Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:48 - 21.06.2019  
Sevil Nuriyeva Etimaddan yazdı: "“İlk görüşdə..."
Tarix: 20-03-2019, 00:09 | Bölmə: Xəbərlər » Maraqlı

Sevil Nuriyeva İsmayılova,
Etimad İsmayılovun həyat yoldaşı

İkinci görüşdə "Sizə Şuşanı bağışlayacağam” dedi

Sevil Nuriyeva Etimaddan yazdı: "“İlk görüşdə..."Etimadla ilk görüş…
1998-ci ildə bir gün jurnalist Rauf Mirqədirov mənə zəng etdi. Mən o zaman ANS-in "Nəzər nöqtəsi” verilişində işləyirdim. Eyni zamanda "İnternyus”un "Güzgü” layihəsini hazırlayırdım. Rauf bəy dedi ki, İlyas İsmayılovun oğlu Etimad səninlə görüşmək istəyir. Səbəbini öyrənmək istədim, dedi ki, bir sənədli film üçün sənin də fikirlərini almaq istəyir. "Tamam” dedim. O zamanlar işlərim çox idi, amma razılıq verdim. Üstündən xeyli vaxt keçdi.
Xatırlayırsınızsa, o zaman mitinqlərin, yürüşlərin bol olan vaxtı idi. Mənim məşğul olduğum jurnalistika sahəsi daha çox bu hadisələrə indeksli fəaliyyət göstərirdi. Təbii olaraq mən də o hadisələrin təqibi ilə məşğul idim. Ona görə də Rauf bəyə vaxt deməyi unutdum. Bir gün yenə "İnternyus”da idim, "Güzgü”nün növbəti çəkilişlərini edirdim. Qapıdan zəng edib dedilər ki, Rauf Mirqədirov və yanında da bir neçə nəfər sizi ziyarət etməyə gəliblər. Onda yadıma düşdü, bir az da utandım ki, adamlar neçə vaxtdır məndən xəbər gözləyirdilər. Amma özümü itirmədim.
Etimadı ilk dəfə o gün gördüm. Qapıdan ilk dəfə içəri girəndə özündən əmin və arxayın bir adamla qarşılaşdım. Yanında 3 nəfər daha vardı. Sonradan bildim ki, bunlar Etimadın yaxın dostları idilər – birinin adı Fəxri idi,Moskvada birlikdə iş görürdülər. Etimad stulu alıb qarşımda oturdu. Sözün açığı, bu sərbəst hərəkəti ilk baxışda mənə çox qəribə gəldi. Amma içəri girəndən diqqətimi çəkmişdi. Vücud dili çox danışan bir adam idi Etimad.Əslində, özünəinamı vardı, ancaq içində də bir məsumiyyət saxlayan bir adam idi. İçində utancaq adam idi Etimad. O utancaqlığını da sərhəd tanımayan davranışı ilə ört-basdır edirdi. Mən bütün bunları daha sonra analiz etdikcə anladım. O tərzi – stulu götürüb düz qarşımda oturması diqqətimi çəkdi. Gülərək, özündən əmin, özündən arxayın şəkildə özünü təqdim elədi. Bir sənədli film çəkdirmək istəyirdi və bu filmin atası ilə bağlı olmasını arzulayırdı. O zaman ona dedim ki, mən sənədli filmlər çəkirəm, amma portret janrında filmlər çəkmirəm. "Yalnız bunu edən və çox məmnun qalacağınız insanlar var, sizi onlara istiqamətləndirə bilərəm” dedim. O zaman indi İsveçdə yaşayan dostumuz, özümə qardaş bildiyim Rahim Sadıqbəyli vardı, onu çağırdım və tanış elədim.
Bunlar danışdılar, qərarlaşdırdılar və Etimad çıxanda maraqlı bir şey dedi. Hər halda mənim dırnaqlarım diqqətini çəkmişdi. Mən heç bir zaman uzun dırnaq saxlamamışam, lak vurmamışam. Belə şeylərdən hər zaman məsafəli olmuşam. Birdən dönüb mənə tərs gələn bir şey dedi: "Sizin dırnağınız niyə qısadır?” Sözün düzü, sualdan çox sıxıldım. Zənn etdim ki, bu, Moskvada oxuyub. Hər halda qızların dırnaqları uzun olmalıdır, bu da bunu xoş görmədimi deyə belə bir şey söylədi? Heç unutmuram, utandım və başladım əlimi əlimin içində ovuşdurmağa. Elə bil müəllim qarşısında imtahan verirdim. Sanki pis bir şey üstündə yaxalanmışam. Dedim, bilirsiniz, yazı yazanda dırnaqlarım mənə mane olur, ona görə də dırnaq saxlamağı çox sevmirəm. O da dedi ki, çox yaxşı edirsiniz, sevmirsiniz, nəyə lazımdır. Azərbaycanlı qızı belə olmalıdır. Analarımız da belədir, belə olublar. İlk tanış olduğumuz gün belə anasına olan bağlılığını və sevgisini gördüm. Mən hər zaman Etimadın anasına olan sevgisinin, hörmətinin şahidi oldum və bu, onu mənim gözlərimdə çox ucaltdı.
İlk tanışlığımız belə oldu. Çıxışda çox qəribə bir şey dedi: "Mənim 29 yaşım var və mən subayam”. Bu sözləri dedi və çox bərkdən gülərək getdi. Xatırlayıram ki, o gedəndən sonra 10 dəqiqəyə qədər yerimdə donub qalmışdım. "Niyə bunu mənə dedi?” "Neçin dedi?” Anlamadım doğrusu. O sözlərin mənasını bir neçə ay sonra anladım. Etimadı özünəməxsus bir şəkildə bax belə tanıdım.


