Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

17:16 - 13.11.2019  
Minilliklərin şahidi olan antik Efesdən reportaj… - FOTOLAR
Tarix: 7-04-2019, 11:11 | Bölmə: Xəbərlər » Maraqlı

"Məğrur Babilin üstündə döyüş arabaları üçün yol olan divarını, Zevsin heykəlini və Asma Bağları gördüm. Həmçinin Rodoslu Nəhəngi, Misir Piramidalarındakı möhtəşəm əməyi və Halikarnas məbədini... Amma Artemidanın buludlar üzərində qurulmuş evini görəndə digər tüm möhtəşəmlər parlaqlığını itirdi və dedim ki, "Budur! Olimpdən başqa günəş heç vaxt bu qədər böyük bir şeyə baxmayıb".

Minilliklərin şahidi olan antik Efesdən reportaj… - FOTOLARSidonlu Antipaterin tərifindən doymadığı Efesli Artemida Məbədinin yerində indi demək olar ki, heç nə qalmayıb. Amma Efesin xarabalıqları hələ də durur və antik dövr sevənlər üçün, dünya mədəniyyət tarixi üçün önəmli yer statusunu saxlayır. Minillərə şahidlik edən bu yerə xarabalıq deməyə adamın dili gəlmir.

Görəsən, hansı xarabalıq tərifinə daha yaxındır? Xüsusi zövqlə tikilmiş antik şəhərlərdən qalma sənət əsərləri toplusu, yoxsa zövqsüz evlərlə bəzədiyimiz müasir şəhərlər?

Möhtəşəm tarix...

Efesin tarixi bizim eradan əvvəl 9-cu minilliyə qədər uzanır. Şəhərin tarixinə aid məşhur iddialardan biri onun qadın döyüşçülər olan amazonlar tərəfindən salındığıdır. Hətta bir ehtimal Efesin adının Apasastan, yəni Arzava (Ana Tanrıça Şəhəri) Krallığının şəhərindən gəldiyidir.

Antik şəhərin girişindəki Adrianus Məbədinin önündə Efesin tarixindən bəhs edilən lövhədə belə yazılıb: "Afina kralı Kodrosun cəsur oğlu Androklos Egeyin qarşı sahilini kəşf etmək istəyir. Əvvəlcə Delfi şəhərindəki Apollon məbədinin kahinlərindən məsləhət istəyir. Kahinlər ona balıq və donuzun işarə elədiyi yerdə bir şəhər quracağını söyləyirlər. Androklos bu sözlərin mənasını düşünüb Egeyin sularına yelkən açır. Kaystros çayının ağzındakı körfəzə gələndə sahilə çıxmağa qərar verirlər. Burada balıq bişirərkən otların arasından çıxan vəhşi bir donuz balığı qapıb qaçır. Beləliklə kəhanət gerçək olur və burada bir şəhər salmağa qərar verirlər".

E.ə 560-cı ildə şəhər Artemida məbədinin ətrafına köçürülüb. Bu dönəmdə Efes elmdə, sənətdə və mədəniyyətdə məşhur Miletlə bir sırada idi. Bu gün izləri qalan Efes isə Makedoniyalı İsgəndərin generallarından olan Lisimahos tərəfindən e.ə 300-cü illərdə qurulub.  129-cu ildə Berqama kralı Attolos bölgəni romalılara miras olaraq buraxır. Bu tarixdən sonra Efesin inkişafı daha da sürətlənir və Asiyadakı ən önəmli ticarət mərkəzi olur.

Xristianlığın yayılmasından sonra şəhər bu din üçün önəmli bir mərkəzə çevrilir. İsa peyğəmbərin həvarilərindən Pavelin şəhərdə  vəz verməsi, sonra Müqəddəs Məryəmin buraya gəlməsi Efesin nüfuzunu daha da artırır. Lakin bizim eranın IV əsrində limanın dolması ilə Efesdə ticarət zəifləyir, bundan sonra şəhərin önəmi azalır və get-gedə kiçilməyə başlayır. 1330-cu ildə türklər tərəfindən tutulur. İndi o Səlcuq bölgəsinə bağlıdır.

