Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

06:57 - 25.08.2019  
Deputat Həsən Nəbiyev kasıbları “alkaş” və “tüfeyli” adlandırdı
Tarix: 8-03-2019, 12:16 | Bölmə: Xəbərlər » Maraqlı

Deputat Həsən Nəbiyev kasıbları “alkaş” və “tüfeyli” adlandırdıRusiyanın Volqoqrad vilayəti Dumasının hakim "Vahid Rusiya” partiyasından deputatı, azərbaycanlı Həsən Nəbiyev pensiyasının azlığından şikayət edən aztəminatlı şəxsləri "alkaş” və "tüfeyli” adlandırıb.

Demokratik.Az virtualaz.org-a istinadən xəbər verir ki, deputatın bu çıxışı ciddi qalmaqal yaradıb, o cümlədən "Vahid Rusiya” partiyasının rəhbərliyi Nəbiyevin çıxışını pisləyiblər.

Deputat Nəbiyev bu qalmaqallı çıxışını martın 6-da vilayət Dumasının işləməyən pensiyaçıların pensiyalarının hesablanması və ödənilməsi ilə bağlı yeni qaydaları müzakirə etmək üçün çağırdığı təcili iclasda edib. Yeni qanuna əsasən bu cür pensiyaçıların aylıq pensiyalarına təxminən 500 rubl (8 dollara yaxın) əlavənin edilməsi nəzərdə tutulur.

Həsən Nəbiyev uzun müddət "Qazprom transqaz Volqoqrad” MMC şirkətinin rəhbəri olub. 1954-cü ildə Azərbaycanın Gədəbəy rayonunun Zəhmət kəndində anadan olan Nəbiyev 1976-cı ildən indiki "Volqoqradneftmaş” ASC-də işləyib. Mühəndis vəzifəsindən sex rəisi, daha sonra "Volqoqradneftmaş” ASC-nin filialı olan Kotelnikovsk armatur zavodunun direktoru vəzifəsinə qədər yüksəlib. 2004-2016-cı illərdə "Qazprom transqaz Volqoqrad” MMC-nin baş direktoru işləyib. 2003-cü ildən isə vilayət Dumasının deputatıdır.

"Mən sizlərin arasında ən iri rəhbər olmuşam, başçılıq etdiyim müəssisədə 6 minə yaxın adam işləyib. Bizim müəssisədə işləyənlərdən soruşun. Axı onların pensiyası yeddi-səkkiz min rubl deyil. Xeyli yuxarıdır. Ayda 16-17 min rubl pensiya alırlar. Bəzilərinin, hansılar ki, dəzgahlarda işləyiblər, qaynaqçı, çilingər olublar, pensiyası 20 min rublu keçir”-deputat çıxışında bildirib.

Həsən Nəbiyev deyib ki, pensiyası heç 10 min rubla da çatmayan volqoqradlılar ona "alkaşları və tüfeyliləri” xatırladır.

"Onların pensiyası ona görə səkkiz mindir ki, alkaş və tüfeylidirlər. Kimlər ki, normal işləyib, ayda 20-25 min, hətta daha çox alırlar”-deputat israrla deyib.

Həsən Nəbiyev aztəminatlı şəxslərin pensiyalarına əlavələrin edilməsini məqsədəuyğun saymayıb. Bildirib ki, belələri yoxsul olduqlarına görə özləri günahkardır. "Mən hesab edirəm: qoy bu artım 1000 rubl, 500 rubl olsun. Amma aztəminatlı onun özü olub. Özü özünə bu şəraiti yaradıb. Axı o normal adam ola bilərdi”-deputat bildirib.

Hakim partiyanın deputatı, milyonçu (2017-ci ildə rəsmi gəliri 18 milyon rubl olub) Nəbiyevin bu çıxışı dərhal günün mövzusuna çevirib və sosial şəbəkələrdə hiddətə səbəb olub. Deputata dərhal öz gəlirlərini xatırladıblar. "Vahid Rusiya” partiyasının regional şöbəsinin Katibi Sergey Qornyakov deyib: "Bu gün Volqoqrad Dumasının növbədənkənar iclasında deputat Həsən Nəbiyev aztəminatlı şəxslərin maddi vəziyyətlərinə görə özlərinin günahkar olduğunu deməyi rəva bilib. Təbii ki, bu deyilənlər ictimaiyyətin hiddətinə və narazılığına səbəb olub. Qeyd edirəm ki, bunlar sırf Həsən Nəbiyevin mövqeyidir. Partiyamızın fraksiyasının bu məsələ ilə bağlı tutduğu mövqe ilə heç bir əlaqəsi yoxdur”.

Qornyakov deyib ki, deputat ancaq şəxsi informasiyasına əsaslanıb bu cür qəti qənaətə gəlməli deyildi. "Əlbətdə, onun kimi dövlət adamları bu cür populist çıxışlar etməyi özlərinə rəva görməli deyillər. Şübhəsiz ki, cüzi pensiyanı vətən naminə vicdanla işləmiş adamlar alırlar. Ona görə də bu cür adamlar danışmazdan əvvəl yaxşıca düşünməlidir. Partiyanın regional şöbəsi deputat Həsən Nəbiyevin çıxışına görə vətəndaşlardan üzr istəyir”-o bildirib.

