Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

09:55 - 20.06.2019  
Bürclər -15 aprel
Tarix: 15-04-2019, 07:40 | Bölmə: Xəbərlər » Maraqlı

Qoç – bilik və bacarıqların artırılması, yeni təcrübənin əxz olunması üçün yaxşı zamandır. Problemlərin həllində kreativ olun. Müzakirələr və danışıqlar aparın, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün praqmat davranın.

Günün ikinci yarısında davranışınıza fikir verin. Hisslərə nəzarət etmək çətin olsa da, bunu bacarın.

Sevdiyiniz insanla və yaxınlarınızla münasibətlərinizdə hissləriniz tarıma çəkilə bilər. Ekstravaqant addım və ya qərar sizi sinirləndirməsin. Yeni tanışlıqlar istisna deyil. Amma onlar ani olacaqlar.

Buğa – günün ilk yarısında yaranan seçim imkanlarından bəhrələnin. Spontan şərtlər sizi qərarlarınızda qəti olmağa vadar edəcək. Yaşamınızda indi qəflətən baş verən hadisələr çoxdur. Sakit olun, təmkinli davranın. Qüvvələrinizə qənaət edin. Resurslara ehtiyacınız olacaq.

Günün ikinci yarısında alış-verişi, maliyyə əməliyyatlarını ertələyin. Borc almayın, borc verməyin. Yaxınlarınızdan biri ilə maddi məsələlərə görə anlaşılmazlıq yarana bilər. Mövqelərinizdən geri çəkilməyin.

Axşam saatları müzakirələr və təhlillər üçün əlverişli deyil.

Müəyyən məsələ ilə bağlı qeyri-effektiv metodlardan əl çəkmək zamanıdır.

Əkizlər – günün ilk yarısı əlverişli zamandır. Danışıqlar aparmaq, sövdələşməyə başlamaq, yeni tanışlıqlara nail olmaq, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün aktivləşmək olar. Yeni ideya və layihələri bir qədər ertələyin.

Situasiya sizdən daha çox cari işlərlə məşğul olmağı tələb edir. Vədlərə sadiq qalın, öhdəlikləri yerinə yetirin.

Risk arzuolunmazdır. Yalnız məşğul olduğunuz işin irəliləyişi, mövqelərinizin xilası üçün preventiv addımlar ata bilərsiniz.

Günün ikinci yarısında dəqiq olun. Başladığınız işi yarımçıq qoymayın. Yeni məlumat əldə edərkən sayıq davranın. Fəaliyyətinizdəki boşluqları aradan qaldırın, çətinliklərin əsirinə çevrilməyin.

Axşam saatlarında ideyalardan birinin gerçəkləşdirilməsi üçün zəmin hazırlayın. Bəzi problemlər avtomatik həllini tapacaq.

Xərçəng – günün ilk yarısı nevroz vəziyyətdir. Situasiya sürətlə dəyişəcək. Stabillik hissi yoxdur. Qərarları sürətlə, tez, psixoloji komfortu nəzərə almadan verin. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə gərginlik yarana bilər. Münaqişəyə səbəb olmayın.

Günün ikinci yarısında narazılıq artacaq. Münasibətlərin ənənəvi, köhnə modelləri sizi artıq təmin etmir, yeni konstruksiya isə gözə dəymir. Səbr və təmkin indi ehtiyac duyduğunuz xüsusiyyətlərdir. Emosiyalarınıza nəzarət edin. Ailə üzvlərinə qarşı kəskin iradlarla çıxış etməyin.

Şir – təcili həllini tələb edən işlərlə məşğul olun. Sərmayə və maliyyə məsələlərində ehtiyatlı olun. Diqqətli davranın. Enerji səviyyəniz aşağıdır. Qəfil hadisələr sizdən sürətli reaksiya və məntiqli həll tələb edir. Hadisələrin həddən artıq sürətli axarından kənarda qalmayın.

