Fizuli Məmmədov sağ qalan kəşfiyyatçımıza ev hədiyyə edib

  • 22 mart 2019, 11:14

 

 

 

 

 

 

 

 

 Tanınmış iş adamı, "Dünya Azərbaycanlılarının Mədəniyyət Fondunun prezidenti” Fizuli Məmmədov ermənilərə əsir düşməmək üçün özünü partladan kəşfiyyatçımıza Novruz hədiyyəsi olaraq ev bağışlayıb.

Aqil Əhmədovla bağlı qaynaqlardakı məlumat bir qəhrəmanlıq nümunəsidir: "1997-ci il aprelin 7-də 8 nəfərdən ibarət Azərbaycan kəşfiyyatçısı cəbhənin Füzuli rayonu istiqamətində döyüşlərdə iştirak edib. Döyüşçülər erməni mühasirəsinə düşsələr də, üç gün təslim olmayıblar. Aprelin 10-da isə kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini məhv edib. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladıblar. Bu zaman 8 nəfər heyətdən ibarət olan qrupun 7 üzvü şəhid olub. Həmin hərbçilərmizdən yalnız Aqil Əhmədov ağır yaralanaraq huşsuz vəziyyətdə əsir götürülüb. Prezident Heydər Əliyevin uzun zaman apardığı danışıqların nəticəsi olaraq şəhidlərimizin nəşi 6 aydan sonra ermənilərlə dəyişdirillib. 1997-ci il oktyabr ayının 16-da onlar dəfn edilib. "

Novruz bayramı ərəfəsində Bakıda olan Fizuli Məmmədov sağ qalan kəşfiyyatçımıza ev hədiyyə edib.

Bundan əvvəl də Fizuli Məmmədov şəhid və qazi ailələrinə mənzillər bağışlayıb./Musavat.com/

Oxşar xəbərlər