"Bakı-Xəbər" qəzetinin elektron səhifəsində
həqiqəti əks etdirməyən və tərtibatlarında xeyli plagiatorluğa yol verilən ucuz
yazılar yayımlanır. Üç gündür oxuculara sırınan məlumatlar peşəkar jurnalistika
prinsipləri ilə daban-dabana ziddiyyətli olsa da, qəzetin baş redaktoru, Mətbuat
Şurasının idarə heyətinin aparıcı üzvü cənab Aydın Quliyevin də diqqətindən
"yayınmağı" bacarır. Söhbət, iki gün Gəncə küçələrində ələk-fələk
olub qapılar dolaşan, səfər təfərrüatlı fikirlərini yalanlarına qarışdıran Məhəmmədəli Qəribli
adlı savadsız müxbirin uydurduğu "yazıları"ndan
gedir.
"Demokratik.Az" bildirir ki, adıkeçən qəzetdə
müxbirin ictimaiyyətə təqdim etdiyi silsilə "yazılar"ı Gəncə
oxucuları tərəfindən də birmənalı qarşılanmayıb. Hətta, bəzi səhv təqdimatlı yalanlar qəzəbə və çaşqınlığa səbəb
olub.
Müxbir adsız bir heykəli niyə şərlədi? – adına da Cavad Xan dedi!..
Oxucu kimi maraq doğuran və olduqca gülməli məqamlardan
birincisi, "Bakı xəbər" əməkdaşının tanımadığı şəhərdə heykəllərlə qucaqlaşıb şəkillər çəkdirməsidir. Bu zövqünün
ardından isə, heykəlin birini tutub; - "bu, Cavad xandır" deməsidir. Hansı ki, özü ilə yanaşı dayanan bu heykəlin Cavad xana hansısa dəxli, oxşarlığı yoxdur.
Daha çox qoçu Əsgər və ya lotu tipindəki bir bəyi
xatırladan zavallı daş
personaj" şərləndikdən"
sonra, öz mistikasını qələmə alan müxbir plagiatorluğuna keçib. Təxminən 60 cümləlik
nağılını girişindən yarısınacan rəsmi xəbər mənbəyində yer alan (Azərtaca
bax: http://portal.azertag.az/az/node/540) məşhur Cavad Xan barədə məlumatlarla
bəzəyib. Bunu istinadsız etməklə, tarixi faktların ifadə tərzini, sözlərindüzülüşünü adına
çıxan müxbir öz "peşəkarlıq" səviyyəsini nümayiş etdirib.
Yazıdan sezilir ki, Qəribli imzası xəbərinin mahiyyətindən,
xüsusilə əzəmətli şəxsiyyət "dediyi" Cavad xanın kimliyindən tam xəbərsizdir.
Müxbir sadəcə, şəhərin Cavad xan
küçəsində olduğunu
bilir, "Kolorit” restoranının adını dəqiq xatırlayır, hansısa
sahibkarın düzəltdirdiyi bir heykəlin barmaq felinə uyur. Şaiyələri isə öz həqiqəti hesab edir.
(istinad - bu linkdən bax: http://www.baki-xeber.com/sosial/88523.html)

Belə
absurd yazısını
inandırıcı və ciddi təqdim etməyə çalışan müxbir tanınmış xalq artisti Nürəddin
Mehdixanlının açıqlamasına da ehtiyac duyub. Elə bu cəhdində də məntiqsizliyinin
izini buraxıb. M.Qəribli xalq artistini "tarixi şəxsiyyətin ekran versiyası”nın yüksək səviyyədə canlandırmış şəxs
kimi təqdimata girir. Korifey sənətkarın heykəl
barədə məlumatsız olduğunu eşitsə də, diqtəsinə davam edir. Burada isə, "tarixi şəxsiyyətin
ekran versiyası" deyimi müəllifin tarixi şəxsiyyətlərlə bağlı
"biliyindəki" çeşidli versiyaların varlığını, olmayanı sadalaya
bilmə qabiliyyətini yenidən ortalığa çıxarır. (?!)
Xalq artistinin adından kimisə əsassız yerə özfəaliyyətdə
qınayanın kəndisi belə cızmaqara ilə əsl
"özfəaliyyət" nümayiş etdirir. Bir daşı şərləməklə əslində Cavad xanın adını müxbirin özü hörmətdən salır.

