Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

11:28 - 21.05.2019  
Gəncədə icra başçısının hesabatı dinlənilib
Tarix: 4-03-2019, 17:56 | Bölmə: Xəbərlər » Maraqlı

Gəncədə 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə dair şəhər icra hakimiyyəti başçısının hesabatı dinlənilib.
Gəncədə icra başçısının hesabatı dinlənilibHesabat yığıncağında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Prezident Administrasiyasının Ərazi-Təşkilat Məsələləri Şöbəsinin Sektor müdiri Vəfadar Bağırov, millət vəkilləri, idarə, müəsisə və təşkilat rəhbərləri, şəhər ictimayyətininin nümayəndələri, ziyalılar iştirak ediblər. 
Demokratik.Az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, bildirib ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, ölkə həyatının bütün sahələrində böyük nailiyyətlər əldə olunur, vətənimizin iqtisadi qüdrəti daha da artır. Ölkə başçısının məqsədyönlü və ardıcıl siyasəti nəticəsində Gəncənin də sosial-iqtisadi həyatının bütün sahələrində inkişaf müşahidə olunur. Bu inkişaf dinamikası 2018-ci ildə də qorunub saxlanılıb, bir sıra yüksək göstəricilər əldə olunub.
Şəhər rəhbəri hesabat məruzsində bildirib ki, 2018-ci ildə şəhərdə istehsal edilmiş ümumi məhsul buraxılışı özündən əvvəlki illə müqayisədə 3,2 faiz artıb. Ümumi daxili məhsulun 71,5 faizi qeyri-dövlət bölməsində istehsal edilib. 
2018-ci ildə şəhər iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 376 manat təşkil edib ki, bu da 2017-ci illə müqaisədə 9,9 faiz çoxdur. 
Hesabat dövründə Gəncə şəhər Prokurorluğunun və Gəncə Hərbi Prokurorluğun müasir tələblərə cavab verən yeni inzibati binaları istifadəyə verilib. Gəncə Dövlət Dram Teatrının yeni 500 yerlik binasının və İdman Sarayının inşası aparılır. Bununla yanaşı Gəncə-Bakı avtomobil yolunun sağ tərəfində, 2,5 hektar ərazidə 2 mərtəbəli Baş Dövlət Yol Polis İdarəsinin Gəncə Regional Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin inzibati binasının tikintisi davam etdirilir. 
Gəncənin ayrı-ayrı ünvanlarında yerləşən 182 çoxmənzilli binanın dam örtüyü təmir edilib, çoxmərtəbəli binalarda 168 lift əsaslı və cari təmir olunaraq işlək vəziyyətə gətirilib. Hesabat dövründə Gəncənin müxtəlif küçə və prospektlərində, o cümlədən Hacıkənd qəsəbəsində 243 ədəd işıqlandırma dayağı yenisi ilə əvəz edilib, 52 ədəd elektrik şkafı, 19 min 165 ədəd işıqlandırıcı quraşdırılıb. 
Şəhərin Nizami Gəncəvi prospekti, F.Əmirov, Bağmanlar, Ş.Bahəddin, Əttarlar, Təbriz, Gəncəvi, Firdovsi, Q.Qarayev, Azərbaycan Bayrağı, İ.Cəfərov, S.Xasayev və digər küçələrində yollar təmir olunub, ümumilikdə 28 km uzunluğunda avtomobil yolu, 50 min kv.metrdən çox səki asfaltlanıb. 
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı bildirib ki, hesabat dövrü ərzində Rayon Məşğulluq Mərkəzlərinə işaxtaran qismində 3 min 944 nəfər vətəndaş müraciət edib. Ötən illər nəzərə alınmaqla işaxtaran vətəndaş kimi qeydiyyatda olanlardan 2 min 655 nəfəri işlə təmin olunub. 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin "Əhalinin özünəməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamının icrası ilə əlaqədar rayon Məşğulluq Mərkəzləri tərəfindən müxtəlif peşələr üzrə 199 nəfər özünəməşğulluq təlimlərinə cəlb edilib. 
