Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

11:31 - 25.08.2019  
Gəncədə işsizlik və perspektivlər: Mövzu dərindir - RƏYLƏR
Tarix: 18-02-2019, 21:28 | Bölmə: Xəbərlər » Maraqlı

Jurnalist Osman Nərimanoğlu Gəncə sakinləri arasında sosial sorğuya start verib. Sorğuda əsasən işsizlik, dolanışıq mövzusu müzakirəyə çıxarılıb. Suallar belə olub: "Gəncədə işsizlik səviyyəsi hansı durumdadır? Hamı işləyirmi, dolana bilirmi?"..

Gəncədə işsizlik və perspektivlər: Mövzu dərindir - RƏYLƏR"Demokratik.Az-ın məlumatına görə, ilkin mərhələdə sorğuya maraqlı rəylər alınıb. Rəy yazanların əksəriyyəti işsizlikdən əziyyət çəkdiklərini, dolana bilmədiklərini, pul qazanmaq məqsədilə ölkəni tərk edib Rusiyaya, Türkiyəyə və başqa ölkələrə işləməyə getdiklərini yazıb. Rəylərə inansaq, Gəncədə əsasən gənclərimiz işsizdir.

Bəzi şərhlərdə isə şəhər yeri olduğundan, ayda 300 manat maaşa işləməklə dolanışığın mümkünsüzlüyünü dilə gətirənlər var. Eləcə də, yaşı 30-dan yuxarı insanların, xanımlardan fərqli olaraq kişilərin iş tapmaq şansının daha aşağı olduğu faktı önə sürülür. Bir çox insan hesab edir ki, 90-cı illərdə fəaliyyəti dayanmış iri istehsal müəssisələri, zavod-fabriklər işə düşsə, problemin həlli xeyli mümkün olacaq.

Gəncədə yaşayan tanınmış jurnalist həmkarımız Maarif Rzayev isə mövzuya daha həssas yanaşaraq, geniş və əhatəli cavab yazıb. Həmkarımızın maraqlı fikirlərini - yazısını olduğu kimi təqdim edirik:

Gəncədə işsizlik və perspektivlər: Mövzu dərindir - RƏYLƏRNəinki Gəncədə, ölkənin bütün bölgələrində, Bakı istisna olmaqla,iş tapmaq çətinləşib. Bu kapitalizmin sərt üzündən xəbər verir.Və mövcud vəziyyət tək Gəncədə və ümumiyyətlə, Azərbaycanda deyil, qonşu Türkiyə və Rusiyada da eynilədir. Ölkə başçısı özünüməşğuliyyət haqqında fərman imzalayıb, bu sənəd ondan xəbər verir ki, insanların iş qurmaları və sərbəst fəaliyyət göstərmələri üçün imkanlar tam açıqdır. Gəlin qonşu Gürcüstana nəzər salaq. Kimi otel açır, kimisi kafe-restoran, aqrar sahədə olanlar heyvan saxlayır, əkib-becərir və s. Buna baxmayaraq, sıravi gürcülərin özləri işsizlikdən əziyyət çəkirlər. Hətta Avropa məkanı olan İspaniyada evi, mülkü olanlar bankdan vəsait götürüb iş qurur və bekar işçi qüvvəsinə dəstək olurlar. Qısa deyəcəm. Bəs, bu o deməkdirmi ki, neft ölkəsinin əhalisi də bu durumla kifayətlənməlidir? Mən bu sahədə mütəxəssis olmasam da, uzun müddət mediada çalışan bir yazar kimi deməliyəm ki, vaxtında və səmərəli addımlar atılsaydı Azərbaycanda nəinki işsiz olmazdı, hətta qonşu ölkələrdən buraya işçi qüvvəsi axışardı və bu addımın Qarabağ probleminin həlli istiqamətində siyasi effekti də ola bilərdi. Konkret Gəncə şəhəri ilə bağlı onu deyə bilərəm ki, şəhərin olduqca güclü turizm potensialı var. Bu bir kənara. Vaxtilə sənaye şəhəri kimi şöhrət qazanmış Gəncədə SSRİ çökdükdən sonra bu müəssisələr bağlandı. Səbəbi aydın idi, SSRİ dönəmində müəssisələri bağlayan zəncir qırıldı. Bu zənciri bərpa etməyə isə hələ illər lazım olacaq. Bütün bunlar bir kənara...