Günün ikinci yarısında imzalayacağınız sənədləri diqqətlə oxuyun.

Sizə yeni tapşırıqlar veriləcək. Vədlərə aldanmayın, ağır işlərə razılaşmayın.

Bilik və bacarıqların artırılması, intellektual fəaliyyət üçün əlverişli zamandır.

Axşam saatlarında normal istirahət edin.

Qız – günün ilk yarısı yaxşı zamandır. Gərəkli informasiya axtarışları maraqlı tapıntılarla sonuclana bilər. Yeni situasiyadan istifadə edərək irəliləməyə çalışın. Həmfikir və şəriklərlə birgə fəaliyyətə üstünlük verin.

 

Günün ikinci yarısında maliyyə itkiləri riskini mümkün qədər azaldın. Spontan istəklər və illüziyaların əsiri olmayın. Səhvlərin fəsadları ağır ola bilər.

Məişət problemləri ilə bağlı neqativ vəziyyət yarana bilər.

Avadanlıq sıradan çıxmasın deyə, ehtiyatlı olun.

Diqqətli olun, fikriniz mənasız işlərə yayınmasın. Bir qədər düşünün, ehmal olun.

Tərəzi – qəfil xəbərlər alacaqsınız. Sizə birbaşa dəxli olan məsələlərin həlli ilə məşğul olun. Kollektivdə dəyişikliklər, planlara yenidən baxılması, yeni tapşırıqlar və öhdəliklər istisna deyil. Köhnə mövqelər sizi təmin etmirsə, onlardan imtina edin. Yeni imkanlar yaranır.

Günün ikinci yarısında heç bir səbəb olmadan qısqanclığa qapılmayın. Yaşamınızda köklü dönüşə səbəb olacaq qərar zamanı deyil. Sabit münasibətlərdən imtina etməyin, əlaqələri kəsməyin. Məişət qayğılarını növbə ilə həll edin. Yaşam arealını qaydaya salın.

Axşam saatları yaradıcılıq üçün uğurludur. Əqli fəaliyyətlə məşğul olmaq olar.

Əqrəb – işlərinizdə qayda yaradın. Qayğı tələb edən obyekt spontan formalaşacaq. Həddən artıq yükə boyun olmayın, qüvvə və imkanlarınızı real dəyərləndirin. Fiziki tonus səviyyəniz aşağıdır. Tələsməsəniz, prioritetləri dəqiq müəyyənləşdirsəniz, gərəkli işlər məhz lazımi məcrada hərəkətə gələcəklər.

Günün ikinci yarısında dəyişikliklər uğurludur. Yeni situasiyanın fərqli şərtlərinə sürətlə uyğunlaşmağa çalışın. Önəmli məsələləri həll etmək, cari qayğıların çözülməsi ilə məşğul olmaq mümkündür. Məsləhət istəyən insanın sözlərini qulaqardına vurmayın.

Oxatan – günün ilk yarısı perspektivlər baxımından sərfəlidir. Aldığınız təklifləri dəyərləndirin. Səfər və ya yerdəyişmə ilə bağlı tapşırıqlardan imtina etməyin. Xəbərlər və informasiyaların axınında olun.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlar sizi diqqətlə dinləyəcəklər. Yazışmalarda passiv olmayın. Yeni ideya verə biləcək insanlarla sürəkli əlaqə saxlayın. Ünsiyyətdə özünüzü məhdudlaşdırmayın.

Yaxın gələcəklə bağlı planlarınıza düzəlişlər edin. Şəxsi münasibətlərdə sizi narahat edən məsələni təhlil edin.
Oğlaq – ən adi işlərlə yanaşı, mühüm məsələlərin çözülməsi üçün yaxşı zamandır. Bununla belə, genişmiqyaslı və yeni layihəyə başlayarkən səbrli olun, aramla davranın. İndi ağır işə başlamaq üçün əlverişli zamanın axtarılması vaxtıdır.

