DGK sahibkarlar üçün yeni sayt istifadəyə verəcək

  • 28 fev 2019, 20:55

Dövlət Gömrük Komitəsi (DGK) sahibkarlar üçün yeni sayt istifadəyə verəcək.

 

 

 

 

 

 

 

 

 

Bu barədə DGK-nın "Azərterminalkompleks” Birliyinin broker işinin təşkili şöbəsinin rəisi Anar Şükürov AZƏRTAC-a eksklüziv açıqlamasında deyib.

O bildirib ki, saytın əsas məqsədi qısa idxal bəyannamələrinin onlayn tərtibatını, həmçinin idxal-ixrac əməliyyatlarında bəyannamələrin onlayn tranzit sisteminin daha dəqiq işləməsini təmin etməkdir: "Eyni zamanda, bu sayt vasitəsilə "Azərteminalkompleks”ə aid ödəmələrin daha rahat və şəffaf həyata keçirilməsi mümkün olacaq. Yeni sayt yaxın zamanlarda sahibkarların istifadəsinə veriləcək.

Oxşar xəbərlər