Qəbələnin kəndində bir Lenin heykəli - Hələ də dimdik

  • 26 fev 2019, 17:46

"Sovetlər birliyinin dağılması ilə bütün SSRİ məkanında olduğu kimi, Azərbaycanda da Leninin heykəlləri öz funksionallığını itirib. Amma müəyyən istisnalar da var”.

Məsələn, Azərbaycanın Qəbələ rayonundakı Qəmərvan kəndində kommunist rəhbərin heykəli hələ də qalmaqdadır.

Bu barədə məlumatı araşdırmaçı Zaur Əliyev verib. Məlumatda qeyd olunub ki, "dahi rəhbər”in heykəlinin ətrafını ot-alax bassa da, lakin heykəl digər rayon və şəhərlərdə olduğu kimi uçurulmayıb və bu günə qədər də yerində qalır. ("Baku Post”)

Oxşar xəbərlər