"Vahid Rusiya” partiyasının yerli şöbəsinin digər nümayəndələri də Nəbiyevin çıxışını pisləyiblər. Qərara alınıb ki, deputatın çıxışını Dumanın etika komissiyasının xüsusi iclasında müzakirə etsinlər.

"Biz Volqoqrad vilayət dumasında baş vermiş insidenti müzakirə edəcəyik. Bu hiddət doğuran bəyanatı qiymətləndirəcəyik və deputat Həsən Nəbiyevin "Vahid Rusiya” partiyasının sıralarında qalıb-qalmaması məsələsini müzakirə edib qərar çıxaracağıq”-Dumanın təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin rəhbəri, etika Komissiyasının sədr müavini Vasili Piskaryev deyib.

Qeyd edək ki, Azərbaycanda da vaxtaşırı olaraq deputat Hadı Rəcəbli təxminən Həsən Nəbiyev kimi bəyanatlar verir və nəticədə sosial şəbəkələrin, mətbuatın hədəfinə çevrilir.

Xəbər 1023 dəfə oxunub






Oxşar xəbərlər

AZAL-ın sabiq prezidenti: “Təyyarənin vurulma ehtimalı var”
Adnan Oktar türmədə də “dinc dayanmır” - şantaj, təhdid, təhrik...
Rasim Balayev: “Paşinyanın ağızını, burnunu vurub əzmək lazımdır!”
Təhsil nazirindən yeni – TƏYİNAT
Qarabağ danışıqlarında sükut nə vaxt pozulacaq?
Deputat Ağalar Vəliyevin müəmmalı sərvəti - Fabrik, otel, zavod... (FOTOLAR)
Ərdoğan Rusiyaya səfər etməyi planlaşdırır
Qabil Hüseynli danışdı - "mənə hücum edənlər..."
Günün yazısı: Jurnalistikanın prinsiplərinə necə əməl olunur?
Prezident Əli Nağıyevin qardaşına general-leytenant rütbəsi verdi
Vüqar Rəhimzadə: "Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir"
Möhürsüz qətnaməni Şahsuvarlıya kim ötürmüşdü? - Tam Qətnamə
Tərtərdə baş həkimin nüavini Qarabağ veteranına pul atıb? - ŞİKAYƏT
İsmayıllıda 3 uşaq anası itkin düşüb, axtarılır
YOL POLİSİ QUBADA REYD KEÇİRDİ
Zaxarovadan "Ləzginka" rəqsi - FOTO/VİDEO
Türkiyəyə ərə gedən aktrisa ana olacaq – Fotolar
Nizami Məhkəməsində RƏZALƏT - "Xüsusi ittiham" belə araşdırılır?
Arif Əsgərov və oğlu borca görə 3 il həbs edilə bilər
Məhəmmədəli Qəribliyə "cinayət işi" açıla bilər - Bakıda məhkəmə başladı
Fransa prezidenti İran rəsmilərilə görüşəcək
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
İqbal Məmmədovun deputat mandatı alına bilər
Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər
Vergi Məcəlləsində dəyişiklik edilib
2020-də Azərbaycanda aqrar sığorta tətbiq olunacaq
Beynəlxalq Bankdan oğurlanan pullar necə qaytarılacaq?
Müxalifət “su pulu” ilə maliyyələşə bilərmi?
GEOPOLİTİKA - Üç ABŞ bazası Gürcüstana yerləşir
Mərhum pilotumuzla vida mərasimi keçirilir - FOTO
Ərdoğanla Merkel arasında telefon danışığı olub
“Xalq diplomatiyası" - Ermənilər Bakıya niyə gəlir?
Məktəblərdə telefon qadağası gündəmdədir
Qubad İbadoğlu da “Relax" olayına sərt mövqe sərgilədi
“RELAX ƏMƏLİYYATI” – Mikayıl Cabbarovun gücü kimlərə çatırmış?…
Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin
ŞOK - Bəzi zənginlərin toyunda şimpanze əti yeyilir
Gülnarə Kərimovaya qarşı yeni cinayət işi açılıb
Putini təhqir edən jurnalist işdən qovuldu
Mətanət Əsədova məşhur falçı yanında belə muğam oxudu
Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
“Rejim odla oynamasın” - Çavuşoğludan Suriya açıqlaması
35 milyon illik meteoritin hissələri tapıldı
Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?
Nazirlik "DOST İş Mərkəzi" ilə bağlı korrupsiya ittihamlarına cavab verdi
Ramiz Mehdiyev: “Ermənistan, əslində, qalib gəlməyib, uduzub”
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb
Havanın temperaturu 42 dərəcəyə yüksələcək
Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar
Mir Şahin Gəncə teraktı ilə bağlı şok görüntülər yayımladı - VİDEO
Göygöl polisinə yeni rəis təyin olundu
“Relax”ın aylıq vergi ödənişi 7 manatdan az olub - Açıqlama
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb
Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11904] initstartout [0.00013] initstartin [0.00055] calstart [0.00692] calend [0.00038] topnewsend [0.00275] rsssend [0.00000] ehgend [0.00526] tagsstart [0.00055] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10247]