Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

01:10 - 14.10.2019  
Kəramət Böyükçöl şairləri aşağıladı, cavab gecikmədi
Tarix: 29-04-2019, 09:03 | Bölmə: Xəbərlər » Maraqlı

Sabir Rüstəmxanlı: "Poeziyaya bu cür qeyri-ciddi münasibət olmaz...”

Kəramət Böyükçöl şairləri aşağıladı, cavab gecikmədiZaman-zaman fərqli və cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmayan fikirləri ilə gündəmə gələn gənc yazıçı Kəramət Böyükçöl "Hüriyyət” qəzetinə müsahibə verib. Onun bu müsahibədə Azərbaycan şairləri ilə bağlı işlətdiyi cümlələr etirazla qarşılanıb. Xüsusilə, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk barədə dedikləri daha çox narazılıq yaradıb.

Müsahibədən sitat: "Şeir yazmıram. Ümumiyyətlə, şairlərə ciddi baxmıram. Vaqif Səmədoğluna Allah rəhmət eləsin, onun Moşu obrazı Azərbaycanda şairə elə bir zərbə vurub ki, bu gün burda bu peşənin sahiblərinə ciddi yanaşmırlar. Yazıçı sözü daha samballıdır. Bəxtiyar Vahabzadəni, Xəlil Rzanı dərsliklərə salıb, uşaqlara zorla oxutmaqla onları kiməsə sevdirmək, kiminsə onları anlayıb qəbul etməsinə nail olmaq mümkün deyil”.

VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlı "Yeni Müsavat”da K.Böyükçölə belə cavab verdi: "Onun hərdən hay-küy salmaq, bəlkə də, diqqəti cəlb etmək üçün gözlənilməz, bəzən də zərərli olan açıqlamaları olur. Onun bunu nədən etdiyini deyə bilmərəm. Onunla bu barədə söhbətlərimiz olub. Onun dedikləri, şübhəsiz ki, ciddi fikirlər deyil. Çünki Azərbaycan, oğuz ədəbiyyatının 1500 illik tarixinin təxminən 300 ili poeziyadır. XIX əsrdən etibarən daha çox nəsr başlayıb. Poeziyaya bu cür qeyri-ciddi münasibət sərgiləmək olmaz. Millətimizin ruhunun, yaddaşının, milli təfəkkürünün, ictimai şüurunun formalaşmasında poeziya müstəsna rol oynayıb. Bunu heç kim inkar edə bilməz. Aşıq Ələsgərin, ondan əvvəl Məhəmməd Füzulinin, sovet dövründə Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın xidmətlərini heç kim dana bilməz. Bəxtiyar Vahabzadə və Xəlil Rzanı xalqın qəlbindən çıxarmaq mümkün deyil. Bəlkə də Kəraməti əsəbləşdirən, hövsələdən çıxaran bu gün şeirin ucuzlaşmasıdır. Bəxtiyar Vahabzadə və Xəlil Rzanın adlarını çəkmədən desə ki, bu gün şeirə mənasız, heç bir poetik dəyəri olmayan yüzlərlə, kitablar çap olunur, fikirlərini bölüşərəm. Tənqid olunmadan, onun qüsurları göstərilmədən, ədəbi dəyərinin olub-olmadığı deyilmədən kitablar çapdan çıxır. Bəzən o kitablarla Yazıçılar İttifaqına girirlər. Nəticədə əsl poeziya kölgədə qalır. Bununla bağlı Kəramət narahatçılığını ifadə etsə, ona qoşula bilərəm. Amma böyük şairlərimizin adını çəkməklə poeziyamızı nüfuzdan salmaq istəyi mənasızdır. Doğrudur, bu gün dünyada şeir getdikcə az oxunmağa başlayıb. Əvvəlki kimi şeirə marağın olduğunu də deyə bilmərik. Amma Azərbaycan və bəzi ölkələr üçün poeziya hər zaman qalacaq, millətin sonuna kimi yol yoldaşı olacaq. Ruh varsa, onun dili şeirdir. Nəğmə varsa, demək şeir də var”.

Gənc şair İntiqam Yaşar poeziyanın ciddi məsələ olduğunu söylədi: "Ümumiyyətlə, kütlənin düşüncəsində poeziyanın, şairin obrazı yanlış formada yaradılıb. Bu hər hansısa bir filmə, tamaşaya bağlı bir məsələ deyil. Sovet dövründən bu bir siyasət olub. Fikrimcə, cəmiyyətdə fikir adamlarının tribunaçı, pafosçu, bir az da qeyri-ciddi obrazı formalaşsın deyə, bu cür siyasət aparılıb ki, cəmiyyətə təsir imkanları bəlli bir çərçivəni keçə bilməsin, uzağı, məhəlli miqyası əhatə etsin. Bu gün şairi və şeiri kütlənin hansısa kəsiminin bir ifadəsi qarşısında danmaq, kiçiltmək elə o kütləyə uduzmaqdır. Yüz dəfə maarifçilikdən dəm vur, kitaba çağırış et, ali, bəşəri dəyərləri əlində bayraq et. Sən fərd olaraq öz içində kütləyə uduzmusansa, ağ bayraq qaldırmısansa, nə danışsan faydasızdır. Təəssüf ki, sifariş qulluqçususan...”.

