“Qadınsız kişilər” Azərbaycanda

  • 04 fev 2015, 20:02
Məşhur dünya yazarı Ernest Heminqueyin "Qadınsız kişilər” kitabı azərbaycan dilində üzü görüb.

ANS PRESS-in məlumatına görə, sözügedən kitab Azərbaycan Tərcümə Mərkəzinin (ATM) "Tərcümə Mərkəzinin kitabları” layihəsi çərçivəsində dilimizə tərcümə edilib. Kitabın tərcüməçisi Mahir N. Qarayevdir.

"Qadınsız kişilər” adlı əsərlər toplusuna yazıçının müxtəlif dövrlərdə qələmə aldığı hadisələri, birinci və ikinci dünya müharibələri arasındakı tarixi mərhələnin mənzərələri əks olunur.

Kitaba görkəmli nasirin "Qadınsız kişilər" hekayələr silsiləsi ilə yanaşı, "Ya var, ya yox" romanı, həmçinin, Afrika mövzusunda yazılmış məşhur "Kilimancaro qarları" və "Frensis Makomberin uzun sürməyən xoşbəxtliyi" hekayələri də daxil edilib.

Xatərladaq ki, amerikalı yazıçı və jurnalist Ernest Miller Heminquey 21 iyul 1899 – cu ildə doğulub, 2 iyul 1961 – ci ildə vəfat edib.