Ortada neft faktoru olduğundan yenə də deməliyəm ki, Gəncə Gürcüstan sərhəddinə yaxın və İpək yolunun üstündə olduğundan azad iqtisadi zona yaratmaq olardı. Digər tərəfdən,nə qədər Çin bazarı ucuz olsa belə, aqrar sektorla yanaşı, Gəncə şəhərində hərbi zavodlardan tutmuş xaricdən gətirdiyimiz və hər bir ailənin ehtiyacı olduğu məişət texnikasının istehsalı zavodunu işə salmaq mümkün idi. Digər layihələri də ortaya qoymaq olar. Əfsuslar olsun ki, real bazar vəsaitin tez dönməsini tələb etdiyindən, iş adamları kapitalı əsasən göydələnlərin tikintisinə yönəldir. Deməli, bu məsələdə dövlətin müdaxiləsinə və uzunmüddətli investisiya qoyuluşuna ehtiyac var. Neftdən gələn gəlirin rasional istifadəsi çox vacib məsələ idi. Lakin bir daha qeyd etməliyik ki, müharibə şəraitində yaşamağımız həyati vacib xərcləri artırdığından müəssisələrin açılışı gündəmdə aşağı pilləyə düşdü. Beləliklə, işsizliyi azaltmaq üçün Gəncədə nə etmək olar? Ölkənin bir neçə nazirliklərinin bu şəhərə köçürülməsi məqbul olardı. Müəssisələrin açılması isə mövcud bazarın tələbinə uyğun təşkil edilməlidir. Bütövlükdə Azərbaycana gəldikdə isə,bu çox geniş mövzudur və bu haqda danışmaq üçün bir tv verilişi hazırlanmalıdır, təbii ki,başbilənlərin iştirakı ilə. Fikirlərini bölüşmək istəyənlər, buyursunlar. Hər bir işsizə istədiyi işi tapmağı arzulayıram".

Bildirək ki, jurnalist Osman Nərimanoğlu Qərb bölgəsində geniş araşdırma apararaq, mövzu ətrafında maraqlı müsahibələr və yazılarla görüşünüzə gələcək.

Sosial sorğunun nəticələri və maraqlı şərhlərin dərci bu ayın sonunadək davam edəcək.

İşsizlik, fərdi məşğulluq və sosial problemlər mövzusunda şikayət və təkliflərinizi saytımızın elektron poçtuna göndərə bilərsiniz. Müraciətləriniz araşdırılacaq, zəruri hallarda cavablandırılacaq.

E-mail ünvanımız: (demokratik.az@gmail.com)