Niyazi Bayramov qeyd edib ki, əhalinin su, qaz və elektrik enerjisi ilə təminatı sahəsində mühüm işlər görülüb. Gəncədə icra olunan və şəhərin su-kanalizasiya xəttlərinin tam yenilənməsini hədəfləyən layihə davam etdirilir. Bunlarla yanaşı təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinə xüsusi diqqət yetirilir. 
1076 şagird yerlik 7 nömrəli tam orta məktəbin binasında əsaslı təmir işləri davam etdiril. Cari ildə 18, 28 və 34 nömrəli tam orta məktəblərin əsaslı təmiri, 7 və 32 nömrəli Körpələr evi-uşaq bağçalarının tikintisi nəzərdə tutulur. 
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində "Şah Abbas” və "Uğurlu xan” karvansarayının əsaslı təmir və bərpası istiqamətində işlər başa çatdırılıb. 
Gənclərlə iş və idman sahəsində əldə olunan nailiyyətlərdən danışan şəhər rəhbəri, 2018-ci ildə Gəncədə müxtəlif mövzularda 165-ə yaxın tədbir və layihə həyata keçirilib ki, bu tədbirlərdə də 22 mindən artıq gənc və yeniyetmə iştirak edib. Gəncə idmançıları hesabat dövrü ərzində 20-si qızıl, 5-i gümüş, 22-si isə bürünc olmaqla ümumilikdə 47 medal qazanıblar.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, 2018-ci il ərzində şəhərdə baş verən mühüm iqtisadi dəyişikliklər, dinamik sosial-iqtisadi inkişaf, əldə olunan uğurlar şəhər əhalisinin maddi-rifah halının yaxşılaşdırılmasına, problemlərin aradan qaldırılmasına öz müsbət təsirini göstərib. O qeyd edib ki, Prezident cənab İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla və vaxtında həyata keçirilməsi üçün bundan sonra da çalışılacaq, ölkədə, eyni zamanda Gəncədə davamlı iqtisadi inkişafa nail olmaq üçün əməli tədbirlər həyata keçiriləcək, qarşıya qoyulmuş vəzifələrin həlli üçün bütün imkanlar səfərbər ediləcək.
Hesabat yığıncağında Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov və başqaları çıxış edərək, ötən il ərzində görülən işlərdən, reallaşdırılan layihələrdən və əldə olunan uğurlardan söz açıblar. 
Bütün məruzələri dinləyən Prezident Administrasiyasının Ərazi-Təşkilat Məsələləri Şöbəsinin Sektor müdiri Vəfadar Bağırov yekun nitq ilə çıxış edib. O, Azərbaycanın sosial-iqtisadi inkişafından, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlardan, ölkə rəhbərinin imzaladığı sərəncam və fərmanlardan, qəbul olunan dövlət proqramlarından söz açıb. O bildirib ki, bu gün Azərbaycanın bir çox bölgəsində, o cümlədən Gəncədə, Sumqayıtda, Mingəçevirdə sənaye zonaları yaradılır. Sənaye zonaların yaradılması həm ölkə iqtisadiyyatının inkişafına, həm də əhalinin məşğulluğunun təmin edilməsinə yönəlib. Vəfadar Bağırov bildirib ki, ölkənin 38 şəhər və rayonunda içməli su problemi həll edilib, əlavə 12 şəhər və rayonda bu istiqamətdə iş aparılır. Gəncədə aparılan genişmiqyaslı adablıq-quruculuq işlərini müsbət qiymətlərndirən Vəfadar Bağırov şəhər ictimaiyyətinə müraciət edərək, bu işlərin davamlı olması üçün hər bir şəhər sakinin dəstəyinə ehtiyac duyulduğunu bildirib. 

