Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

00:47 - 14.10.2019  
Rafiq Əliyevin adı 1,6 milyon dollarlıq dələduzluqda hallandı
Tarix: 8-04-2019, 13:40 | Bölmə: Xəbərlər » Maraqlı

Rafiq Əliyevin adı 1,6 milyon dollarlıq dələduzluqda hallandıBakıda "İrşad” otelini tanımayan yoxdur. Şəhərin mərkəzindəki bu xudmani mehmanxana xüsusilə ərəb ölkələrindən gəlmiş turistlərin sevimli məkanıdır. Ola bilsin ki, burada həmin otelin sahibinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keşmiş sədri, məşhur ilahiyyatçı alim Rafiq Əliyevin olması da öz sözünü deyir. Əvvəllər söz-söhbət gəzirdi ki, otel bu sahənin ölkədə inkişafı üçün nəzərdə tutulmuş pullara tikilib. Lakin bu əhvalatın təfərrüatları ictimaiyyətə məlum deyildi. 
Bu barədə Dubayda yaşayan iş adamı İsa Məhəmməd Salihin oğlu danışıb.
İsa da ilahiyyatçı alimdir və 1996-cı ildə namizədlik disertasiyasını müdafiə edib. Elmi rəhbəri isə Rafiq Əliyev olub. Elə həmin vaxt tərəflər Bakı İslam Universitetinin tələbələri üçün yataqxana tikintisi barədə razılığa gəliblər. Yeni layihədə paylar haqqında danışılıb və bu işdən gəlir götürmək də nəzərdə tutulub. Tərəflərin öhdəlikləri 14 iyun 1997-ci ildə imzalanmış müqavilədə öz əksini tapıb.
İşin bitdiyini hesab edən İsa vətəninə yollanıb və əmin olub ki, POWELLINDASTRIES Gmbh şirkətinin timsalında Azərbaycan tərəfi obyekti müqaviləyə uyğun tikib istifadəyə verəcək. Ərəb tərəfi yalnız vaxtlı-vaxtında maliyyə dəstəyi göstərməli idi. Şirkətə rəsmi olaraq Rafiq Əliyevin qızı başçılıq etsə də, bütün məsələləri Dövlət Komitəsinin keçmiş sədri özü həll edirdi.
Dubaylı iş adamının 1,6 milyon dollarlıq obyektin yerində yataqxana əvəzinə otelin tikildiyini bilib-bilməməsini söyləmək çətindir. Lakin müqavilədə "İrşad” İslamşünaslıq tədqiqatları mərkəzi kimi göstərilir. Əslində isə elə ilk günlərindən o, otel kimi fəaliyyət göstərməyə başlayıb.
Düzdür, iki il ərzində ərəb iş adamı mütəmadi olaraq gəlirdən öz payını alıb. Bu müddət ərzində onun hesabına 190 min dollar köçürülüb. Lakin 2002-ci iıdən bu ödənişlər dayanıb, o vaxtdan Əliyevin telefonu da dubaylı iş adamının üzünə bağlanıb.
İsa Məhəmməd Salih Bakıya gələrək məsələləri burada həll etmək istəyib, lakin onu başa salıblar ki, bu cür yüksək vəzifəli adamla münaqişəyə girməyə dəyməz.
Sonradan iş adamının oğlu Rafiq Əliyevlə görüşmək fikrinə düşüb. Lakin Əliyev qonağın dalınca maşın göndərəcəyinə söz versə də, sonradan zənglərə cavab verməyib. Bir qədər sonra DİN-ə verilmiş ərizənin nəticəsi olaraq iş adamını oğlu ilə birlikdə qəbul etmiş müstəntiq Fikrət Məmmədov da telefon zənglərinə cavab verməyib. İlk zəngdən sonra şikayətçiyə bildirilib ki, Rafiq müəllimlə danışıblar və tezliklə bütün anlaşılmazlıqlar həll ediləcək. Lakin sonradan əlaqə kəsilib.