Minilliklərin şahidi olan antik Efesdən reportaj… - FOTOLAR

 

Artemida məbədi, məhv olmuş möhtəşəmlik...

Efeslilərin Artemidası yunan mifologiyasında olan Artemida ilə eyni deyil və təxminlərə görə Anadolu tanrıçası Kibeledən gəlməkdədir. Efesdə Kibelenin yunan tanrısı Artemidaya necə çevrildiyi aydın deyil, çünki hər ikisi həm görünüşcə,həm də xaraktercə fərqlidirlər.

Məbədin tikintisi üç mərhələdən ibarətdir. Birincisi b.e.ə VII əsrdə tikilmiş bir qurbangah, ikincisi bunun üzərində tikilmiş bir məbəd, üçüncü isə məşhur yanğından sonra edilən restavrasiyadır. Məbədin tikintisi Lidya kralı Kroisos ilə başlayıb və 120 il davam edib. Dünya tarixində elədiyi əməllə iz buraxmış Herostatın törətdiyi yanğına və dağıntılara rəğmən məbəd bir neçə dəfə bərpa olunaraq efeslilər tərəfindən qorunmuşdu. Lakin 262-ci ildə qotların hücumundan və zəlzələdən sonra məbəd artıq bir də özünə gələ bilmir.  Bir əsr sonra Roma İmperatoru Konstantin şəhəri bərpa etsə də xristian olduğu üçün məbədə heç bir kömək etmir. Sonradan məbəd yavaş-yavaş yoxa çıxır, onun qalıqlarından yeni heykəl və bina tikintilərində istifadə olunur.

İndi Dünyanın Yeddi Möcüzəsindən biri olan bu məbədin yerində yalnızca bir sütun qalıb. Düşünəndə ki, Artemida Məbədi salamat qalsaydı necə qədim və ehtişamlı bir tarixi abidə olacaqdı, insan onun olduğu yerə daha da kədərlə baxır.

Minilliklərin şahidi olan antik Efesdən reportaj… - FOTOLAR

 

Celsius kitabxanası...

Celsius kitabxanası bu antik şəhərdə gördüyüm ən gözəl yer oldu. Hərçənd o elə Efes xarabalıqlarının rəmzlərindən biridir, şəhərə aid fotolarda onu həmişə ilk sırada görürük. Kitabxana 106-cı ildə Efes valisi Celsiusun oğlu tərəfindən atasının xatirisinə tikilib.Güman olunur ki, Celsiusun oğlu Aquila atasının xatirəsinə bir ehtişamlı bir məzar abidəsi tikmək istəsə də şəhərin mərkəzində buna izin verilməyib.

Ona görə də Celsiusu burada dəfn edib üzərinə kitabxana tikiblər. Binanın özəlliyindən biri memarların aldadıcı bir perspektiv yaradaraq onu olduğundan geniş göstərmiş olmasıdır. Bina ön tərəfdən iki mərtəbəli görünsə də içəridən tək tavanlı böyük bir qalareyadan ibarətdir. Kitabxananın tikintisində istifadə olunmuş mərmərlər Efesin ətrafındakı qədim karxanalardan gətirilib. 262-ci ildə baş vermiş zəlzələdə bina dağıdılıb və heç vaxt təmir olunmayıb.  İndi onun xarici divarlarında orjinalları Avstriya muzeyində olan dörd qadın heykəli var.

Celsius kitabxanası İsgəndəriyyə və Berqamadan sonra antik dövrün ən böyük üçüncü kitabxanası hesab olunur.

Böyük Teatr...

Fikirləşəndə ki, teatrın rəmzi olan ağlayan və gülən maskaların yarandığı yerdəsən, insan həqiqətən həyacanlanır. Ümumiyyətlə tarixin önəmli hadisələrinə şahidlik etmiş yerlər çox həyacanvericidir.

