Azərbaycanlı polkovnikə ABŞ-da yüksək vəzifə verildi

  • 17 apr 2019, 22:49
ABŞ Hərbi Dəniz Qüvvələrində polkovnik-leytenant rütbəsi ilə xidmətdə olan "John” ləqəbli həmyerlimiz Nəimi Əmiral ABŞ Müdafiə Departamentinin F-35 Beşinci Nəsil Döyüş Təyyarələri Baş Ofisində Türkiyə Proqramı Meneceri təyin edilib.
Bu barədə publika.az-a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
Xatırladaq ki, həmyerlimiz eyni zamanda F-35 Baş Ofisində Partnyorlarla Əlaqə və Xarici Satışlar Şöbəsində Ştab komandiridir. Bir neçə gün bundan əvvəl Azərbaycan əsilli komandir Amerikada səfərdə olan Türkiyə Müdafiə naziri general Hulusu Akarla və Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalınla da görüşüb.
Oxşar xəbərlər