Demokratik.Az

Xəbər 1203 dəfə oxunub






Oxşar xəbərlər

“İcbari sığortaya keçid üçün azı 4 milyard pul lazımdır”
AZAL-ın sabiq prezidenti: “Təyyarənin vurulma ehtimalı var”
Adnan Oktar türmədə də “dinc dayanmır” - şantaj, təhdid, təhrik...
Rasim Balayev: “Paşinyanın ağızını, burnunu vurub əzmək lazımdır!”
Təhsil nazirindən yeni – TƏYİNAT
Qarabağ danışıqlarında sükut nə vaxt pozulacaq?
Deputat Ağalar Vəliyevin müəmmalı sərvəti - Fabrik, otel, zavod... (FOTOLAR)
Ərdoğan Rusiyaya səfər etməyi planlaşdırır
Qabil Hüseynli danışdı - "mənə hücum edənlər..."
Günün yazısı: Jurnalistikanın prinsiplərinə necə əməl olunur?
Prezident Əli Nağıyevin qardaşına general-leytenant rütbəsi verdi
Vüqar Rəhimzadə: "Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir"
Möhürsüz qətnaməni Şahsuvarlıya kim ötürmüşdü? - Tam Qətnamə
Tərtərdə baş həkimin nüavini Qarabağ veteranına pul atıb? - ŞİKAYƏT
İsmayıllıda 3 uşaq anası itkin düşüb, axtarılır
YOL POLİSİ QUBADA REYD KEÇİRDİ
Zaxarovadan "Ləzginka" rəqsi - FOTO/VİDEO
Türkiyəyə ərə gedən aktrisa ana olacaq – Fotolar
Nizami Məhkəməsində RƏZALƏT - "Xüsusi ittiham" belə araşdırılır?
Arif Əsgərov və oğlu borca görə 3 il həbs edilə bilər
Məhəmmədəli Qəribliyə "cinayət işi" açıla bilər - Bakıda məhkəmə başladı
Fransa prezidenti İran rəsmilərilə görüşəcək
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
İqbal Məmmədovun deputat mandatı alına bilər
Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər
Vergi Məcəlləsində dəyişiklik edilib
2020-də Azərbaycanda aqrar sığorta tətbiq olunacaq
Beynəlxalq Bankdan oğurlanan pullar necə qaytarılacaq?
Müxalifət “su pulu” ilə maliyyələşə bilərmi?
GEOPOLİTİKA - Üç ABŞ bazası Gürcüstana yerləşir
Mərhum pilotumuzla vida mərasimi keçirilir - FOTO
Ərdoğanla Merkel arasında telefon danışığı olub
“Xalq diplomatiyası" - Ermənilər Bakıya niyə gəlir?
Məktəblərdə telefon qadağası gündəmdədir
Qubad İbadoğlu da “Relax" olayına sərt mövqe sərgilədi
“RELAX ƏMƏLİYYATI” – Mikayıl Cabbarovun gücü kimlərə çatırmış?…
Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin
ŞOK - Bəzi zənginlərin toyunda şimpanze əti yeyilir
Gülnarə Kərimovaya qarşı yeni cinayət işi açılıb
Putini təhqir edən jurnalist işdən qovuldu
Mətanət Əsədova məşhur falçı yanında belə muğam oxudu
Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
“Rejim odla oynamasın” - Çavuşoğludan Suriya açıqlaması
35 milyon illik meteoritin hissələri tapıldı
Azərbaycanda “o əjdaha” universitetdən niyə yoxdur?
Nazirlik "DOST İş Mərkəzi" ilə bağlı korrupsiya ittihamlarına cavab verdi
Ramiz Mehdiyev: “Ermənistan, əslində, qalib gəlməyib, uduzub”
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalıb
Havanın temperaturu 42 dərəcəyə yüksələcək
Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar
Mir Şahin Gəncə teraktı ilə bağlı şok görüntülər yayımladı - VİDEO
Göygöl polisinə yeni rəis təyin olundu
“Relax”ın aylıq vergi ödənişi 7 manatdan az olub - Açıqlama
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb
Gəncənin sabiq polis rəisinin rütbəsi endirilərək bölmə rəisi oldu -TƏYİNAT
“Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – skandal
Goranboyda "SU DİVİ" peyda olub? - Qaçqınlara qənim kəsilib - ŞİKAYƏT
"ATENA"-da iranlı qovğası dolaşır - MÜƏMMALAR
Deputatın oğlu və 5 qohumu saxlanıldı
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11046] initstartout [0.00012] initstartin [0.00055] calstart [0.00629] calend [0.00048] topnewsend [0.00268] rsssend [0.00000] ehgend [0.00485] tagsstart [0.00040] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09506]