Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

20:02 - 18.01.2020  
“Bu dünya elə belə gəlib, belə də gedəcək?” - Getməyəcək!
Tarix: 16-02-2019, 21:34 | Bölmə: Xəbərlər » Maraqlı

"Azərbaycana "sabit Qarabağ” lazım deyil, bizə AZAD QARABAĞ lazımdır!"

Başqa sabitlik yox, atəşkəsdən sonra Qarabağın işğalının sabit olaraq qalması və bu sabitliyin və sükutun fonunda ölkənin sabit durumu ilə fəxr etmək və bunu örnək göstərmək çox təəccüblü gəlir: Qarabağ işğal altındadır və Azərbaycan sabit ölkədir? Hansı dövlət torpağı işğal olunanda "yerdə qalanına şükür”, deyib sabitlikdən danışır? Fələstin, Kipr, Ukrayna, Gürcüstan, Moldova özlərini "sabitliyin cənnətində” hiss edirlərmi? Tələbə olanda Azərbaycan tarixi müəllimi Rusiyanın Azərbaycanı işğal etməsini (o vaxt işğal yox, birləşdirmək yazılırdı), Azərbaycanın ikiyə bölünməsini tarixi şans adlandırır və sonra da Azərbaycanda sovet hakimiyyətinin qurulmasını  xoşbəxtliyimiz kimi deyir, müqayisə üçün də Cənubi Azərbaycanın pis gündə yaşamasından danışırdı. Sözünü bitirəndə müəllimə belə bir sual verdim: müəllim bir qardaş xoşbəxtdir, o birisi bədbəxt, belə olanda, ana özünü necə hiss edir? Yəni bütöv Azərbaycan özünü xoşbəxt sayırmı? Müəllim:  "bura provakator sualların yeri deyil”- deyib, uzun – uzadı beşillik plandan, keçici qırmızı bayraqlardan, Brejnevdən danışdı. Indi Qarabağ işğal altındadı, amma "atlanan qozlu bağa”- xoşbəxt sabitlikdən danışır. Qarabağ düşmən əlindədirsə, Azərbaycan vətəndaşı  hansı sabitliklə və necə xoşbəxt ola bilər?
Ölkədə Qarabağ ətrafında baş verən siyasi prosesləri yasalayanlar (təhlil edənlər yox), hər zaman sabitlikdən danışır, siyasi kataklizmlərin yaşandığı ərəb ölkələri, Latın Amerikası ölkələri ilə müqayisələr aparıb,  Qarabağ sükutunu, səssizliyini  yüksək dəyərləndirir, uyğun gəlməsə belə, hətta təbii fəlakətlərin baş verdiyi ölkələri də sitat gətirib, bizdə selin, daşqının, zəlzələnin olmadığına şükr etməyi tövsiyyə edirlər. Lap yaxşı. Qarabağı azad edin, sonra bu sabitliklə lap başımızda qoz qırın, amma Qarabağ azad olsun. Sabitlik bütövlükdə insanların adət etdiyi şəraitə alışqanlığıdır və ruhən tənbəlləşmiş adamlar nəyisə dəyişməyi fikirləşmirlər. Qarabağ sabitliyi ilə, yəni işğalı ilə xalqı alışqan etmirlərmi? Bəlkə xalqları sülhə hazırlamaq elə budur? Ona görə də vəziyyətə alışqan xalq, sabitlik haqqında deyilənləri məcburən olsa da, qəbul edir. Heç tacir Əsgər kimi "bu dünya elə belə gəlib, belə də gedəcək?” sualını da vermirlər, əksinə, kimsə danışanda  tacir Əsgərin dediyini sual cümləsi kimi yox, əmr cümləsi kimi səsləndirirlər. Qarabağdan danışanda, torpaqların azad olunması üçün ayağa qalxmaqdan söhbət düşəndə, kəndlisindən akademikinə kimi insanların əlini yellədib: "Qarabağ getdi ee.., Qarabağı unut”, "dünya Qarabağı verib erməniyə”, "Rusiya ömründə Qarabağı bizə verməz” kimi sözləri yəqin sizlər də çox eşitmisiniz.  Öz aləmlərində "müdrik” kəlam işlətdiklərini, dünyanın gedişatından daha yaxşı hali olduqlarını göstərmək istəyən  bu adamlar, əslində özlərinin "sabit” durumları ilə, siyasi dildə desək,”status-kvo”ları ilə qane olanlardır və işğaldan torpaq azad etmənin ağır, mürəkkəb yollarından qorxduqları üçün bu mövzuda danışmağa imkan vermirlər.