Böyük Teatr imperator Kladiusun zamanında tikilməyə başlandı və 117-ci ildə tikintisi tamamlandı. Bu açıq hava altındakı teatrın izləyici tutumu nə az nə çox düz 24 mindir. Antik dönəmlərdə bura həm konsert həm də qladiator döyüşləri üçün ev sahibliyi edib. Bura həm də Efeslilərin görüş yeri olub. Həvari Pavel də öz vəzini məhz burdan edib.

Skolastika hamamı...

Efes qalıqları içərisindəki üç mərtəbəli bir bina. Miladdan sonra I əsrdə tikilmiş bu antik hamam IV əsrdə Efesdə yaşayan varlı romalı qadınlardan biri olan Skolastikanın sifarişi ilə təmir edilib. Teatr kimi hamam da efeslilərin görüşmək, söhbətlər aparmaq üçün istifadə elədiyi yer olub. Bu gördüyümüz bina qalıqları minillər əvvəlki söhbətlərə şahidlik ediblər. Möhtəşəmdir. Onu da öyrəndim ki, efeslilər yoxsullardan hamam üçün pul almayıblar. Girişlərdən birində Skolastikanın başsız heykəli var.

Bu şəhərdə abidələr say-say bitməz. Adrian məbədi, Bələdiyyə Binası, Domitian məbədi, Odeon və s. Gəzdikcə özünü zamanda səyahət edən biri kimi hiss edirsən.

Efesdə gəzəndə həmçinin bir çox vacib məsələləri də düşünürsən. Düşünürsən ki, insan sivilizasiyası minilliklər əvvəl elə bu cür inkişafa davam etsəydi, bəlkə də indi olduğumuzdan fərqli bir dünyada yaşayırdıq. Amma biz yaratdığımız, tikdiyimiz gözəl şeylərə rəğmən fərqli bir yol seçdik. İndi olduğu kimi, o dövrdə də hirsimiz, ehtiraslarımız, dağıdıcı tərəfimiz daha güclü oldu və bizi dağıtmağa, məhv etməyə, öldürməyə həvəsləndirdi. Efes kimi şəhərləri yerlə yeksan elədik, evləri dağıtdıq, mədəniyyət nümunələrini məhv etdik.

Mədəniyyət yaratmaq, mədəni bir şəhər qurmaq əslində çox asandır. Əsas məsələ qeyri zorakılığı təbliğ edən fəaliyyət növü tapmaqdır.  Məsələn elə efeslilərin etdiyi kimi, teatr, kitabxana, hamam inşa etmək. Həmçinin düşüncə azadlığını təmin etmək. Bəlkə ondan sonra bir-birini öldürməyə susamış insan oğlunun bu vəhşi arzusu zəifləyə.  

Mədəniyyət özünə minilliklər keçsə belə heyran buraxmağı bacarır. Önəmli olan odur ki, biz bizim üçün zərərli olan qaranlıqlarla onun üstünü örtməyə çalışmayaq.

Efesin minilliklərə şahidlik etmiş mərmərləri mənə məhz bunu dedi.