 
Etimadla 2-ci görüş…

Daha sonra baxmayaraq ki, mən onu lazım olan adamlarla tanış etmişdim, yenə bizim 2-ci və 3-cü dəfə görüşlərimiz oldu – "İnternyus”da. Giriş kimi sənədli filmlə bağlı danışır, sonra isə başqa mövzulara keçirdi. 2-ci görüşdə mənə "Sizin ən böyük xəyalınız nədir” sualını verdi. Mən də ogünkü gün üçün belə bir cavab verdiyimi xatırlayıram: "Mənim çox böyük milli xəyallarım var. Amma bugünkü gün üçün məni ən çox daxildən əzən Şuşanın yoxluğudur. Bu, mənim qürurumu çox əzir”. O söhbət bizim danışığımızın ortasında keçdi. Etimad çıxarkən qapıda dedi ki, mən sizə Şuşanı hədiyyə edəcəyəm. "Bu oğullar Şuşanı bu millətin qeyrətli qızlarına mütləq hədiyyə edəcəklər” dedi. Mən o gün Etimada gerçəkdən heyran olduğumu xatırlayıram.

Etimadla 3-cü görüş
O dönəm üçün sonuncu görüşümüzdə – 3-cü görüşdə də Etimad yenə ilk 10 dəqiqəni sənədli filmdən danışdı və sonra keçdi mənim və özünün oxuduğu kitablardan danışmağa. İrandakı türklərlə bağlı danışdığını xatırlayıram. Hətta bir az mübahisəmiz də düşdü. "Öncə Qarabağı işğaldan azad etməliyik”, "ətrafı özümüzə düşmən etməməliyik” deyirdi. "Gözəl hədəfləriniz var, amma tutduğunuz istiqamət doğru deyil” deyə bir az məni tənqid etdi. Qalxıb gedəndə "mən qərar verdim ki, biz evlənək” dedi. Çox güldü və mən şok oldum. Bu hadisəni uzun illər xatırladıq və hər zaman təbəssüm bizi bürüdü. Deyirdi ki, o çaşqınlıqla gözlərimin içinə baxmağı heç bir zaman unuda bilmirəm. Çıxarkən Sezarın sözünü dedi: "Gəldim, gördüm, fəth etdim”. Rusca dedi və getdi. Ondan sonra bizim Etimadla telefonla danışmaq dövrümüz başladı…
Onun haqqında keçmiş zamanda danışa bilmirəm…
Etimadın həyatının hər epizodunda özünəinam və Allaha təslimiyyət var. Bu, onun Rusiyada həbsxana həyatı yaşadığı illərdə də belə idi və ondan sonra da belə oldu. Mən tanıdığım gündən etibarən Etimad imanı sağlam insan idi. Bu, Etimadda ən xoşuma gələn cəhətlərdən biri idi. Həbsdən əvvəlki Etimad da çox dəyərli idi mənim üçün, amma həbsdən sonrakı həyatındakı köklü dəyişikliyi – ailə həyatı qurduqdan sonra da hiss etdiyim dəyişiklik mənim üçün çox qiymətli idi.
Maraqlı bir xatirəmi danışmaq istəyirəm. İyulun 15-də, Türkiyədə o qanlı dövlət çevrilişinə cəhd olanda aramızda çox önəmli bir dialoq oldu. Biz təbii ki, bütün bu ölkədə yaşayan və bu ölkənin haqqını verən normal insanlar kimi o gün harada olmalı idiksə, orada idik. Etimad heç tərəddüd etmədi. Biz əl-ələ tutduq və bərabər çıxdıq evdən. O gün evdən çıxanda Etimad mənə "abdəst almağı unutma” dedi və qapıdan qaytardı. Mən abdəstimi aldım. Özü də iki rükət namaz qılmağa keçdi və mənə "namazını qılmadan çıxma” dedi. Bəlkə bunları söyləmək doğru deyil, amma Etimadı anlamaq və anlatmaq üçün bunları söyləyirəm. "Gediş var, dönüş olmaya bilər” deyə etdirdi bütün bunları. Tankların qarşısından keçdik, məni öncə televiziyaya çatdırdı, sonra azərbaycanlı dostları ilə görüşdü. F-16-lar alçaqdan başımızın üstü ilə uçurdu, silahlar qulağımızın dibində partlayırdı.
Bir müddət keçdi. Rəcəb Tayyib Ərdoğanı hava limanında qarşılamaq üçün gəlib məni kanaldan götürdü və qaranlıq dəhlizlərlə xeyli yürüdük. Hərə bir tərəfdə idi, paramparça bir vəziyyət vardı. Bu vəziyyətdə "vatsap qrupları qurun və bir-birinizdən xəbərdar olun” ideyasını verib bizi toparlayan Etimad idi bu çətin vəziyyətdə. Möhtəşəm bir zəkası var Etimadın – onun haqqında keçmiş zamanda danışa bilmirəm, nə qədər ki, bu dünyada yaşayıram, mənimlə birlikdə yaşayacaq.