Hesabat yığıncağının sonunda iştirakçılar adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Gəncədə icra başçısının hesabatı dinlənilib
Gəncədə icra başçısının hesabatı dinlənilib

 


 

Xəbər 811 dəfə oxunub






Oxşar xəbərlər

Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub
Hakimlərin sayı 200 nəfər artırılır – Ramiz Rzayev
Fuad Abbasovla bağlı ŞOK İNFORMASİYA - DÖYÜLƏRƏK HƏBS OLUNUB
İsgəndər Həmidov xəstəxanalıq oldu - ÜRƏKTUTMA
Baş yol polisinə qarşı "köhnə yazı" - Generalın "biznes imperiyası"nın siyahısı TƏKRAR yayıldı
Abşeronda bələdiyyə sədri qadının evini 130 minə başqasına satıb – Şikayət
Gəncədə "Xəzər Lada"nın "qoçuları" Qarabağ əlillərini döydü
Gəncə gəncləri ADA Universitetində - Möhtəşəm Gənclər Konfransı
Səhiyyə Nazirliyindən anasına pulsuz müalicə tələb edən etirazçıya cavab
"ABŞ hələlik İranla MÜHARİBƏ etməyəcək" - Osman Nərimanoğlu yazdı
“KÖLGƏ”DƏ GİZLƏDİLƏN MİLYONLAR…
Tacikistanda İŞİD üzvü olmuş məhbuslar qiyam qaldırıb
"Qarabağ" üçün 13 potensial rəqib
"Emin 444"-ün ölümü - Həbs edilən dünya çempionunun ayağındakı bıçaq izi..
Gəncə Təhsil İdarəsinin əməkdaşı itkin düşüb - FOTOSU
Ağ Evin Qarabağ təşəbbüsü: Konqres də qoşula bilər
Şəmkir İcra Hakimiyyətinin yanında inəklərin "PARADI" - Biabırçılıq
Göygöldə məktəb direktoru "qaçqının daxması"na hücum çəkdi - NİYƏSİ + FOTOLAR
Spiker xəstəxanadakı Milli Qəhrəmanı ziyarət etdi
Gəncə-startap günləri başa çatdı
Tacirdən: “Tellinin hər yerini yeyərəm” - Video
Çantada narkotik daşıyan Şəki sakini Balakəndə saxlanılıb
Şvarseneggeri bir təpik vurub yerə yıxdılar - VİDEO
Samuxda orta məktəbə Milli Qəhrəmanın adı verildi
"Oskar"lı aktyor 31 ildən sonra attestat aldı - FOTO
“Mən niyə akademik ola bilmərəm, neyləmişəm ki?…”
İranda qum fırtınası başlayıb
Oqtay Əsədov Zelenskinin andiçmə mərasimində iştirak edəcək
Şəmkirin icra başçısı Dilqəm Əsgərovun oğlunun torpağını əlindən alır ?
Trampın gəlirləri və borcları açıqlandı
Ərdoğanın yaşlı qadınla söhbəti rekord qırdı - VİDEO
Gürcüstanın sabiq prezidenti qaynaqçılıq edir
ADAU-da Gəncə-Startap günləri başldı
Gədəbəydə aptek talayanlar Gəncədə tutuldu
İran raketləri Fars körfəzindəki Amerika gəmilərini hədəfə alıb
"Azərbaycan ABŞ-a 8,2 mlrd dollar investisiya qoyub"
Ceyhun Osmanlıya Avropada vəzifə verildi
Afaq Bəşirqızı məmurlara çağırış etdi: “Siz də ayılın...”
AVF-nin baş katibi dəyişib
Çin TV Azərbaycan haqqında 8 seriyalı film çəkib
Cavid Qurbanovun "İSPAN TAPMACASI" - 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?
Abşeron İHB daha bir jurnalistə qarşı - Məhkəmə İŞİ
Gəncədə körpülər əsaslı təmir olunacaq
Adnan Oktarın həbsxanadan - FOTOLARI
"Emin 444"ün "morqda" çəkilən görüntüləri yayıldı
Atəşkəs rejimi 26 dəfə pozulub
Musabəyovun bağlatdığı popkorn satışı yenidən açıldı
ABŞ hərbi gəmiləri Fars körfəzinə daxil olub
ABŞ-ın İrəvana son ismarışı, köhnələn “Rusiya kartı”...
İquain "Yuventus"a qayıdır
Vidadi Rzayevdən ŞOK açıqlamalar: ..hamısı aftafalardı, yaltaq və sümsüklərdi"
İlan mələyən çöllərimizdəki “ilan zəhəri”adlı böyük xəzinə
"AĞ PARTİYA" başqanı "Yeni Müsavat"-a MÜSAHİBƏ verdi
AYB 8000 manat qarşılığında seks-striptizə göz yumur -VİDEO
Müxalifətdən Pənah Hüseynin seçki blokuna reaksiya
Brüssel zirvəsi başa çatdı – nəticələr...
ABŞ “Huawei” şirkətini qara siyahıya salıb
“Donald Tramp, hanı azadlıq?” – MADURO
“Bu fərman müstəsna rol oynayacaq…” – Ali Məhkəmənin sədri ilə MÜSAHİBƏ
Orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevriləcək
“Zakir Fərəcov Sumqayıtda boş yer qoymadı…” – “Kristal Abşeron”la birlikdə…
Azərbaycan Avropanın sənədinə niyə imza atmadı?
Gəncə Avtomobil Zavodu ELEKTROBUS istehsal edir
“Avroviziya”da terror təhlükəsi var?..
Ermənilərin qənimi olan Bakı qoçuları…
“Elçibəyin ruhundan üzr istəyirəm” – Emin Milli
Ölümdə adı keçən həndbol hakimi həbsdən necə qurtuldu? - Nazirin yazdığı məktub üzə çıxdı
Tovuzda mağazadan oğurluq edən şəxs saxlanılıb
Bakının mərkəzində atışma - Generalın qohumu tutuldu -
Macarıstan Səfirliyinin diplomatı ADAU-da olub

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.16510] initstartout [0.00014] initstartin [0.00061] calstart [0.00802] calend [0.00043] topnewsend [0.00326] rsssend [0.00000] ehgend [0.00549] tagsstart [0.00051] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.14661]