Ucqar rayonlara sulu qar və qar yağıb

  • 20 apr 2019, 12:45

Dünəndən başlayan soyuq hava şəraiti bugün də davam edir,soyuq keçir.

"Demokratik.Az"-ın məlumatına görə, dünən gecə saatlarından etibarən ölkənin müxtəlif ərazisində sulu qar və qar yağır. Şimal bölgəsində - Quba və Lerikdə düşən qarın qalınlığı 3-5 sm təşkil edir. Cənub bölgəsinə güclü yağış, Qərb bölgəsində isə sulu qar və qar yağmağa davam edir.   

Hava şəraiti əhalinin elektrik enerjisi ilə təminatında, yollarda avtomobillərin və piyadaların hərəkətində problemlər yaratmasa da, meyvə bağlarına ciddi ziyan vurub.

Hava şəraitinin daha bir neçə gün davam edəcəyi deyilir...

Oxşar xəbərlər