Şəhid olmaq istəyirdi Etimad

Hava limanında başımıza göydən bombalar yağırdı, atəş altında idik. Ölümü burnumuzun dibində hiss etdiyimiz bir an idi. Heç yadımdan çıxarmıram. Etimad dönüb əminliklə və gülə-gülə dedi: "Kaş adam buradaca şəhid ola. Nə böyük nemət, nə böyük qazanc olar”. Üzünün o ifadəsi gözümün qabağından getmir. Bu haqda çox tez-tez deyirdi. Məsələn, Qarabağ üçün çox şəhid olmaq istəyirdi. Ümumiyyətlə, şəhidlik istəyirdi Etimad. Etimad yaxşı adam idi, çox yaxşı adam idi. Hər şeyə tez əsəbiləşən, partlayan, amma bir neçə dəqiqə keçməmiş sakitləşən və heç kin saxlamayan adam idi Etimad. Mən həyatımda Etimad qədər kin saxlamayan adam görmədim. Ailədir, hər şey olurdu, amma mənə 10 dəqiqə küsməyə imkan vermədi. Hamı ilə elə idi. Qəlbi gözəl bir adam idi Etimad. Sərt görünüşü aldadıcı idi… Uşaq kimi idi. Oğlu İlyas yatarkən onu necə öpüb-qoxladığını görmək yetirdi. İlyasla oynayanda özü uşaqlaşırdı.
Etimad haqqında nağı
Sevil İlyasa atasını anladır
Sənə anlatmışdım, İlyas, xatırlayırsanmı? Sən öncə ana bətnində idin. Bütün insanlar öncə ana bətnində olur və ora başqa bir dünyadır. İnsanlar bu dünyaya gəlmək üçün oradakı həyatları sona çatmalıdır. Sonra insanlar Allahın izni ilə bu dünyada yaşayırlar. Yaşamalıdırlar, işləməlidirlər, paylaşmalıdırlar, sevməlidirlər və Allahın verdiyi zaman bitdiyində digər dünyaya köçməlidirlər.
Birdən soruşdun ya, İlyas, "atam öldümü” deyə?
Atan öldü, oğlum. O biri dünyada doğulmaq üçün bu dünyada bütün insanlar ölməlidir. Amma biz hələ yaşayacağıq, Allah rizası üçün işlər görəcəyik. Atanın istədiyi, arzuladığı gözəl işlər görəcəksən, sonra bir gün böyüyəcəksən, ailə quracaqsan, uşaqların olacaq, ata, baba olacaqsan və nəhayət, zamanın bitəndə bizim hamımız kimi – bütün insanlar kimi əbədi dünyaya doğulmaq üçün bu dünyadan gedəcəyik – əzizlərimizlə bir yerdə olmaq üçün. Bax, İlyas, mənim də atam yoxdur. Dünyadakı zamanını bitirdi, əbədi aləmdə doğulmaq üçün bu dünyanı tərk etdi. Amma bil ki, atanın getdiyi yer buradan çox yaxşıdır, çünki atan çox yaxşı, gözəl işlər görüb. Sən sadəcə dua et.
Birdən dinləyir, dinləyir, sonra deyirsən ya, İlyas, axı, mən atam üçün darıxacam, darıxıram. Mən də darıxıram. O zaman birlikdə dua edəcəyik və tez-tez o duanı atana göndərəcəksən.
P.S. Bir gün bir də baxdım ki, İlyas öyrətdiyim bir duanı oxuyur. Oxuyur və əllərini göyə açıb "Allahım, bu duanı atama göndərərsənmi?” deyir və əlavə edir "Atama orada çox yaxşı olsun, Allahım”. Çox sevindim. Bunu idrak edir İlyas. Gedir-gəlir atasını soruşur, "darıxıram” deyir, dua oxuyur İlyas. Hər gün olmasa da, günaşırı bunu deyir və mən də onu bu yolla toparlamağa çalışıram. Doğrusu da budur. Əsla yalan danışmaq olmaz. Uşaq yalan danışmamağı ailədən öyrənir. Həm də düşündüm ki, sonra başqa cavab verə bilməyəcəyim üçün bəri başdan doğrunu söyləyim. Və anlatdım.
Xəbər 1440 dəfə oxunub






