Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

17:50 - 15.11.2019  
Milyarder Əhmədov Tatyanaya yarım milyardı verməyəcək
Tarix: 26-01-2019, 10:53 | Bölmə: Xəbərlər » Maraqlı

İnterpol da işə qarışdı, milyonların saxtakarlıqla talanması araşdırılır

Adı "Forbes” jurnalının milyarderlər siyahısında yer alan azərbaycanlı biznesmenlərdən biri də Fərhad Əhmədovdur.

Milyarder Əhmədov Tatyanaya yarım milyardı verməyəcəkBiznesdə böyük uğurlar qazanan Fərhad Əhmədov ailə baxımdan bəxti gətirmişlərdən deyil. Həyat yoldaşı - 41 yaşlı Tatyana Əhmədova onu qoyub qaçıb. Ardından Tatyana Əhmədova Fərhad Əhmədova qarşı iddia qaldırıb, London məhkəməsində sabiq ərinə qarşı yarım milyard dollarlıq təzminat qərarı çıxarılmasına nail olub...

(əvvəli ötən sayımızda)

...Fərhad Əhmədov bildirib ki, London məhkəməsinin hakimi onun keçmiş arvadının məkrli planını reallaşdırıb. Hansı ki, qadın 10 il boyu məkrlə gözləyib ki, nə zaman F.Əhmədovun qazandığı pullar onun hesabına oturacaq. O,  bu pulların üzərinə öz pəncəsini qoymağı qərara alıb. Məhkəmə nəzərə almayıb ki, F.Əhmədov bu pulları Tatyana ilə nikahı pozulandan sonra qazanıb,  5 uşaq atasıdır, o cümlədən başqa nigahdan olan 3 uşağını böyüdür. Xeyriyyəçiliklə məşğuldur, Rusiyada və Azərbaycanda bir çox insanlar onun dəstəyinə ümidlidir.

Biznesmen bəyan edib: "Mən ingilis hüquq sisteminə öz hörmətimi ifadə etməklə bərabər bəyan edirəm ki, məhkəmənin bu şübhəli, gecikmiş və qalmaqallı qərarı dünyada çoxlarını təəcübləndirəcək, onların ingilis hüquq sisteminə və ədalətinə inanımını sarsıdacaq”. Bəyanatda deyilir ki, London məhkəməsinin qərarı həm də siyasi motivlidir, biznesmenin pullarının yarısını təzminat adı altında əslində Britaniya yuridiksiyası altında saxlamağa, nəticədə bu pulların Britaniya iqtisadiyyatına xidmət etməsinə hesablanıb.

Milyarder Əhmədov Tatyanaya yarım milyardı verməyəcək

 

Moskva Şəhər Məhkəməsi azərbaycanlı milyarder Fərhad Əhmədovun London məhkəməsinin qərarı ilə bağlı verdiyi apelyasiya şikayətini rədd edib. Əhmədovun kifayət qədər və etibarlı sübutlar təqdim etmədiyi bildirilib.

"Kassasiya şikayəti veriləcək. Fərhad Əhmədov Ali Məhkəməyə qədər gedib çıxmaq niyyətindədir”, - vəkil, biznesmenİrina Şeqlova bildirib.

"Moskva Şəhər Məhkəməsi, demək olar ki, heç bir müzakirə olmadan Zyuzinsky Məhkəməsinin qərarını qüvvədə saxladı. Növbəti instansiyada ədalətli qərara nail olacağıq”. Bunu isə Fərhad Əhmədov özü "RBK”ya açıqlamasında söyləyib.

London məhkəməsinin qərarına əsasən, Tatyana Əhmədovaya ödənilməli olan təzminatın siyahısına Fransa və Londondakı daşınmaz əmlak, 350 min dollar dəyərindəki "Aston Martin” avtomobili, 90,5 milyon dollar məbləğindəki müasir incəsənət əsərlərinin kolleksiyası, eləcə də 5 ədəd "Holland and Holland” tüfəngi daxildir. Xatırladaq ki, 1993-cü ildə ailə quran cütlük Londonda özlərinə ev alıb, daha sonra onların ilk oğlu, 3 il sonra ikinci oğulları dünyaya gəlib. Tatyana Əhmədova məhkəmə qərarına görə keçmiş ərindən 585 milyon dollar almalıdır. Amma Fərhad Əhmədov London Məhkəməsinin qərarını icra etməmək, qüvvədən salmaq üçün çalışmaqdadır. Tatyana Əhmədovanın vəkilləri də qərarın icrası üçün əlindən gələni edirlər.

Fərhad Əhmədovun "Luna” yaxtasında dünya səyahətinə çıxmasını eşidər-eşitməz hərəkətə keçiblər. Nəticədə məhkəmə "Luna”nın üzərinə həbs qoyub. Fərhad Əhmədovun vəkilləri "Luna” yaxtasını geri almaq üçün Dubayda şəriət məhkəməsinə müraciət ediblər. Fərhad Əhmədovun vəkillərinin işi Britaniya məhkəməsindən Dubaydakı şəriət məhkəməsinə keçirmək istəmələri milyarderin keçmiş həyat yoldaşı Tatyananı qəzəbləndirib. O, buna görə ilk dəfə jurnalistlərə açıqlama verib: "Görünən odur ki, Fərhad əslən Azərbaycandan olduğu üçün müsəlmandır. Amma nikah müddətində heç vaxt onu dizini yerə qoyub namaz qılan, ibadət edən görməmişəm. Məscidə isə o yalnız turist kimi daxil olub”.