Qarabağ problemində vəziyyətin bizim üçün "sabit və ağır” olaraq qalması ən çox Ermənistanı qane edir. Düşmən rahat şəkildə daxili və xarici siyasətini davam etdirir və bu siyasət sabit şəkildə deyil, ciddi dəyişikliklərlə müşahidə olunur. Bizdən arxayın olub ölkədə ”məxməri inqilab” edirlər, Rusiyaya meydan oxuyub istədiklərini alırlar, beynəlxalq aləmin simpatiyasını qazanırlar. Ona görə ki, bizdəki sabit Qarabağ durumundan narahat deyillər. 
İndiki vəziyyəti təhlil edib, əvvəlki dövrlə müqayisə edəndə Qarabağ siyasətində nə qədər gerilədiyimizin fərqində olmammaq mümkün deyil. Ermənistandakı hakimiyyət dəyişikliyi düşmənin xaricdə tərəfdarlarının sayını artırıb. Bəzilərinin gözlədiyinin əksinə olaraq Rusiya ilə daha yaxın münasibətlər yaranıb, həm də Rusiya sanki günahkardır, günahını yumaq üçün də Ermənistanın nazı ilə oynayır. RF XİN –in müavini Karasin "qazı və başqa strateji məhsulları” ermənilərə güzəştlə verdiklərini sevinclə qeyd edir. İrəvanda Qriboyedovun heykəlinin açılışında  Qarabağ probleminin ”istisnasız olaraq” sülh yolu ilə həll olacağını deyib, erməniləri ən çox qorxduqları müharibə variantından arxayın salır. Müdafiə naziri Şoyqu bu günlərdə "İsgəndər” raketi azmış kimi,  yeni nəsil SU 30 qırıcı təyyarələr hədiyyə edib, Ermənistan silahlı qüvvələrinin ” rəqibə daha dəqiq zərbələr endirmək gücünə malik olduğunu” bildirir. Rəqib də bizik. Şoyqunun vətəni Tuvada isə bizim oliqarxlardan biri onunla şərikli obyektlər tikir. 
Bu günkü vəziyyətə baxanda bir vaxtlar deyilmiş fikrin əksinə olaraq - Qarabağın heç vaxt indiki kimi bizdən uzaqlaşdığını görməmək mümkün deyil. İmitasiyalarla yalnız özümüzü aldadırıq. Nəticəsi olmayan tədbirlərlə nə düşmənə, nə beynəlxalq aləmə təsir edə bilmərik. Axı, biz nədən düşmənə bu qədər arxayın olmaq üçün şərait yaratmışıq?
Biz Qarabağ sabitliyini pozmağa məhkumuq. Düşmənin ən böyük qorxusu, bizim Qarabağ sükutunu istər diplomatiyada, istər cəbhədə pozmağımızdır. Əgər vətənimizi işğaldan azad etmək istəyiriksə və bu istəyimizi həyata keçirməyi qarşımızda məqsəd qoyuruqsa Qarabağ sükutunu, sabitliyini pozmalıyıq. Yoxsa, Paşinyan hər gün söylədiyi yalanları müxtəlif interpretasiyalarla təkrar edəcək. O yerə çatıb ki, Paşinyan parlamentdəki çıxışında Dağlıq Qarabağın azərbaycanlı icması haqqında danışarkən mənasız bir nəticəyə gəlib: ”Azırbaycan hakimiyyəti nə dərəcədə Azərbaycan xalqı adından danışıqlar aparmağa səlahiyyətlidir" kimi öz aləmində bizi çıxılmaz vəziyyətə saldığını bildirir. Son iki gündə Qarabağla əlaqədar parlamentdəki: "Azərbaycan tərəfi xalqı müharibəyə hazırlayırsa, biz də adekvat hərəkət etməliyik”-, deməsinə baxmadan, ona praktik şəkildə real güc göstərilməsə, yəni "Qarabağ sabitliyi” pozulmasa, o hər zaman demaqoqcasına danışmaqda davam edəcək.  Yalnz güc qarşısında bizə yalnız erməni yox, havadarları da minnətçi düşəcək. Biz ermənini danışıqlara dəvət etməməliyik. Biz məcbur etməliyik ki, düşmən yalvarıb bizi danışığa çağırsın. Bir sözlə, Azərbaycana "sabit Qarabağ” lazım deyil, bizə AZAD QARABAĞ lazımdır!
 