Günün ikinci yarısında işgüzar danışıqlar aparmaq olar. Yaxınlarınız sizi dəstəkləyəcək, planlarızın reallaşdırılmasında yardım edəcəklər. Ailədə nüfuzunuz artacaq.

Axşam saatlarını açıq havada keçirin.

Dolça – günün ilk yarısında problemlərin sayı artacaq. Təcili həllini tələb edən məsələlərlə məşğul olun. Sizi işdən ayıra biləcək xəbərlərə aludə olmayın. Fəaliyyət istiqamətinin dəyişməsi, yeni mühüm seçim istisna deyil. Borcları qaytarın, hesabları ödəyin.

Günün ikinci yarısında işlər düşündüyünüzdən də yaxşı alına bilər. Stavkaların yüksək olduğu situasiyalarda diqqətli olun. Rəqabət mübarizəsi kəskinləşəcək. Yaxın ətrafınızdakı insanlardan biri sizə qarşı vicdansızlıq edə bilər. Lakin düşmənə arxadan zərbə endirməyin.

Səhhətinizə fikir verin, vaxtında fasilə edin. Daxili gərginlik əlavə problemlər yaratmamalıdır.
Balıqlar – hər şeyi atıb dünyanın o başına getmək, canınızı boğaza yığmış şəraitdən və insanlardan qurtulmaq istəyirsiniz. Di gəl, bir qədər əvvəl verilmiş vədləri yerinə yetirmək, öhdəlikləri icra etmək gərəkdir. Bezməyin, soyuqqanlı qalın.

Günün ikinci yarısı birgə layihələrin reallaşdırılması, ümumi məqsədə çatmaq üçün səylərin birləşdirilməsi üçün əlverişli deyil. Ən yaxşı ideyanın müzakirəsini ixtilaf, mübahisə, münasibətlərin aydınlaşdırılması korlaya bilər.