Cavanşir ABBASLI,
"Yeni Müsavat”

Xəbər 1428 dəfə oxunub






Oxşar xəbərlər

Prezident: "Bizim cəmiyyətimizdə kasıblar olmamalıdır"
Prezident ailəsinin istirahət FOTOLARI
Arif Hacılı Müsavat Partiyasının yeni başqanı oldu - NƏTİCƏLƏR
Kraliça sarayı təcili tərk etdi - Siçovula görə
Vaqif Dərgahlı “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib
Jirinovski şərq mətbəxtindən şikayətləndi
Təhsil nazirindən yeni - TƏYİNAT
“1937-ci ilin olacağını heç kəs ağlına gətirmirdi. Dəhşət idi” - S.Rüstəm
Yeniyetmə şahmatçımız dünya çempionu oldu
Lələ Təpə əsgərlərindən İlham Əliyevin nidasına cavab
Müsavat Partiyasının IX qurultayı keçirilir
“Rövnəq Abdullayev istefa verdi” uydurması kimin işi idi...
Dünya qlobal böhrana sürüklənir
Heç kimin görmədiyi “Siyahıyaalma” – Bu saxtakarlıq kimə lazım idi?
Gəncəyə yeni prokuror təyin edilib
Aşqabadda polemika: Əliyev yenidən söz alıb və Paşinyana cavab verib
Gəncənin prokuroru Baş Prokukorluqda yüksək vəzifəyə təyin olundu
“Sən küçəyə lüt çıxa bilərsən? Azadlıqdır da, çıx...”
Rafael Cəbrayılov prokurorluğa çağırılıb
Elmar Vəliyevin 4 milyonluq borcu-QALMAQAL
Göygöl ərazisində naməlum meyit aşkarlanıb
GDU yazılanları yalanlayır - RƏSMİ MÜRACİƏT
Xalq artisti də "Maşın"dan getdi - ŞOU
Bakıdakı qəzada ər-arvad yaralandı
Türk Ordusunun məhv etdiyi terrorçu sayı 277-yə çatdı
Sıla “Barış Pınarı” səbəbindən konsertlərini təxirə saldı
Heydər Əliyev Fondu Mübariz İbrahimovun atasının müalicəsini öz üzərinə götürdü
Çin UFO-ya bənzəyən yeni silah hazırlayıb
Asim Mollazadə: “Azərbaycan diasporu ABŞ-da çox zəifdir”
Əli Kərimlinin yaxın adamının səs yazısı: "Heç kim gəlmir, biabır oluruq" - AUDİO
Fuad Qəhrəmanlı qızlarından imtina etdi – EKSKLÜZİV
“ADAU-nu tanıdaq” layihəsi bu dəfə Şəmkirdə rellaşıb
"AXH"-də "Qadın əməliyyyatı" - Budurmu müxalif siyasi əxlaq ?
İsa Qəmbər Müsavat başqanını seçdi
Moskva Paşinyana qarşı “məxməri inqilab” hazırlayır
Prezident Rusiya nümayəndə heyətini qəbul edib
Firudin Cəlilov danışdı: “...test üsulunu təhsilə Vurğun yox, Firudin gətirib”
Beyləqanda döyülərək küçəyə atılan qız ölüb
“Milan” yeni baş məşqçisini açıqladı – Rəsmi
Məzahir Pənahovun qardaşına vəzifə verildi
“Yaltaqlıq cinayət sayılsın” – Məşhur vəkildən təklif
Göyçayda 4900 ABŞ dolları oğurlayan şəxs saxlanılıb
Müsavat başqanlığına iddiaçıların debatı başladı
DTX-nın strukturunda dəyişiklik edildi – Fərman
İki ədəbiyyat abidəsi bir arada – Foto
Əli Kərimli camaatı yürüşə çağırdı, özü niyə gəlmədi ?
"İlham Əliyevin bir çıxışı Ermənistanı qarışdırdı" - Əli Həsənov yazdı
Parlament yekdilliklə yeni Baş nazirə səs verdi
Vahid Əhmədovdan yeni baş nazirə XAHİŞ
Əli Əsədov kimdir? - Baş nazirliyə namizədin ömür yolu
Novruz Məmmədovun istefa xəbəri TƏSDİQLƏNDİ - Baş nazir vəzifəsinə Əli Əsədov gətirilir
Qız qaçırma: məhəbbətin qüdrəti, yoxsa cinayət...
Almaniyanın qapıları azərbaycanlıların üzünə bağlanırmı
Neftin bahalaşması davam edir
Honq Konq niyə Çin olmaq istəmir?
Bu gün Milli Şura piket keçirir (ŞƏRH)
Putin 67 yaşını Tayqa meşələrində qeyd etdi
Vilayət Eyvazov Göygölün yüksək rütbəli rəisləri sərəncama götürüb
“Binə” ticarət mərkəzindəki yanğın söndürülüb
“Lion” klubu baş məşqçisini qovub
Türkiyə Suriyanın şimalında əməliyyata hazırdır
Şəmkir Prokurorluğu bələdiyyə sədri ilə sakinin "namus davası"nı araşdırır
Mir Şahin Milli Şura üzvünün ŞOK səs yazısını yaydı – VİDEO
Prezident İlham Əliyev Vladimir Putini təbrik edib
Salman Farsinin həyatı
Qarabağ üçün mühüm dönəm - “Vəziyyət ciddiyə dəyişməsə...”
Çin qarşısıalınmaz qüvvə və təhlükədirmi?
Azərbaycanlı vəkil Rusiyada partiya yaradır – SSSR
Gəncədə şəhidə biganəlik! "Ruzigar bulağı" susuz qalıb - Fotolar
"Keşikçi qala" sərhəd zastavası istifadəyə verilib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.28566] initstartout [0.00021] initstartin [0.00103] calstart [0.01280] calend [0.00053] topnewsend [0.00558] rsssend [0.00000] ehgend [0.01952] tagsstart [0.00093] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.24502]