Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

11:15 - 25.08.2019  
AVTOMOBİL YOLLARI DA ÖDƏNİŞLİ OLACAQ
Tarix: 8-03-2019, 11:07 | Bölmə: Xəbərlər » Maraqlı

Nazirlər Kabineti "Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə Qaydası”nı təsdiq edib. 

Bu Qayda avtomagistrallardan ödənişli yol kimi istifadə qaydasını tənzimləyir. Qayda ödənişli avtomobil yolu kimi istifadə olunan özəl və bələdiyyə avtomobil yollarına şamil edilmir.

Ödənişli avtomagistral müəyyən məsafədə avtomobil nəqliyyatı vasitələrinin "Yol hərəkəti haqqında” qanun ilə müəyyən edilmiş sürətlə və maneəsiz hərəkətini təmin edən, yüksək hərəkəti buraxma qabiliyyətinə və ayırıcı zolağa malik olan, eyni səviyyədə kəsişmələri olmayan, habelə hərəkət hissəsində nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilən, 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz olunan ödənişli avtomobil yoludur. Operator ödənişli avtomagistralın idarə edilməsini həyata keçirən dövlət qurumu, ödəniş talonu ödənişli avtomagistralla nəqliyyat vasitəsinin gedişi üçün ödəniş sənədi (nəqliyyat vasitəsində yerləşdirilən yapışqan etiket, maqnit zolaqlı çoxdəfəlik talon), eləcə də elektron kontaktlı və ya kontaktsız smart kartdır. Ödəniş məntəqəsi ödənişli avtomagistralla nəqliyyat vasitəsinin gedişi üçün ödəniş əməliyyatının həyata keçirildiyi və buraxılış məntəqələrindən ibarət olan, mühəndis avadanlığının, texniki vasitələrin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikililər və qurğulardır (şlaqbaumlar, elektron ödəniş terminalı və açıq məntəqə). Avtomatik elektron ödəniş cihazı – operator tərəfindən istifadə olunan nəzarət sistemi vasitəsilə hərəkətdə olan nəqliyyat vasitəsinin identifikasiyası üçün nəzərdə tutulan və nəqliyyat vasitəsində yerləşdirilən qurğudur.

Ödənişli avtomagistralın istifadə olunması istifadəçi ilə operator arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir. Müqavilənin bağlanılması gediş üçün ödəmə sənədi ilə təsdiq edilir və bu müqaviləyə uyğun olaraq operator istifadəçiyə ödənişli avtomagistralda gediş hüququnu təqdim etməyə və yol hərəkətini təşkil etməyə, istifadəçi isə təqdim olunan xidmətin haqqını ödəməyə borcludur. Ödənişli avtomagistraldan istifadəyə xitam verilməsi və dayandırılması halları istisna olmaqla, avtomobil yolunun sahibi (operator) həmin yoldan istifadə üçün müqavilə bağlamaqdan əsassız imtina edə bilməz. Ödənişli avtomagistralla nəqliyyat vasitəsinin gedişi üçün ödənişin məbləği avtomobil yolunun dərəcəsi, nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla, Tarif (qiymət) Şurası tərəfindən müəyyənləşdirilir. Operator tərəfindən nəqliyyat vasitəsinin gedişinə görə tutulan ödənişlərdən başqa, istifadəçilərdən digər ödənişlərin tutulmasına yol verilmir.. Müdafiə əhəmiyyətli, ictimai asayişin qorunması, fövqəladə halların aradan qaldırılması, qəza-bərpa işləri ilə əlaqədar olan daşımalarda iştirak edən, habelə polis və təcili tibbi yardım xidmətlərinə məxsus xüsusi təyinatlı, həmçinin ödənişli avtomagistrala xidməti təşkil edən operatorun nəqliyyat vasitələri gediş üçün ödənişdən azaddırlar. Nəqliyyat vasitəsinin gedişi üçün haqqın əvvəlcədən ödənilməsi halları istisna olmaqla, ödənişin tutulması ödəniş məntəqələrində həyata keçirilir.

Ödənişli avtomagistral barədə məlumat tablosu ödənişli avtomobil yolunun girişinə aparan avtomobil yollarında da quraşdırıla bilər. Ödənişli avtomagistraldan istifadə zamanı nəqliyyat vasitəsi texniki nasazlıq səbəbi ilə, o cümlədən yol-nəqliyyat hadisəsi nəticəsində hərəkətini dayandırarsa və digər nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükə yaradarsa, bu zaman həmin nəqliyyat vasitəsi operator tərəfindən ödənişli qaydada yaxın məntəqənin mühafizə dayanacağına yerləşdirilir. Bu zaman nəqliyyat vasitəsinin mühafizə dayanacağında 24 saatadək saxlanılmasına görə ödəniş tutulmur.

İstifadəçilərə ödənişli avtomagistralla gediş haqqının əvvəlcədən operatora ödənilməsi imkanını da yaradılacaq.