Araz Bayramov,
Musavat.com

Xəbər 841 dəfə oxunub






Oxşar xəbərlər

İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
Rusiya XİN rəhbərinin işğala açıq dəstəyinə reaksiyalar
“Saudi Aramco” səhmlərini niyə satır?
Müsavat Əli İnsanovu "siyasi reanimasiya"dan çıxardı
Azərbaycan yenidən dünyanın diqqət mərkəzində
Parlamentdə büdcə müzakirələri başladı
ADAU-dan yeni XƏBƏR var - Rektorun "333"ləri, villaları, mənzilləri və...
Prezident 4 rayonun ivra başçısını dəyişdirdi – Deputata vəzifə verildi
Prezident: "Biz hələ işin başlanğıc mərhələsindəyik"
Zakir Həsənov təcili müşavirə keçirib - VİDEO
Prezident: "Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir"
İsveçdə “Ağdam restoranı” açıldı
Patriarx Kirill Bakıya səfər edəcək
Bu gün Azərbaycanda Konstitusiya günüdür
Rəsmi Bakıdan Lavrova - CAVAB
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb
Ər-Riyadda aktyorlara silahlı hücum olunub
Xoşbəxt Yusifzadə: “Hələ 90 yaşım olsun, sonra baxarıq...”
Mübariz Mənsimov Araz Əlizadəni “siyasi təlxək” adlandırdı
Sabiq Baş prokurorun "GENERAL" bacısı oğluna 12 il iş verildi - HÖKM
Tərtərin Dəmirçilər kəndindən ŞİKAYƏT – “..son ümüd yerimiz mətbuatadır ki, bəlkə…”
Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək
Azərbaycan Nayrobi Sammitində iştirak edəcək
Mehriban Əliyeva “Bayraq Günü"nü təbrik etdi
Ərdoğanla Putin Suriya məsələsini müzakirə ediblər
Göyçayda möhtəşəm Nar festivalı keçirilib
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
ADAU-nun müəllimləri TƏKZİB EDİR - "Yazılanlar yalan və böhtandır"
Alman şirkəti ərazimizi Ermənistan torpağı kimi təqdim edir - FOTO
Tanınmış yazıçının əri intihar etdi
"Azeri Light" nefti bahalaşıb
“Yeni Müsavat” qəzetinin 30 illik yubileyi qeyd olundu
Nəcməddin Sadıkovu da istefaya çağırdılar - 26 ildir ki...
"Qanunları tapdalayan Cavid Qurbanovdur, yoxsa onun işçiləri?" - VİDEO
İlham Əliyevin təşəbbüsü ilə bu qanunlar dəyişdirilir – Siyahı
İraq kəşfiyyatı iki İŞİD liderini saxlayıb
ADAU-nun "itkin düşmüş" avtobusu tapıldı - Fotolar
MTRŞ ANS ÇM-in tezliyini müsabiqəyə çıxarıb – Vahid Mustafayevin sözçüsündən REAKSİYA
Mehman Hüseynov da bələdiyyə sədri olmaq istəyir
Məşhur milyarder Göyçaya gəldi (FOTO)
Azərbaycan müharibəyə hazırlaşır?
Səfir: “Fransa və Azərbaycanın strateji maraqları üst-üstə düşür"
Qazaxda raket tapılıb
Ümumdünya Şahmat Olimpiadası Naxçıvanda keçirilə bilər
ABŞ Paşinyana əvəz axtarır
"Alışanov üçün 100 min “semiçka puludur"" - Qulu Məhərrəmli
Əli İnsanovun müxalifətlə bir araya gəlməsinə etirazlar
Gəncə sakini kanalizasiya quyusuna yıxılıb
Müsavatın mitinq məktubuna meriyadan cavab verildi
Nəcati Şaşmazın qardaşı barədə şok İDDİA
İnam Kərimov Vaşinqtonda - KT sahəsində əməkdaşlıq
9 nəfərə "Əməkdar jurnalist” adı verildi (SƏRƏNCAM)
Xaçmazın yeni icra başçısı niyə hoteldə qalır?
Oktay Gülalıyevin həyat yoldaşı Heydər Əliyev Fonduna təşəkkür etdi - VİDEO
Azərbaycanlı Rusiyada vəzifəyə seçilib
Həzi Aslanova yeni vəzifə verildi
Eldar Əzizov icra başçılarını yanına topladı
Müsavat Partiyasının mitinqlə bağlı müraciəti cavablandırılıb
Nardaranlı Mirseymuru öldürən Çeçenistanda gizlənir - İDDİA
Gülalıyevin həyat yoldaşı: "Oqtay komadadır"
Tacir gileyləndi: “Bacısı Fədayə ilə görüşməyimizə imkan vermir”

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.26854] initstartout [0.00017] initstartin [0.00077] calstart [0.00932] calend [0.00051] topnewsend [0.00423] rsssend [0.00000] ehgend [0.00648] tagsstart [0.00062] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.24640]