İlham İsmayıl
Xəbər 1133 dəfə oxunub






Oxşar xəbərlər

Vilayət Eyvazov müşavirə keçirdi
Nərminin qətlə yetirildiyi kənddən reportaj (FOTO/VİDEO)
Polis mayoru 10 min rüşvəti alıb yeyərkən tutuldu - FOTO
Rusiyanın yeni baş naziri təsdiqləndi
"Zirə" Rumıniya klubuna qalib gəlib
Hələbə endirilən raket zərbələri 4 nəfəri öldürüb
Prezident DTX rəhbərinə yeni vəzifə verdi
Abşeron "kraliçası"nın da biznesi ARAŞDIRILIR
Netanyahu və Putin arasında telefon danışığı olub
Gəncə şəhər icra başçısına birinci müavin təyin edilib
UEFA Ronaldoya görə sxemi dəyişdi
QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə bəyanat yayıb
Rusiyada hökumət istefaya gedib
Bakı yol polisinə yeni rəis TƏYİN OLUNDU
ABŞ-İran gərginliyi neftin qiymətini “oynadır”
Polis rəisinin müavini vəzifə başında öldü
“Bibiheybət yolu”nun tam istifadəyə veriləcəyi vaxt açıqlandı
Həbs olunan icra başçısının hakim oğlu İŞƏ ÇIXMIR
Şok reaksiya! Nərminin anası Bakıdan ev istəyir
Eyni dairələrdə toqquşan tanınmışlar… – Siyahı
Paltarının yarığı bikinisinə qədər uzandı – Foto
Nizaməddin Quliyevin müstəntiq oğlu işdən çıxarılıb
Avropa İttifaqı ilə saziş NİYƏ yubanır?
Səhiyyə Nazirliyi yeni virusla bağlı əhaliyə müraciət edib
Gəncə Dövlət Universiteti qapıları yenə açdı - MEDİATUR
Rusiya hökuməti tam tərkibdə istefa verdi
Baş prokurorun müavini: Ötən il 9 vəzifəli şəxs həbs olunub
Rüstəm Usubovun cəzalandırmaq istədiyi vəkilə medal verildi
Əfv Komissiyasının yeni sədri kim olacaq?
Daşkəsən polisi özbaşına ovçuları yaxalayıb
Xaçmazda ev oğruları saxlanıldı
"DSK-nı məscidə çevirən Dilşad Abbasova Prezidentə qarşı gedir" — Zahir Əzəmət
İlham Əliyev Ermənistanın yalanlarını faktlarla ifşa etdi
Kəlbəcərlilərin daha bir Millətvəkilliyinə adayı qeydə alındı - O ŞAİRDİR
Efirdə rüsvayçılıq! "Ayıb olsun sənə, özgə kişini saxlayırsan"
Afət Telmanqızı və Ləman Ələşrəfqızı REAL-dan ayrıldı
“Ünvanlı sosial yardım proqramı genişləndiriləcək”
Sahil Babayev: “Ötən il DOST iş mərkəzləri 38 min iş yeri yaradıb”
"Sizə cərimə yazılacaq” - Sığorta şirkətləri vətəndaşları hədələyir
Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni təbrik etdi
İcbari tibbi sığorta üzrə xidmətlər zərfi təsdiq edildi
Generalın adı 3 milyonluq mənzil qalmaqalında hallanır
Yeməkdən sonra isti çay içməyin!
İrəvanın iddiaları gülüş hədəfinə çevrildi - “Rusiya olmasaydı...”
İran Kanadanın bütün nümayəndələrinə viza verib
Fəridə Əzizova jurnalistləri məhkəməyə verib
Qanunları heçə sayan “efir müstəntiqləri”
Vilayət Eyvazov generalın qardaşını işdən çıxardı
Xoşbəxt Yusifzadə “Heydər Əliyev” ordeni ilə təltif edilib
Qəbul qaydalarına dəyişikliklər haqqında Nazirlər Kabinetinin qərarının İZAHI
Vasif Talıbov “Şərəf” ordeni ilə təltif edildi
Roman Qriqorçuk "Astana"dan ayrıldı - Rəsmi
Prezident yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib
ŞOK SİYAHI! Hansı məmur və deputatlar ADAU-dan "sosial yardım" alır?
“Donald Trampı Ağ Evdən qovacam”
“Ana, məni zorlayıblar” – 18 yaşlı qız özünü öldürdü
Bakıda Ermənistan konfetləri satılır - FOTO
153 “qəhrəman... - “BANK STANDARD”I müflis edənlərin ŞOK SİYAHISI
35 SAYLI DAİRƏDƏ “ATƏŞKƏS” POZULDU – İqbal Ağazadə icra başçısını təhdid etdi
Suares dörd ay futbol oynamayacaq
Xəlifə Haftar və Faiz Sarac bu gün Moskvada görüşə bilər
Nərminin qatil hadisəni kameraya da çəkib
İranın yeganə qadın olimpiya medalçısı Avropaya sığındı - Sərt danışdı
Gəncənin 500 minlik DYP rəisi HARA BAXIR? - Rəhim Zalovun zabitləri niyə belə anarxistdir?
Tovuz cinayətinə rəsmi rəy: “Veriliş əməliyyat-axtarış prosesinə mane olub”
Press Klub “Yol xəritəsi” hazırlanmasını zəruri hesab edir
Nərminin ölümü ilə bağlı ekspertizadan ŞOK AÇIQLAMA
Kamil Musəvi ilə döyüşdə yaralanan hərbçidən sensasion MÜSAHİBƏ
7 milyonluq avtomobili Bakıya kim gətirib? - FOTO
Nərmin Quliyevanı qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - atasının sinif yoldaşıymış (RƏSMİ)

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.27794] initstartout [0.00021] initstartin [0.00069] calstart [0.00933] calend [0.00049] topnewsend [0.00412] rsssend [0.00000] ehgend [0.02314] tagsstart [0.00067] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.23925]