Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

09:32 - 28.01.2020  
Ələkrəm Hümbətovdan erməni və fars sayağı ittihamlar
Tarix: 20-02-2019, 19:58 | Bölmə: Xəbərlər » Maraqlı

Azərbaycan türklərinə "gəlmələr” deyən separatçı ermənilərə qardaş deyir...

Ələkrəm Hümbətovdan erməni və fars sayağı ittihamlar15 ildən çoxdur ki, İsveçrədə yaşayıram...

O gün biri məni divara dirəyib ki, sən bu ölkəyə "gəlməsən”. Mənim isə dədə-babam Nuh peyğəmbərdən də öncə burada yaşayıb. Yəni, mən icazə versəm, sən bu ölkədə yaşaya bilərsən. Verməsəm, cəhənnəm olub getməlisən. Adam əmindir ki, onun haqqı və hüququ mənimkindən çoxdur. O, əla növ insandır, mən isə ikinci dərəcəli birisi...

Hə, onu deyirdim axı. 15 ildən çoxdur ki, İsveçrədə yaşayıram. Ancaq iki ayağını bir başmağa dirəyib mənə "gəlmə” deyən isveçrəli deyildi. Mənə utanıb-qızarmadan belə sərsəm şeylər söyləyən azərbaycanlıdır. Adam "Facebook” üzərindən bu kimi ittihamları sağa-sola səpələyir. Sitata diqqət edin: "Hərçənd ki, indi siz də ölkədən (Azərbaycandan) , mənim kimi, kənardasınız və ölkədə olsaydınız belə, Azərbaycana başqa bir ölkədən gəlmə sayılmalıydınız....”

Ələkrəm Hümbətov hesab edir ki, Elbəyi Həsənli Azərbaycanda "gəlmə” statusuna malikdir. İsveçrəli, özü də xaçpərəst, mənə belə şey demir. Çünki Qərbdə belə cəfəngiyat söyləyəndə polisə zəng vururlar. Qarşı tərəfə rəsmi ittiham irəli sürülür. Azərbaycanlı, özü də müsəlman, mənə belə deyir. Fikir verin, bu adam 20 ildir ki, Avropada yaşayır lakin heç dəyişməyib: bu kimi primitiv düşüncələrə sahibdir.

Ona görə də belə birisinin Qərbin qeyri-demokratik ölkə saydığı İrana məktub yazması mənə qətiyyən təəccüblü gəlmir. "Aran Agentliyi” cənab Ələkrəm Hümbətovun 2009-cu ildə İran dövləti və xalqına yazdığı məktubunu yayınlayıb. Həmin məktubun linkin aşağıda verirəm. Maraqlananlar, açıb oxuya bilər.

http://arannews.com/?MID=21&Type=News&TypeID=17&id=15757

Oradan bir sitat: "200 ilə yaxındır talışlar öz ana yurdundan- İrandan ayrılıb. Bu müddətdə talışlar müxtəlif faşist siyasətlərə məruz qalıblar, xüsusi ilə son 17 ildə talış xalqı təcrid olmaq üzrədir. Azərbaycanın indiki hakimiyyəti pantürkist siyasəti yürütməklə, talışları assimilyasiya edir. Hakimiyyət talışların mədəniyyətini, tarixini başqa xalqa aid etməklə onların adını tarixdən silmək istəyir”...

Ağzını açanda demokratiyadan, insan haqlarından... danışır. Amma İrandan nicat umur. Azərbaycanın İrana birləşdirilməsini vacib sayır. Ermənistana səfərə çıxır, talışlarla erməniləri dost və qardaş xalq kimi təbliğ edir. Türklərin haqqında təhqiramiz ifadələr işlədir...

Mənim düşüncəmə görə, Azərbaycan bütün əyər-əskiyi ilə İrandan dəfələrlə azad ölkədir. Bir faktı deyim, İranda bütün sosial şəbəkələr bağlıdır. Demokratiyadan dəm vuran adam Azərbaycanı nədən xurafatın içində can verən İrana calamaq istəsin ki?..