Oxşar xəbərlər

“MƏMMƏDYAROV HEÇ BİLMİR FUTBOL NƏDİR…” - Aqil Abbas
Rektorun evi qarət olundu: Hadisə niyə gizlədilir?
Gürcüstanın parlament sədri impiçment edilə bilər
Xatirə toyda biabırçı geyimdə - VİDEO
Gəncədə idarə etmədən çıxan motosklet aşıb
Novruz Məmmədov nazirləri topladı - TƏCİLİ
QHT sədri Lider TV-də siyasi verliş aparacaq
Prezidentdən böyük dəyişikliklər - yeni görəvə gətirilən generalların dosyeləri
Vilayət Eyvazov daxili işlər naziri təyin olunub
DTX-nın yeni rəisi Əli Nağıyev oldu
Toğrul Əsgərov millidən kənarlaşdırıldı
Elinanın qəbri təhqir edildi – Yeni cinayət işi başlandı
Mədət Quliyev DTX-nin rəisi vəzifəsindən azad edilib nazir təyin edildi
Odlar Yurdu Universitetində pedaqoji heyətin attestasiyası keçirilir
“Hökumət Buludu” hökumətə nə vəd edir?
Sarkisyanın qarşısında baş əyən “Qaçqınkom” sədrinin fiaskosu: Rövşən Rzayev uğursuzluğu
Sabiq nazir ölkədən 14 milyon dolları NECƏ ÇIXARDI?
Makron Zelenski ilə razılaşdı: Putinlə görüş olacaq
Elçibəyin ailəsi Birinci vitse-prezidentə təşəkkür edib
VERGİLƏRİN SƏRTLƏŞƏN ÜZÜ… – Sahibkarların qorxusu əsaslıdırmı?
Saakaşvilidən Kiyev şəhəri ilə bağlı inanılmaz təklif
Aİ ayrı ölkələr üçün vizasız rejimi dayandıra bilər
Dünya çempionumuz yeni qurum yaratdı
Ağstafada qətliam qan davasıymış
Sabirabadda otyandıran manyak peyda olub
Türkiyə-ABŞ ziddiyyətinin əsas səbəbi iddia olundu
Eldar Sabiroğlu oğlundan imtina edib?
Qobu qəsəbəsində iki qardaş qonşular tərəfindən döyülüb
Sabirin büstü bu abırda - Cəlilabadda etiraz + FOTO
Qumarda borc aldığı 427 min dolları uduzdu
Gəncədə tanınmış idmançının oğlu 1 manata görə öldürüldü
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb
Kredit faizləri niyə yuxarıdır - ilginc faktlar
Dünyanın ən seksual qadını seçildi – FOTO
Qarabağda müharibə küləyi əsir - EHTİMAL
Ağstafada 8 nəfərin avtomatla güllələnməsiylə bağlı RƏSMİ AÇIQLAMA
Türkiyədə erməni dilində İLK KANAL AÇILDI: Ərdoğan da dəstəklədi - FOTO