İstifadəçinin vəzifələri aşağıdakılardır:

– əgər nəqliyyat vasitəsi operatorun tələblərinə uyğun olaraq yerləşdirilmiş gediş talonuna malik deyildirsə və ya avtomatik elektron ödəniş cihazı ilə təchiz edilməmişdirsə, bu zaman ödənişi yalnız nağd ödəniş məntəqələri vasitəsilə həyata keçirmək;

– nəqliyyat vasitəsinin gediş haqqını nağd pul vasitəsilə ödəniş terminalına köçürmək, habelə ödəniş kartından istifadə etməklə və ya əvvəlcədən ödəməklə həyata keçirmək;

– ödəniş məntəqəsindən keçməklə, gediş zamanı gediş üçün haqqın ödənilməsi məqsədi ilə nəqliyyat vasitəsini dayandırmaq və ödənişin həyata keçirilməsindən sonra maneənin (şlaqbaumun) açılması anından etibarən nəqliyyat vasitəsinin hərəkətinə icazə verildikdən sonra yoluna davam etmək;

– gediş talonunun istifadə olunması zamanı operatorun təlimatına uyğun olaraq, onu nəqliyyat vasitəsində yerləşdirmək;

– ödənişli avtomagistraldan istifadə ilə bağlı ödəniş sənədini ödənişli avtomagistraldan istifadə hüququ başa çatanadək qoruyub saxlamaq;

– operatorun uçotu sistemində qeydiyyata alınan nəqliyyat vasitəsində avtomatik elektron ödəniş cihazından istifadə etmək.

Xəbər 796 dəfə oxunub






Oxşar xəbərlər

AZAL-ın sabiq prezidenti: “Təyyarənin vurulma ehtimalı var”
Adnan Oktar türmədə də “dinc dayanmır” - şantaj, təhdid, təhrik...
Rasim Balayev: “Paşinyanın ağızını, burnunu vurub əzmək lazımdır!”
Təhsil nazirindən yeni – TƏYİNAT
Qarabağ danışıqlarında sükut nə vaxt pozulacaq?
Deputat Ağalar Vəliyevin müəmmalı sərvəti - Fabrik, otel, zavod... (FOTOLAR)
Ərdoğan Rusiyaya səfər etməyi planlaşdırır
Qabil Hüseynli danışdı - "mənə hücum edənlər..."
Günün yazısı: Jurnalistikanın prinsiplərinə necə əməl olunur?
Prezident Əli Nağıyevin qardaşına general-leytenant rütbəsi verdi
Vüqar Rəhimzadə: "Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir"
Möhürsüz qətnaməni Şahsuvarlıya kim ötürmüşdü? - Tam Qətnamə
Tərtərdə baş həkimin nüavini Qarabağ veteranına pul atıb? - ŞİKAYƏT
İsmayıllıda 3 uşaq anası itkin düşüb, axtarılır
YOL POLİSİ QUBADA REYD KEÇİRDİ
Zaxarovadan "Ləzginka" rəqsi - FOTO/VİDEO
Türkiyəyə ərə gedən aktrisa ana olacaq – Fotolar
Nizami Məhkəməsində RƏZALƏT - "Xüsusi ittiham" belə araşdırılır?
Arif Əsgərov və oğlu borca görə 3 il həbs edilə bilər
Məhəmmədəli Qəribliyə "cinayət işi" açıla bilər - Bakıda məhkəmə başladı
Fransa prezidenti İran rəsmilərilə görüşəcək
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
İqbal Məmmədovun deputat mandatı alına bilər
Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər
Vergi Məcəlləsində dəyişiklik edilib
2020-də Azərbaycanda aqrar sığorta tətbiq olunacaq
Beynəlxalq Bankdan oğurlanan pullar necə qaytarılacaq?
Müxalifət “su pulu” ilə maliyyələşə bilərmi?
GEOPOLİTİKA - Üç ABŞ bazası Gürcüstana yerləşir
Mərhum pilotumuzla vida mərasimi keçirilir - FOTO
Ərdoğanla Merkel arasında telefon danışığı olub
“Xalq diplomatiyası" - Ermənilər Bakıya niyə gəlir?
Məktəblərdə telefon qadağası gündəmdədir
Qubad İbadoğlu da “Relax" olayına sərt mövqe sərgilədi
“RELAX ƏMƏLİYYATI” – Mikayıl Cabbarovun gücü kimlərə çatırmış?…
Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin
ŞOK - Bəzi zənginlərin toyunda şimpanze əti yeyilir
Gülnarə Kərimovaya qarşı yeni cinayət işi açılıb
Putini təhqir edən jurnalist işdən qovuldu
Mətanət Əsədova məşhur falçı yanında belə muğam oxudu
Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
“Rejim odla oynamasın” - Çavuşoğludan Suriya açıqlaması
35 milyon illik meteoritin hissələri tapıldı
Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?
Nazirlik "DOST İş Mərkəzi" ilə bağlı korrupsiya ittihamlarına cavab verdi
Ramiz Mehdiyev: “Ermənistan, əslində, qalib gəlməyib, uduzub”
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb
Havanın temperaturu 42 dərəcəyə yüksələcək
Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar
Mir Şahin Gəncə teraktı ilə bağlı şok görüntülər yayımladı - VİDEO
Göygöl polisinə yeni rəis təyin olundu
“Relax”ın aylıq vergi ödənişi 7 manatdan az olub - Açıqlama
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb
Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13234] initstartout [0.00012] initstartin [0.00055] calstart [0.00613] calend [0.00038] topnewsend [0.00266] rsssend [0.00000] ehgend [0.02372] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09809]