"İrşad" otelinin açılışı
Redaksiyadan olunan zəngə cavab olaraq Fikrət müəllim deyib ki, işdə cinayət tərkibi olmadığı üçün o, konsulluğa göndərilib və mülki iş kimi məhkəməyə müraciət edilməlidir.
"Booking" otelin xidmətlərini təklif edir, islam mərkəzi barədə heç bir məlumat verilmir
Lakin Fikrət müəllim bir məsələni dəqiqləşdirməyib ki, maliyyə mübahisələri müəyyən vaxt keçdikdən sonra əhəmiyyətlərini itirirlər. Başqa sözlə, 20 ildən sonra dubaylının məhkəməyə müraciət etməsinin mənası yoxdur. Lakin işin təfərrüatları ilə tanış olduqda orada cinayət tərkibi tapmaq elə də çətin iş kimi görünmür. Təcrübəli müstəntiqlə bu barədə mübahisə etmək istəməzdik, amma bu iş bir çox halları ilə vəzifəli şəxs tərəfindən xarici investora qarşı dələduzluğa bənzəyir. Bu yerdə Prezident İlham Əliyevin məhkəmə-hüquq islahatları ilə bağlı bu günlərdə imzaladığı fərmanı da yada salmaq yerinə düşərdi.
Düzdür, biz özümüz də inanmaq istəmirik ki, Rafiq Əliyev kimi hörmətli alim adicə dələduz imiş. Lakin hər bir iş ətraflı öyrənilməli və ictimaiyyətə bununla bağlı dəqiq məlumat verilməlidir. Əks halda, bu cür hadisələr həm Dövlət Komitəsinin keçmiş sədrinin, həm də Azərbaycanın hüquq-mühafizə orqanlarının fəaliyyətinə kölgə salır...