Xırdalanda kişi 4-cü mərtəbədən yıxılıb
Türkiyə Silahlı Qüvvələri 77 PKK terrorçusunu zərərsizləşdirib
“Odlar Yurdu” Gənclər İB 7 yaşında
Tarixi debat bitdi, müzakirələr alovlandı - Video
Maykl Pompeo: ABŞ İranla müharibə istəmir
Pənah Hüseyn Surət Hüseynova od püskürdü: “... Qələt eləyir..”
“Neftçi” - “OİK-Xabarovsk” oyununun vaxtı dəyişdirilib
"AZTV"çilər Osman Nərimanoğlunu təhqir və təhdid etdi - Bu saytın fəaliyyəti qanunidirmi?
Yeni Zelandiyada güclü zəlzələ - sunami təhlükəsi var
Sakit Okeanda 6,1 bal gücündə zəlzələ olub
Azərbaycan, Rusiya və İran prezidentləri görüşəcək
NASA 2020-də Kosmosa turist yola salacaq
Ermənistanda icma başçısı güllələndi
"AXC Heydər Əliyevin təcrübəsindən istifadə edə bilmədi" - BAXCP sədri
"Bunu etsək, ermənilər Qarabağdan qaçacaq" - Rauf Arifoğlunun müsahibəsi - VİDEO
İsmayıllıda kafe yanıb
PEŞƏKARLARIN AŞAĞILANMASI… – “Belə elita ilə ölkədən əsər-əlamət qalmayacaq!”
Fuad Abbasovun səhhəti pisləşib
“Ermənilər Allahdan tələb etdi ki...”
YENİ: Azərbaycan ordusu erməniləri raketlə darmadağın etdi - VİDEO
Alim Qasımov kilsədə azan oxudu - Video
Mikayıl Cabbarov yenidən BF prezidenti seçildi
ŞOUPROBLEM! Nazilə uduzdu, yoxsa Xoşqədəm?!
Nazilə Xoşqədəmdən üzr istəməyəcəyini bəyan etdi
Bakı 5 saylı xəstəxanada rüşvət, özbaşınalıq, soyğunçuluq... - VİDEOLAR
Bugün Azərbaycanda Qurtuluş Günü qeyd edilir
Ədliyyə naziri Gəncədə vətəndaş qəbulu keçirdi
İsveçdə adaya 100 milyon kəpənək axın edib
Atəşkəs anlaşması qüvvəsini itirir - müharibə başlaya bilər
Baş nazirimiz Tacikistan Prezidenti ilə görüşüb
Həlimə Əliyevanın cənazəsi Kələkiyə göndərildi
Meray Kerinin intim görüntüləri üzə çıxdı - Video
Murad Köhnəqala azadlığa buraxıldı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.21744] initstartout [0.00017] initstartin [0.00063] calstart [0.00894] calend [0.00047] topnewsend [0.00356] rsssend [0.00000] ehgend [0.05904] tagsstart [0.00059] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.14400]