Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

14:03 - 20.03.2019  
Bu gün Yel çərşənbəsidir
Tarix: 12-03-2019, 10:11 | Bölmə: Xəbərlər » Maraqlı

Bu gün Yel çərşənbəsidirHər il Novruz bayramı ərəfəsində xalqımız - Su, Od, Yel və Torpaq çərşənbələrini qeyd edir.

Xalq arasında "Külək oyadan çərşənbə”, "Küləkli çərşənbə”, "Yelli çərşənbə” və "Heydər çərşənbəsi” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.

Yel çərşənbəsi günündə əsən isti külək yazın gəlişindən xəbər verir. İnanclara görə, bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Novruz şənliklərində icra olunan "Yel baba” mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın yel Tanrısına etiqadı ilə bağlıdır.

Folklorşünaslarımızın fikrincə, əski etiqadlarda qeyd edilib ki, torpağın altında - "qara nəhrdə” yatmış dörd cür külək Yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir. Mifologiyamızda ağ yel - ağ, qara yel - qara, xəzri - göy, gilavar - qırmızı libasda təsvir edilir. Yel çərşənbəsi günü yel bu dörd yellə birləşib dünyanı dolaşır, ərzi gəzib oyanmış suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir.

Yel Azərbaycan mifik təfəkküründə yol göstərən, bələdçi rolunu da yerinə yetirir. Yel baba (əksər hallarda əldən-ayaqdan düşmüş qoca sifətində peyda olur) qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və azmışları mənzil başına çatdırır. Yel baba haqqındakı bu təsəvvür sonralar Fatma nənənin yumağı şəklində nağıllara keçmişdir.

Azərbaycanlıların ən əski təsəvvürlərinə görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovrulmamış buğda götürənin oğlu ölər. Xırman sovrulandan sonra ilk buğda götürənin isə oğlu olar. Ulularımız deyirlər ki, "Yel əsdirəni söyməzlər”. Çünki onun arxasında Tanrı durur. Yelə tüpürsən öz üstünə qayıdar. Eləcə də Yel dağını ziyarət edirlər. Adamlar ürəklərində hər hansı bir dilək tutub dağa nəzir-niyaz gətirir, burada qurban kəsirlər. Yel baba kimin nəzirini, qurbanını qəbul etsə, o adam xeyir tapar, arzusuna çatar. Bir inancda isə deyilir ki, Yel çərşənbəsi girən gün söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib söyüdün budaqlarını torpağa toxundursa diləyin yerinə yetər.

Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıq görürlər. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır.

Novruzun müjdəsi olan Yel çərşənbəniz mübarək!