Əlavə məlumat
üçün bildirim ki, xeyli müddətdir məşhur Cavad xana heykəl qoyulması şəhərin
müxtəlif təbəqəli insanları tərəfindən müzakirə olunur. Artıq bu istək real tələbə
çevrilib. Rəsmi qurumlarda müəyyən razılığa da gəlinib, fərqli formalarda bir
çox memar və heykəltaraşların ideyaları ortadadır. "Cavad xan at üstündə” abidəsinin
layihəsi tezliklə reallaşacaq ilkin proje kimi görünür. Bu istiqamətdə "Cavad
xan Mədəniyyət və Tarix Fondu”, müxtəli adlarda facebook səhifəsi, gənclər və
ziyalılar birliyi mütamadi olaraq təşəbbüslərlə çıxış edir. Yəni, hansısa naşı
müxbirin Cavad xana "heykəl qayğısı” belə uydurulmuş yalan və kasad xəbərlər
fonunda gecikmiş və yararsız görünür.
Gəncənin
küçələrində qeyri-səmimi suallara BİLİNƏN CAVAB
Dediyimiz
kimi, "Bakı-xəbər”də eyni müəllif adından tirajlanan növbəti yazıda "Gəncənin
küçələrini bu günə kim salıb... 3-4 ildir dəyişməyən mənzərə...” sualına cavab axtarılır. Qısametrajlı yazıda müqəssirin
sabiq icra başçısı Elmar Vəliyev olduğunu deməyə çalışan M.Qəribli şəhərin mərkəzi
küçələrini şəkillərlə də faciəvi şəkildə təqdim etməyə çalışıb. Xəbərin başlığı
dəyişməklə bir neçə başqa saytlara ötürülən xəbərdə də "niyyəti” deyəsən
alınıb. (bax: -http://www.baki-xeber.com/sosial/88532.html)
Əvvəla,
bu işlərin tezliklə bitəcəyini gizlədən, heç, nə işlər görüldüyünü
aydınlaşdırmayan müxbirə bircə sual vermək yetərli olar ki, nə əcəba 3-4 ilin
mövcud problemini "Bakı-xəbər” görməzlikdən gəlib? Nə əcaba, sabiq başçının dönəmində
şəhərdəki ictimai və digər iflic durum sizi maraqlandırmayıb?
İndiyədək
Elmar Vəliyevin adına tənqid yazmayan birisinin belə şou xarakterli yazı ilə
kimlərin diqqətinə gəlmək istəyi başadüşüləndir. Amma, özü-özünə belə qeyri-səmimi
suallar verib yarımçıq cavablarla oxucunu aldatmağa çalışması qeyri-peşəkarlıqdır.
Şəkillərdə
təqdim edilən mənzərə bütövlükdə şəhərin mərkəzi küçələrini əhatə etmir, mərkəzə
birləşən yol aralıqlarında işlər aparılır. Real durum yaxın aylarda tam aradan
qaldırılacaq. Hazırda qazıntı işlərinin aparılmasının əsas səbəbi, içməli su xəttinin,
kanalizasiya və digər kommunikasiya xəttlərinin yarımçıq qalmış hissələrinin əsas
xəttə qoşularaq tamamlanması prosesidir. (bu barədə ayrıca yazı da təqdim edəcəyəm)
Gəncədə müxbirin
pul axtarışı - çayçılar, kafe-restoranlar "cavab verir” (?)
İşsizliyi
müəyyənləşdirməyin daha asan yolu - Klinikalar

"Bakı-xəbər”-in
baş redaktorunun kifayət qədər ciddi və kəsərli qələmə sahib olduğunu, ölkədəki
durumu gördüyünü yaxşı bilirəm. Keşməkeşli, ağrı-acılı həyat yolundan da məlumatlıyam.
Amma, müxbirinin yazdığı yuxarıdakı cızmaqaraları bir kənara, Gəncədə işsizlik,
dolanışıq səviyyəsini təsadüfən raztlaşdığı "VMR” adına klinikanın regional şöbəsindən
ölçüyə gətirməsini həzm etməsi təəccüblüdür. Axı, Aydın Quliyev belə bir
paradoksal və qeyri-sağlam məntiqlə yazılmış yazıya niyə "yaşıl işıq” yandırıb?
Yazı başdan-ayağa oxucu heysiyyatını korlayan, yalan və reklam xarakterli söz
yığınından kənarda deyil. (bax-http://www.baki-xeber.com/sosial/88538.html)
Yazının
giriş hissəsində işsizliyi araşdıracağına söz verən müxbir ardından yazır ki, Gəncədə
çayxanalar, iri restoranlar gün ərzində ağzınacan müştərilərlə doludur. Hamı nəinki
işsizmiş, hətta, şəhər sakinləri pulun bolluğundan səhərdən-axşama yeyib-içib kef
çəkir. Bunun əksini iddia üçün azı bir ay bir neçə restoranda reyd aparmaq, gələn eyni adamları saymaq ehtiyac deyil. Çayçılarda 60 qəpik, 1 manata gün keçirənləri də demirəm.
