Rusiyada "AZRU" internet-telekanalı açılır

  • 02 mart 2019, 23:18
Rusiya azərbaycanlılarının vahid informasiya portalı AZRU-nun ilk internet-telekanalı artıq öz işinə başlayır. Bu barədə Avrasiya.net-ə portalın baş redaktoru, jurnalist, ictimai xadim və politoloq Roman Ağayev xüsusi müraciətində açıqlayıb.
O xatırladıb ki, AZRU portalı ötən ilin avqust ayının sonunda Rusiya Federasiyasının kütləvi informasiya vasitəsi kimi rəsmi qeydiyyatdan keçmişdir. "Bu hadisəni Rusiya azərbaycanlıları və Rusiya-Azərbaycan münasibətləri üçün mühüm əhəmiyyət kəsb edən bir hadisə kimi dəyərləndirmək vacibdir. Bu bizim ümumi qələbəmizdir. Hal-hazırda bizim, Rusiya azərbaycanlılarının, Rusiyada öz kütləvi informasiya vasitəsi, indi isə - artıq öz internet-telekanalı mövcuddur”, - deyə R.Ağayev bildirib.
Qeyd edək ki, AZRU portalında Rusiyanın Azərbaycan icması üçün maraq kəsb edən aktual xəbərlər, Rusiya-Azərbaycan ikitərəfli münasibətlərin kontekstinə uyğun olan son məlumatlar, Rusiyanın müxtəlif regionlarında oradakı yerli azərbaycanlıların təşkilatlarının keçirdiyi və ya onların yaxın iştirakı ilə keçən tədbirlər haqqında reportajlar, Azərbaycan və xalqımızın zəngin tarixi-mədəni irsi haqqında maraqlı faktlar, Azərbaycanın rus icmasının fəaliyyəti barədə informasiya, Rusiyanın Azərbaycan və Azərbaycanın rus icmalarını təmsil edən maraqlı insanlar haqqında məqalələr, müəllif materialları, analitik icmallar, anons və elanlar dərc olunur.
AZRU portalı bu və ya digər tədbirin informasiya təqdimatı nəzərindən keyfiyyətli və səviyyəli işıqlandırılmasına, barəsində məlumatın Rusiya və Azərbaycan KİV-ləri, eləcə də daha geniş auditoriyaya yayılmasına hərtərəfli kömək edir, təşkilatların, yaradıcılıq kollektivlərinin və Rusiyanın Azərbaycan icmasının ayrı-ayrı nümayəndələrinin fəaliyyətinin prodüsser müşayiətini təmin edir.

"Fəaliyyətini xalq maliyyələşdirilməsi əsasında quran portalımızı dəstəkləyən hər bir kəsə öz minnətdarlığımı bildirirəm. Bundan sonra da sizin hər birinizi bu ümumrusiya media-layihəmzin inkişafı naminə yardım etməyə və onun işində fəal iştirak etməyə çağırıram”, - deyə Roman Ağayev vurğulayıb.


Oxşar xəbərlər