Xəbər 473 dəfə oxunub






Oxşar xəbərlər

Sabiq nazir ölkədən 14 milyon dolları NECƏ ÇIXARDI?
Makron Zelenski ilə razılaşdı: Putinlə görüş olacaq
Elçibəyin ailəsi Birinci vitse-prezidentə təşəkkür edib
VERGİLƏRİN SƏRTLƏŞƏN ÜZÜ… – Sahibkarların qorxusu əsaslıdırmı?
Saakaşvilidən Kiyev şəhəri ilə bağlı inanılmaz təklif
Aİ ayrı ölkələr üçün vizasız rejimi dayandıra bilər
Dünya çempionumuz yeni qurum yaratdı
Ağstafada qətliam qan davasıymış
Sabirabadda otyandıran manyak peyda olub
Türkiyə-ABŞ ziddiyyətinin əsas səbəbi iddia olundu
Eldar Sabiroğlu oğlundan imtina edib?
Qobu qəsəbəsində iki qardaş qonşular tərəfindən döyülüb
Sabirin büstü bu abırda - Cəlilabadda etiraz + FOTO
Qumarda borc aldığı 427 min dolları uduzdu
Gəncədə tanınmış idmançının oğlu 1 manata görə öldürüldü
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb
Kredit faizləri niyə yuxarıdır - ilginc faktlar
Dünyanın ən seksual qadını seçildi – FOTO
Qarabağda müharibə küləyi əsir - EHTİMAL
Ağstafada 8 nəfərin avtomatla güllələnməsiylə bağlı RƏSMİ AÇIQLAMA
Türkiyədə erməni dilində İLK KANAL AÇILDI: Ərdoğan da dəstəklədi - FOTO
Xırdalanda kişi 4-cü mərtəbədən yıxılıb
Türkiyə Silahlı Qüvvələri 77 PKK terrorçusunu zərərsizləşdirib
“Odlar Yurdu” Gənclər İB 7 yaşında
Tarixi debat bitdi, müzakirələr alovlandı - Video
Maykl Pompeo: ABŞ İranla müharibə istəmir
Pənah Hüseyn Surət Hüseynova od püskürdü: “... Qələt eləyir..”
“Neftçi” - “OİK-Xabarovsk” oyununun vaxtı dəyişdirilib
"AZTV"çilər Osman Nərimanoğlunu təhqir və təhdid etdi - Bu saytın fəaliyyəti qanunidirmi?
Yeni Zelandiyada güclü zəlzələ - sunami təhlükəsi var
Sakit Okeanda 6,1 bal gücündə zəlzələ olub
Azərbaycan, Rusiya və İran prezidentləri görüşəcək
NASA 2020-də Kosmosa turist yola salacaq
Ermənistanda icma başçısı güllələndi
"AXC Heydər Əliyevin təcrübəsindən istifadə edə bilmədi" - BAXCP sədri
"Bunu etsək, ermənilər Qarabağdan qaçacaq" - Rauf Arifoğlunun müsahibəsi - VİDEO
İsmayıllıda kafe yanıb
PEŞƏKARLARIN AŞAĞILANMASI… – “Belə elita ilə ölkədən əsər-əlamət qalmayacaq!”
Fuad Abbasovun səhhəti pisləşib
“Ermənilər Allahdan tələb etdi ki...”
YENİ: Azərbaycan ordusu erməniləri raketlə darmadağın etdi - VİDEO
Alim Qasımov kilsədə azan oxudu - Video
Mikayıl Cabbarov yenidən BF prezidenti seçildi
ŞOUPROBLEM! Nazilə uduzdu, yoxsa Xoşqədəm?!
Nazilə Xoşqədəmdən üzr istəməyəcəyini bəyan etdi
Bakı 5 saylı xəstəxanada rüşvət, özbaşınalıq, soyğunçuluq... - VİDEOLAR
Bugün Azərbaycanda Qurtuluş Günü qeyd edilir
Ədliyyə naziri Gəncədə vətəndaş qəbulu keçirdi
İsveçdə adaya 100 milyon kəpənək axın edib
Atəşkəs anlaşması qüvvəsini itirir - müharibə başlaya bilər
Baş nazirimiz Tacikistan Prezidenti ilə görüşüb
Həlimə Əliyevanın cənazəsi Kələkiyə göndərildi
Meray Kerinin intim görüntüləri üzə çıxdı - Video
Murad Köhnəqala azadlığa buraxıldı
Nazir jurnalistə qarşı iddiasını geri götürdü
Ədoğanın dəstəyi ilə Türkiyədə erməni telekanalı açılıb – “Luys” TV
ADAU-da Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirilib
“Qan ver, yaşat!” Gəncə polisləri qan verdi
Oqtay Əsədov hirsləndi: Hadi müəllim, sizə də aiddir
Açıqlama: "Tankerləri ABŞ və İsrail partladıb"
Ankarada AXC-nin yaranmasının 101-ci ildönümü qeyd olunub
Ərdoğan Tacikistana səfər edib
“Yaltaq adam sonda mütləq əclaf olur…” (Şairlə Müsahibə)
ŞOK! Bakıda jurnalistin qızı və arvadı intihar etdi
Ornella Mutini həbs gözləyir
Nizami Cəfərov BDU-da kafedra müdiri seçildi
Vahid Əhmədov Lombardları sərt tənqid edib
Elçibəyin həyat yoldaşı vəfat edib - Türkiyədə
Qulaqlıqla 3 saatdan çox mahnı dinləmək olmaz
Milli Məclisdə büdcənin icrası müzakirə edilir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.41204] initstartout [0.00019] initstartin [0.00098] calstart [0.02516] calend [0.00067] topnewsend [0.01596] rsssend [0.00000] ehgend [0.05208] tagsstart [0.00069] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.31625]