Müxbir
statistikaya müraciət edib yazır ki, şəhərdə 5 min özəl müəssisə, 1000-dən
artıq isə dövlət müəssisəsi var. Rəqəmləri yazsa da, yenə anlaqsızdır. Çünki, Gəncə
əhalisi ilə göstərdiyi sayı müqayisə edərək, iş yox, işçi çatışmazlığının
olduğunu kəşf edir. Adam anlamış deyil ki, Gəncədə 350 mindən artıq əhali
yaşayır. Təkcə rəsmi rəqəmlərdə 100 minə yaxın abonentin olması faktı var. Yəni,
Gəncədə işsizliyin tam aradan qaldırılması üçün azı 100 min iş yerinə ehtiyac
duyulur ki, bu hələ ki, həllini gözləyən qlobal sosial problem olaraq yerində
sayır. Təsadüfi deyildi ki, ölkə rəhbəri problemdən çıxış yolu kimi yaratdığı
yeni qurum – "DOST” agentliyi 1500 Gəncə sakinini öz hesabına iş yerləri ilə təmin
etməyə məcbur qalıb. Savadsız müxbirin hardansa əzbərlədiyi 5000 sahibkarın
varlığını qavramaması adamın ölkənin vergi sistemindən də xəbərsiz olduğunu,
bunu yazarkən kortəbii köçürmə etdiyini deməliyik. Çünki, o sayda vergi ödəyicisi
olan şəxslər (hüquqi-fiziki) həm varlı kommersant demək deyil, eləcə də xeyli
hissəsinin formal olaraq VÖEN-ə sahib olmasıdır. Onların təxminən 70-80 faizinin
aylıq gəliri 150-200 manatı ötmür. Yarıdan çoxu ümumiyyətlə vergi hesabatları
belə vermir.
Bu cür
eyforiyalara, öz naşı savadsızlığına qapılan müəllifin məntiqi yenə azır, xoş
dolanışığı, əla düzəni "isbat” üçün pul axtarışında işıqforun qırmızı işığına
düşür. Gözü VMR estetik Klinikasının binasına sataşır və ilk baxışa "aşiq
olduğu” bir binaya cumur. İçəri girir, ardından ictimai əhəmiyyəti olmayan görüş
ssenari, mövzu ilə uyğunluq təşkil etməyən təriflər, reklamlar və sair...
Bu
yazısının sonunda, klinikanın regionlar üzrə (tək Gəncə üzrə yox - haa) 20 vakansiyasını oxucunun
gözünə "soxan” bu adam beləcə, nəinki Gəncədə, bütün regionda işsizliyin olmadığını hayqırır. Yəni, bilməmişik
ki, ölkənin işsizlik problemi yox, əsas yaxşı işçi problemimiz varmış...
İnanmıram
ki, müxbir belə yalan-dolanlar yazmağı özü hədəfləyib. Sadəcə, adamın peşəkarlıq
səviyyəsi, xalq-millət-dövlət düşüncəsi, qoyulan mövzuya baxış rakursu zədəlidir.
Belə olmasa idi, Qəribli qələmi öz naşılığından işsizlik və dolanışıq kimi
vacib və həssas bir mövzunun cavabını klinikalarda, çayxana-restoranlarda
deyil, aidiyyatı qurumlarda axtarar və tapardı. Bunun üçün isə, Gəncəyə gəlib
qapı-qapı fırlanmağın hamımıza bəlli olan bircə adı var, amma demirəm. Onu da dəyərli
oxucularımın özləri düşünsün. Mütləq, niyəsini özləri də tapacaqlar deyə!
Jurnalist kimi üzüldüyüm həm də odur ki, bu keyfiyyətsiz yazılar müxtəlif elektron xəbər
portallarında da bəh-bəhlə yayımlanıb. Bu isə neçə-neçə saytın özünün peşəkarlıq səviyyəsinin aşağı şkaladakı göstəricisidir. Müxbir özü isə sahib olduğu saytda da "Bakı-xəbər”
arasında paralellik aparıb. Xeyli oxucu zövqünə müxtəlif areallarda təcavüz və hörmətsizlik edib.
Bu, tərifləri
dolaşan, bir savadsız müxbirin yazı qabiliyyətinin ən qısa təhlilidir. Belələrini reklam
edən, verilişlərə ekspert kimi çıxarıb ictimaiyyətə təqdim edən, Gəncəyə yazı-abunə yazdırmağa göndərən şəxslər bir az utansalar, əsl reallıqları artıq görsələr yaxşıdır.
Cəmiyyəti
belə yalançı müxbirlərin cəngindən xilas etmək ümidilə...
Osman Nərimanoğlu
Demokratik.Az