Hələ siz Ələkrəm Hümbətovun yazdığı statusa diqqət edin: "Özünü Azərbaycanın birbaşa sahibi, ağası sayan Türk gəncləri artıb?! Azərbaycana sahibliyə həqiqi haqqa kim malikdir?...”

Əlbəttə ki, talışlar. Türklər isə Elbəyi Həsənli kimi "gəlmədir”. Ələkrəm Hümbətov istəsə qədim xalqın nümayəndəsi kimi türk olan bəndənizi Azərbaycandan qova da bilər.

Bu ağılda, bu dərrakədə olan birisinə cavab olaraq yazdım: " Hörmətli, Ələkrəm bəy! Talış gəncləri Azərbaycanın sahibi deyilmi? Digər etnik qrupun nümayəndələri də həmçinin. Azərbaycanın hər bir vətəndaşı etnik və dini kimliyindən asılı olmayaraq bu ölkənin sahibidir. Mən türk olaraq bunu deyirəm. Mənim talış qohumlarım da var. Fəxr ediləsi gözəl insanlardır. Mənim kimi onlar da özlərini Azərbaycanın ağası sayır. Və düz də edirlər...
Bir amerikalının fikrini sizinlə bölüşürəm. Deyir ki, biz dünyanın ən qüdrətli ölkəsi olaraq yalnız Allahın nəzarəti altındayıq. Əgər biz birliyimizi itirsək, bizi tikə-parça edən düşmənlərin nəzarəti altına düşəcəyik. O boyda Amerikada bunu başa düşürlər, balaca Azərbaycanda bunu anlamaq o qədərmi çətindir...”

Aramızda uzun sürən yazışma başladı. Məlum oldu ki, Ələkrəm bəyin xətrinə dəymişəm. Çünki bugünlərdə yazdığım "Əli Kərimliyə sualım var...” yazısı Ələkrəm Hümbətovun ürəyincə olmayıb. Həmin yazıda qeyd etmişdim ki, AXCP-Milli Şura Müsəlman Birliyi Hərəkatı ilə-xarici mərkəzlərə bağlı siyasi islamçılarla həmrəydir. Bu azmış kimi, indi də separatçıların yaratmaq istədiyi partiyaya dəstək verir. Suallarımla bağlı Əli Kərimli hələ də susur... 

Həmin yazıda belə bir yer var
: "Xalqların Demokratik Partiyası... Bu ad sizə tanış gəlmirmi? Elədir, Türkiyədə Halkların Demokratik Partisi (HDP) var. Lideri də hazırda Türkiyəni bölməkdə suçlanaraq, həbsə atılan Səlahəddin Dəmirtaşdır...

Sirr deyil ki, HDP Türkiyəni parçalamaq istəyən kürdlərin partiyasıdır. Azərbaycanda yaradılmasına cəhd göstərilən Xalqların Demokratik Partiyasının (XDP) da separatçılıqla məşğul olacağı bəri başdan gün kimi aydındır”...

Ələkrəm Hümbətov "Facebook” üzərindən mənə belə yazır: "Hörmətli Elbəyi əğə, səmimi olmanızı istərdim! Bəs şəxsən siz, Azərbaycanda talışların siyasi fəallarının partiya yaradaraq birləşmələrinə, niyə qısqanclıqla yanaşdınız?” 

Özü də fərqinə varmadan etiraf edir ki, Xalqların Demokratik Partiyası əslində talış separatçılarının partiyasıdır. 

Bəli, mən belə bir partiyanın yaranmasının əleyhinəyəm. Niyə? Çünki eyni məntiqə söykənərək Azərbaycanda yaşayan digər xalqlar da öz partiyasını yaratmalıdır. Məsələn, avar, kürd, dağlı, ləzgi... partiyası niyə olmasın ki? Azərbaycanı etnik baxımdan beləcə böldük. Sonra keçirik dini müstəviyə. Biri deyəcək ki, şiə partiyası yaradıram, o biri deyəcək ki, sünni partiyasını da mən ortaya qoyuram. Sələfi orda bir şey icad edəcək, deyəcək ki, nədən bizim partiya olmasın, xristianlar o tərəfdən, musəvilər bu yandan...

