatı yoxdur, amma sən tık-tıklı saata möhtac qalmısan. Çünki, sən yaradanın özünə heç də oxşamırsan. Ölümsüzlük arzulayanlar ölümlərinə qədər ölçü uydurduğu saatın əqrəblərinə əslində möhtac qalıb. Nə era, nə əsr, nə il, nə də günlər və saatlar realdır - bu yalanları da sən özün üçün uydurmusan!
- Nə iqtidar olmaq, nə də müxalifçilik etmək reallıqdan - ilahi demokratiyadan deyil. Ona görə də adını siyasət qoymusan! Siyasət mücərrəddir və reallıq aşılamır, sadəcə insanların zehnini qarışdırıb keçmiş və gələcək liderlər barədə miflər yaradır. Demokrat olmaq istəyirsənsə, allahına dua et!
- Əslində yer üzündə yaxşı insan yoxdur, sadəcə mövcudat bir-birinin əksidir deyə fərqlər, nisbiliklər var. Adam dediyin ən təmiz olanı həzm edib naqis nəcis ifraz edirsə, pis əməl törədəcək potensial varlıqdır, vəssalam.

- İnsanın içində iki cür demokratiya var ki, ağılla hərəkətdədir. Biri, şeytana - nəfsə tabedir, digəri isə allaha - imanına rabitə ilə bağlıdır. Cismin özü isə, torpağa qayıdan yemdir...

Bugünlük də bu qədər qısa...

Osman Nərimanoğlu
Oxşar xəbərlər