Emin Milli "Meydan TV"-dən getdi - Bəyanat

  • 28 apr 2019, 21:02

"Meydan TV”nin rəhbəri Emin Milli istefa verib.

Bu barədə o, yaydığı bəyanatda bildirib:

 "Bu illər ərzində bizi və məni dəstəkləyən hər kəsə bir daha səmimi olaraq təşəkkür edirəm! Bizi bir çox çıxılmaz vəziyyətlərdən çıxarda bildiz.Bundan sonra işsiz olacam, iş axtaracam və düşünəcəm ki, Azərbaycan üçün, xalqımız üçün, cəmiyyətimiz üçün necə faydalı ola bilərəm. Bu dünyada harda işə düzələcəyimdən və ya hansı yeni iş/layihə quracağımdan asılı olmayaraq hər zaman olduğu kimi Azərbaycana, xalqıma, dövlətimə xidmət edəcəm. İdman, yoqa və meditasiya ilə də hərdən məşqul olacam. Sizə də məsləhət görürəm"

Oxşar xəbərlər