Zatən, Azərbaycanın düşmənlərinin ən böyük arzusu bu deyilmi? Etnik və dini müstəvidə param-parça olmuş bir ölkə düşmənin qarşısında dayana bilərmi? Düşmən bir tərəfə. Belə bir ölkədə insanlar özləri-özlərini məhv etməzmi? Liviyada, Suriyada, İraqda baş verənlərdən heçmi nəticə çıxarmadıq? 
Adama yazıram ki, bizim hədəfimiz Qərb dəyərlərini Azərbaycana daşımaqdır. Talış da, türk də, elə digərləri də ədalətli bir dövlətdə yaşamaq istəyir. 

Mən problemin həllini bunda görürəm. Separatizm Azərbaycana, o cümlədən talışlara da ancaq və ancaq fəlakət gətirə bilər....

Bu yaşda olan birisi Azərbaycanda yaşayan xalqları birliyə, tərəqqiyə səsləmək əvəzinə, düşmənçiliyə, tənəzzülə çağırır. Ağsaqqal adam ədavəti aradan qaldırar, o isə xalqlar arasında düşmənçilik toxumu səpməklə məşğuldur. Guya bu erməni və farslar kimi bizə "gəlmə” deməklə talış xalqını xoşbəxt edəcək. 

Ən pisi odur ki, belə bir siyasi tutumu olan şəxs özünü talış xalqının prezidenti sayır. Çox təəssüf edirəm.

Elbəyi Həsənli, Sürix 

P.S. Qeyd edim ki, müxtəlif illərdə Ələkrəm Hümbətovdan bir neçə dəfə müsahibə götürmüşəm. Hətta onun xanımı da istisna hal kimi mənə müsahibə verib. Həmin müsahibələr "Yeni Müsavat”da gedib. Ələkrəm Hümbətov da, onun xanımı da həmin yazılara görə mənə təşəkkür edib.