Mənbə: virtualaz.org
Xəbər 962 dəfə oxunub






Oxşar xəbərlər

Prezident: "Bizim cəmiyyətimizdə kasıblar olmamalıdır"
Prezident ailəsinin istirahət FOTOLARI
Arif Hacılı Müsavat Partiyasının yeni başqanı oldu - NƏTİCƏLƏR
Kraliça sarayı təcili tərk etdi - Siçovula görə
Vaqif Dərgahlı “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib
Jirinovski şərq mətbəxtindən şikayətləndi
Təhsil nazirindən yeni - TƏYİNAT
“1937-ci ilin olacağını heç kəs ağlına gətirmirdi. Dəhşət idi” - S.Rüstəm
Yeniyetmə şahmatçımız dünya çempionu oldu
Lələ Təpə əsgərlərindən İlham Əliyevin nidasına cavab
Müsavat Partiyasının IX qurultayı keçirilir
“Rövnəq Abdullayev istefa verdi” uydurması kimin işi idi...
Dünya qlobal böhrana sürüklənir
Heç kimin görmədiyi “Siyahıyaalma” – Bu saxtakarlıq kimə lazım idi?
Gəncəyə yeni prokuror təyin edilib
Aşqabadda polemika: Əliyev yenidən söz alıb və Paşinyana cavab verib
Gəncənin prokuroru Baş Prokukorluqda yüksək vəzifəyə təyin olundu
“Sən küçəyə lüt çıxa bilərsən? Azadlıqdır da, çıx...”
Rafael Cəbrayılov prokurorluğa çağırılıb
Elmar Vəliyevin 4 milyonluq borcu-QALMAQAL
Göygöl ərazisində naməlum meyit aşkarlanıb
GDU yazılanları yalanlayır - RƏSMİ MÜRACİƏT
Xalq artisti də "Maşın"dan getdi - ŞOU
Bakıdakı qəzada ər-arvad yaralandı
Türk Ordusunun məhv etdiyi terrorçu sayı 277-yə çatdı
Sıla “Barış Pınarı” səbəbindən konsertlərini təxirə saldı
Heydər Əliyev Fondu Mübariz İbrahimovun atasının müalicəsini öz üzərinə götürdü
Çin UFO-ya bənzəyən yeni silah hazırlayıb
Asim Mollazadə: “Azərbaycan diasporu ABŞ-da çox zəifdir”
Əli Kərimlinin yaxın adamının səs yazısı: "Heç kim gəlmir, biabır oluruq" - AUDİO
Fuad Qəhrəmanlı qızlarından imtina etdi – EKSKLÜZİV
“ADAU-nu tanıdaq” layihəsi bu dəfə Şəmkirdə rellaşıb
"AXH"-də "Qadın əməliyyyatı" - Budurmu müxalif siyasi əxlaq ?
İsa Qəmbər Müsavat başqanını seçdi
Moskva Paşinyana qarşı “məxməri inqilab” hazırlayır
Prezident Rusiya nümayəndə heyətini qəbul edib
Firudin Cəlilov danışdı: “...test üsulunu təhsilə Vurğun yox, Firudin gətirib”
Beyləqanda döyülərək küçəyə atılan qız ölüb
“Milan” yeni baş məşqçisini açıqladı – Rəsmi
Məzahir Pənahovun qardaşına vəzifə verildi
“Yaltaqlıq cinayət sayılsın” – Məşhur vəkildən təklif
Göyçayda 4900 ABŞ dolları oğurlayan şəxs saxlanılıb
Müsavat başqanlığına iddiaçıların debatı başladı
DTX-nın strukturunda dəyişiklik edildi – Fərman
İki ədəbiyyat abidəsi bir arada – Foto
Əli Kərimli camaatı yürüşə çağırdı, özü niyə gəlmədi ?
"İlham Əliyevin bir çıxışı Ermənistanı qarışdırdı" - Əli Həsənov yazdı
Parlament yekdilliklə yeni Baş nazirə səs verdi
Vahid Əhmədovdan yeni baş nazirə XAHİŞ
Əli Əsədov kimdir? - Baş nazirliyə namizədin ömür yolu
Novruz Məmmədovun istefa xəbəri TƏSDİQLƏNDİ - Baş nazir vəzifəsinə Əli Əsədov gətirilir
Qız qaçırma: məhəbbətin qüdrəti, yoxsa cinayət...
Almaniyanın qapıları azərbaycanlıların üzünə bağlanırmı
Neftin bahalaşması davam edir
Honq Konq niyə Çin olmaq istəmir?
Bu gün Milli Şura piket keçirir (ŞƏRH)
Putin 67 yaşını Tayqa meşələrində qeyd etdi
Vilayət Eyvazov Göygölün yüksək rütbəli rəisləri sərəncama götürüb
“Binə” ticarət mərkəzindəki yanğın söndürülüb
“Lion” klubu baş məşqçisini qovub
Türkiyə Suriyanın şimalında əməliyyata hazırdır
Şəmkir Prokurorluğu bələdiyyə sədri ilə sakinin "namus davası"nı araşdırır
Mir Şahin Milli Şura üzvünün ŞOK səs yazısını yaydı – VİDEO
Prezident İlham Əliyev Vladimir Putini təbrik edib
Salman Farsinin həyatı
Qarabağ üçün mühüm dönəm - “Vəziyyət ciddiyə dəyişməsə...”
Çin qarşısıalınmaz qüvvə və təhlükədirmi?
Azərbaycanlı vəkil Rusiyada partiya yaradır – SSSR
Gəncədə şəhidə biganəlik! "Ruzigar bulağı" susuz qalıb - Fotolar
"Keşikçi qala" sərhəd zastavası istifadəyə verilib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.24494] initstartout [0.00019] initstartin [0.00068] calstart [0.00907] calend [0.00051] topnewsend [0.00402] rsssend [0.00000] ehgend [0.00553] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.22427]