Xəbər 251 dəfə oxunub






Oxşar xəbərlər

Niyazi Bayramov vətəndaş müraciətlərinə baxıb
Qarabağın Ermənistana “birləşdirilmə" kampaniyası başladı
Gəncədə oğru saxlanılıb
Marixuana əkən İsmayıllı sakini yaxalanıb
Goranboyda şəhid polislərin ailələri ilə görüş keçirilib
İşğalçını öz adı ilə çağırmağın zamanı - sülhün əsas şərti
Baş nazirdən yeni qərar: bu qurum ləğv edildi
Nəsimi rayonunda yanğın: 12 nəfər təxliyə olunub
Moskvadan İrəvana kritik zəng, NATO xofu, Bakıya işarə
Sevil Əliyevadan bayram təbriki
İlham Əliyevdən yeni müavin təyinatı (DOSYE)
Nazarbayev Putinlə istefasını müzakirə edib
Bu gün Azərbaycanda Novruz bayramıdır
Sevil Nuriyeva Etimaddan yazdı: "“İlk görüşdə..."
İranda daşqınlar: 500 ailə evini tərk edib
Ərdoğan Qərbə meydan oxudu: “Bacarırsansa…”
Prezident xalq artistinə ev verdi
"Ermənilərin torpaq qaytaracağına ümid edənlərə.." - Qafar Çaxmaqlı
Prezident İlham Əliyev Bakıda Novruz şənliyində iştirak edir
Bu gün ilaxır çərşənbədir - torpaq çərşənbəsi...
"Yeni Müsavat"dan müxaliflərə sərt yazı: - Əfvə düşüb, dişi sındırılan təbliğat maşını
Ermənistan XİN başçısı Lavrova zəng etdi
İsraildə fahişəlik sürətlə artır – Hesabat
Azərbaycanda İlaxır çərşənbə qeyd olunur
Əli İnsanov əvvəllər və indi (?): – VİDEO
İslahatlar PROJESİ bədnam və antimilli məmurları da LİKVİDASİYA edəcəkmi?!
Kəmaləddin Heydərov "bayram əmri" imzaladı
"Bəziləri deyir ki, Əli İnsanov da korrupsionerdir" — Müxalifətdən
Ermənistanda qaz bahalaşır
Azərbaycanlı model çılpaq halda fotolar çəkdirdi (18+ FOTOLAR)
Saakaşvili “Vahid Milli Hərəkat” partiyasının sədrliyindən gedir
İcra başçısı konserv zavodunun 150 səhmdarını çölə atdırıb - reportaj
2019 Qarabağ konfliktinin “qırılma ili” ola bilər -
Qərb mediası 49 müsəlmanın öldüyü hadisəyə niyə “terror” demədi?
Kosmik təhlükə: Yerə asteroid yaxınlaşır
YAP gəlirlərini açıqladı:bəs parlamentdən kənardakı partiyalar?
İlham Əliyevin inqilabı - Rauf Arifoğlunun yazısı
Ağsuda heroin satışı ilə əlaqədar iki nəfər tutulub
Tanınmış YAP-çı Polkovnik : "Prezident xeyirxah bir addım atıb"
Emin Milli İlham Əliyevə TƏŞƏKKÜR yazdı
"54 məhkum Ombudsmanın vəsatəti əsasında əfv olunub"
Energetika naziri səudiyyəli həmkarı ilə görüşüb
Zakir Həsənov əsgərlərlə bayram süfrəsində - VİDEO + FOTO
Əfv sərəncamının icrası tam başa çatdı
Əli İnsanov siyasətə qayıdacaqmı? - Məhbəsdə "YOX" azadlıqda "HƏ"
Fikrət Fərəməzoğlu: “Adımın əfv siyahısında olacağına inanmırdım”
Əli İnsanov ölkədən kənarda yaşamaq istəmir
Məsciddə müsəlmanları qətl edən terrorçu MƏHKƏMƏDƏ
Paşinyanın Azərbaycan xalqına həyasız müraciəti… – Şərh
944 nəfər ÖLÜB-DİRİLDİ: Ölümdən sonra həyat varmış
Əfv olunan siyasi məhbuslar - Tam SİYAHI
“Azərişıq” ASC işıqlı Novruz vəd edir
Gözəl Bayramlı və Fuad Qəhrəmanlı da azadlığa çıxdı - SƏRƏNCAM
Terrorun varlığı da, qibləgahı da şeytandır
Prezident əfv sərəncamı imzalayıb - TAM SİYAHI
ADAU-da “Azərbaycanda aqrar sığortanın tətbiqi - elmi-praktiki konfransı keçirilib
Melioratorlara inandırıcı ittiham: - “Kim pul verir, onun əkin sahəsinə su buraxırlar”
“Oqtay Əsədov spikerdir deyə, ailəsi acından ölməlidir?” - Deputat
Zidandan "Real"ın futbolçularına sərt xəbərdarlıq
Əziz Əliyevin təhsil almasına Hacı Zeynalabidin Tağıyev necə kömək edib ?
Eldar Əzizov Abdin Fərzəliyevin "xətrinə dəyib" - İCLASDA
Vidadi Zeynalov azadlığa buraxıldı
Tahir Kərimli: “Nəsiminin nəşi Azərbaycana gətirilsin”
Köçəryanın həbs müddəti uzadıldı
VII Qlobal Bakı Forumu başladı - prezidentin dünyaya mesajları
İrəvanın Qarabağla bağlı “dəvəquşu” siyasəti
Brexit təxirə salınıb
Moskva vilayətində erməni iş adamı qətlə yetirildi
Evinin sənədi olmayanlara xoş xəbər
“Leş mafiyası”na daha bir ittiham

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11544] initstartout [0.00012] initstartin [0.00056] calstart [0.00708] calend [0.00037] topnewsend [0.00275] rsssend [0.00000] ehgend [0.00567] tagsstart [0.00070] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09816]