Xəbər 1150 dəfə oxunub






Oxşar xəbərlər

Türk baş konsulu erməni terrorçu belə qətlə yetirib – 47 il…
Əhaliyə 60 faizlə pul verən kredit təşkilatı haqqında ŞOK İDDİA
“Əli Həsənovun himayəçiliyi altında 10 il deputat olan..."
Ədəbiyyat müəlliməsi 7200 manatı maklerə verib jurnalisti niyə şərləyir? MÜƏMMALI İTTİHAM
Ərdoğan Merkelə maraqlı hədiyyələr verib- FOTO
Çində koronavirusdan ölənlərin sayı 41-ə çatdı
İranla ticarətə davam edən ölkələrə sanksiya gəlir
Soros yeni inqilaba hazırlaşır 1 milyardlıq ŞOK PLAN
"İlkinin vəziyyəti yaxşı deyil, onu "toka" verib, dözülməz işgəncələr ediblər" Vəkildən VİDEOAÇIQLAMA
Şok fakt! Əli Həsənovun “WikiLeaks” yazışmaları da üzə çıxdı
Renka: "Mərakeşdə məni ərəb qaçırmaq istəyirdi"
Mətbuat Şurasından ƏFV - bütün KİV-lər “qara siyahı”dan ÇIXARILDI
35 saylı DSK sədri istefa verdi
Qu quşu Əməkdar artistin əlini dişlədi
Azərbaycanda qadın üç dəfə zorla ərə verilib
Hafiz Hacıyev YAP-çı opponentini NİYƏ və necə təhqir edir? - VİDEO
Goranboyun Meşəli kəndində direktor Fəxrəddin Musayevin "AİLƏ MƏKTƏBİ" - FAKTLAR
Ermənilər atəşkəs rejimini 22 dəfə pozub
AŞ PA müşahidəçiləri Bakıda görüşlərə başladı
Ermənilərdən növbəti Qarabağ təxribatı - Şuşa qalası erməniləşdirilir...
Deputatlığa namizəd Əli Həsənovun "trol şəbəkəsi"ni ifşa etdi — ŞOK FAKTLAR
Gəncədə namizədliyinə maneələr yaradılan Müzadil Həsənov MÜRACİƏT YAYDI
İlham Əliyev Davosda İsveçrə Prezidenti ilə görüşüb
ADAU rektoruna şok İTTİHAM - İntihara bais olubmuş?
Afaq Aslanın biabırçı görüntüsü yayıldı: Qara bikinidə…
“Beşiktaş” Türkiyə kuboku ilə vidalaşıb
İraq prezidenti ölkədəki etirazlarda ölənlərdən danışıb
"Moskvaya zəng edərsiniz, yoxsa Pekinə?" - İlham Əliyev Davosda cavablandırdı
ABŞ-da atışma olub, ölən və yaralananlar var - FOTO
Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə “artırdı” - FOTOLAR
İlham Əliyev BƏYAN ETDİ! "Əhalinin etimad etdiyi şəxslər seçiləcək"
Putinin yeni təyin etdiyi nazirlər.. - biri qadındır
Qondarma rejim Qarabağda "seçki" keçirməyə hazırlaşır
İranlı general niyə Elçin Quliyevin barmağına üzük taxdı? – HƏRBİ-SİYASİ ANLAMI
Sumqayıtda ağır qəza, 1 ölü 4 yaralı - FOTOLAR
Azərbaycana ət idxalı azala bilər - səbəb
Xəzər dayazlaşır: su hara yox olur?
Məşhur idmançı sərxoş halda dava saldı, həbs edildi
Dünya Səhiyyə Təşkilatı sabaha təcili iclas çağırdı
Qəbələdə bu kişi qarın içində yatır - FOTO
Vilayət Eyvazovdan polislərə sərt XƏBƏRDARLIQ
Nə qədər pensiyaçımız var ? - Açıqlanıb
Tramp: "Hazırda ABŞ-da iqtisadi bum yaşanır"
Ölkə əhalisinin sayı açıqlanıb
Araz Ağalarov Rusiyanın yeni baş naziri haqda
İranın naziri üzr istəmək üçün Ukraynaya gəldi
ABŞ səfirliyinin yanına üç raket düşdü
Əsrin ən yaxşı filmi bəlli oldu
Gəncədə NİVA ağaca belə çırpılıb - ölümə səbəb olan OLAYDAN ŞOK GÖRÜNTÜLƏR
Şahzadə Harri Böyük Britaniyanı tərk edib
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
Qəbələdə adı "Qırmızı Kitab"a düşən maralları satmaq istəyən şəxs saxlanılıb
DİN Zirəddinə cavab verdi: "..yəqin yuxuda görüb"
TƏRS SİLLƏ! "Qarabağı erməniyə peşkəş verənin yanındasız, yoxsa..."
Müğənni səhnədə çıxışı zamanı üzr istədi və öldü
Sammitdə Putini “itirən” Merkel və Makron çaş-baş qaldı (fotolar)
BBC-nin baş direktoru istefaya gedir
30 il keçsə belə, onlar həbs oluna BİLƏRLƏR
Diplomatın “DİPLOMAT”I... – Elmar Məmmədyarov tikinti maqnatıdır?!
Prezident Şəhidlər xiyabanını ziyarət edib
“Parlament idarəçiliyinə keçməliyik” – “İroniya edənlər özlərini buraxmışlardır”
20 Yanvar faciəsi ABŞ Konqresində yad olunub
Qanlı 20 Yanvar – Millətimin müstəqilliyə gedən yolu...
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
Azərbaycan XİN: Sovet ordusu Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə qırğın törətdi
Azərbaycanlı xanım jurnalist Türkiyədə vəfat etdi - FOTO
Kirayə mənzilin alınma MƏRHƏLƏLƏRİ
Hansı rayonlara nə qədər qar yağıb?
Tramp impiçment ittihamlarını qəti rədd edib
Yunus Səfərov nə istəyir və Elmar Vəliyev niyə güllələnib? - MESAJ

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.30745] initstartout [0.00022] initstartin [0.00068] calstart [0.00919] calend [0.00053] topnewsend [0.00369] rsssend [0.00000] ehgend [0.03593] tagsstart [0.00063] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.25652]