Xoşqədəmin verilişi bağlanmalıdır - TƏLƏB!

  • 07 apr 2019, 20:03

"Xoşqədəmin verlişi təcili bağlanmalıdır”.

Demokratik.Az xəbər verir ki, bununla bağlı sosial mediada çağırışlar hər gün artmaqdadır. Təəssüf ki, çağırışlar aidiyyatı qurumlar tərəfindən hələ ki, eşidilmir.

"Səni axtarıram" adlı məlum şou-verilişdə müxtəlif ailə münaqişələrini gündəmə gətirən, daha çox şəxsi eqoları, maddi maraqları ilə seçilən Xoşqədəm Hidayətqızının gördüyü iş əslində ictimai qıcıq oyadır və şəxsi həyat toxunulmazlıqlarını kobud qaydada pozur. Xoşqədəmin əksər verilişlərdə efirə çıxardıb reklam etdiyi nataraz və naxoş ekspertlər də seçilən mövzular qədər verilişin format və məqsədinə mənfi rəy yaradır.

Biz də dəfələrlə bu xanım aparıcının verilişinin bağlanmasını istəmişik və buna çağırışlar etmişik. Anlaşılan, elə Xoşqədəmin özünün bir zaman dediyi kimi "Biz tək deyilik".  

Verilişin bağlanması üçün növbəti təqdirəlayiq fikir sosial blogger Saleh Nəsirov tərəfindən səsləndirilib:

Sitat: - "Uşaq, Ailə və Qadın problemlərilə aidiyatı qurumlar, təşkilatlar və peşakar sosial işçilər məşğul olmalıdır! İnsanları bu qədər alçaltmaq, əzmək, hüquqlarını aşkarcasına pozmaq, onlara zülm və işgəncə vermək olmaz! Bunlara SON qoyulmalıdır!”.

İnanaq ki, belə zərərli verilişlərin efirlərdən yığışdırılacağına tezliklə nail olacağıq...

Demokratik.Az

Oxşar xəbərlər