Onun bu açıqlamasına Fərhad Əhmədovun qardaşı Fərəc Əhmədov münasibət bildirmişdi. Modern.az saytına açıqlamasında demişdi ki, ailədə 3 qardaş olublar: "Hamımız da müsəlman qaydasında böyümüşük. Fərhad Əhmədov xaricdə yaşasa da, müsəlman olduğunu  danmayıb. Düzdür, sovet dövründə böyüyüb, təhsil alıb. Müsəlman adətlərinə görə, namaz qılıb oruc tutmasa da, İslam dininə, xalqına bağlı adamdır. Sadəcə, keçmiş həyat yoldaşı olan Tatyana  "Fərhad Əhmədov məscidə turist kimi gedib" deməklə niyyətini ortaya qoymuş olub. Güman ki, məsələnin məğzi başqadır. Çünki qardaşımın vəkillərinin işi Britaniya məhkəməsindən Dubay şəriət məhkəməsinə köçüb. Dubay da müsəlman ölkəsidir. Tatyana da Fərhad Əhmədovu müsəlman şeyxlərin gözündən salmaq üçün belə fikirlər səsləndirir. Hər halda belə düşünürəm".

Tatyana Əhmədova rekord məbləğdə - 450 milyon funt sterlinqi əlinə almaq üçün 2 ildən artıqdır ki, çabalayır. Bu isə sənəd üzərində 1,4 milyard dollar sərvətə malik Fərhad Əhmədovun varidatının 40 faizini təşkil edir.

Tatyana Əhmədova son açıqlamasında keçmiş ərinin ona hələ ki, 1 qəpik də ödəmədiyini deyib. Fərhad Əhmədov da məhkəmə qərarını kağız parçası adlandırıb və sərvətinin 40 faizini həyat yoldaşına vermək niyyətində olmadığını söyləyib.

2019-cu il yanvarın 21-də məlum olub ki, Beynəlxalq Polis Təşkilatı - İnterpol Fərhad Əhmədov və vəkillərinin  keçmiş arvadı Tatyana Əhmədovanın sərvətini saxtakarlıq yolu ilə mənimsəməsi faktını araşdırır. Bu barədə "The Guardian” nəşri məlumat yazıb. Bildirilir ki, milyarder sərvətinin böyük bir hissəsini keçmiş həyat yoldaşı T.Əhmədovaya köçürmə öhdəliklərini aradan qaldırmaq üçün yeni yollar axtarır. Milyarder özü də "İnterpol”un Rusiya nümayəndəliyinə müraciət edərək, məsələnin araşdırılmasını istəyib. Hazırda "İnterpol” Əhmədov və vəkillərinin arvadının sərvətini ələ keçirmək üçün saxtakarlıq edib-etmədiklərini araşdırır. /Y.M/

Xəbər 1297 dəfə oxunub






Oxşar xəbərlər

“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir
Tahir Kərimli kimə ölüm hökmü çıxaracağına and içib? - Video
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
Nazirlik bələdiyyə sədrini cərimələyib
ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”
Antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi..
Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edir
Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir
Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Qalmaqallı iş adamı pulları götürüb ölkədən qaçdı
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
Rusiya XİN rəhbərinin işğala açıq dəstəyinə reaksiyalar
“Saudi Aramco” səhmlərini niyə satır?
Müsavat Əli İnsanovu "siyasi reanimasiya"dan çıxardı
Azərbaycan yenidən dünyanın diqqət mərkəzində
Parlamentdə büdcə müzakirələri başladı
ADAU-dan yeni XƏBƏR var - Rektorun "333"ləri, villaları, mənzilləri və...
Prezident 4 rayonun ivra başçısını dəyişdirdi – Deputata vəzifə verildi
Prezident: "Biz hələ işin başlanğıc mərhələsindəyik"
Zakir Həsənov təcili müşavirə keçirib - VİDEO
Prezident: "Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir"
İsveçdə “Ağdam restoranı” açıldı
Patriarx Kirill Bakıya səfər edəcək
Bu gün Azərbaycanda Konstitusiya günüdür
Rəsmi Bakıdan Lavrova - CAVAB
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb
Ər-Riyadda aktyorlara silahlı hücum olunub
Xoşbəxt Yusifzadə: “Hələ 90 yaşım olsun, sonra baxarıq...”
Mübariz Mənsimov Araz Əlizadəni “siyasi təlxək” adlandırdı
Sabiq Baş prokurorun "GENERAL" bacısı oğluna 12 il iş verildi - HÖKM
Tərtərin Dəmirçilər kəndindən ŞİKAYƏT – “..son ümüd yerimiz mətbuatadır ki, bəlkə…”
Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək
Azərbaycan Nayrobi Sammitində iştirak edəcək
Mehriban Əliyeva “Bayraq Günü"nü təbrik etdi
Ərdoğanla Putin Suriya məsələsini müzakirə ediblər
Göyçayda möhtəşəm Nar festivalı keçirilib
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
ADAU-nun müəllimləri TƏKZİB EDİR - "Yazılanlar yalan və böhtandır"
Alman şirkəti ərazimizi Ermənistan torpağı kimi təqdim edir - FOTO
Tanınmış yazıçının əri intihar etdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.44638] initstartout [0.00023] initstartin [0.00138] calstart [0.01643] calend [0.00078] topnewsend [0.01269] rsssend [0.00000] ehgend [0.03966] tagsstart [0.00085] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.37430]