"BİZƏ NURLU ZİYALI LAZIMDIR, YOXSA SİYASƏTÇİ?!"

  • 23 yan 2019, 22:29
Azərbaycan xalqı yeni siyasi gərdişə, məcburi ictimai-iqtisadi zorluq və sorumluluq dönəminə qədəm qoyub. Mövcud durumun ağırlığı ən sıradan vətəndaşın da çiyinlərində narahatlıq doğurur. Doğurmalıdır da...
İqtidar yetkililəri daxili böhran durumundan ən çevik çıxış yollarını ararkən, müxalifət düşərgəsi gündəlik "qığılcım olaylar"dan yararlanmağa, Əliyev hakimiyyətinə qarşı daha güclü basqı uyqulamağa çalışır. Bəlkə, çalışmalıdır da...

 

Gah mitinq, gah qiyam-çevriliş palavraları ilə tok-şoular sərgilənir. Hələ, "AXH" adı ilə doğulmaqda olan və tam mənada siyasiləşəcək qorxulu hərəkatın masabəyiləri özlərini buynuzlu "generallarının" ətrafında məsum, hakimiyyətə qarşı isə məğlubedilməz qladiatorlar kimi göstərməyə çalışırlar. 

25 ildi xalqın xeyir-şərinə yaramayanlar indi səs-səsə verib dövlət və vətən qarşısındakı bunca günahlarını xalqla bölüşməyə çalışırlar.

 

 

 

 

Dərənin o tayından bunlara boylanan Əli Kərimli də, Arif Hacılı da, İlqar Məmmədov və qeyriləri də mahiyyətin, nəticənin gizli siyasi mastorbasiya olduğunu fərq edirlər. Bəlkə də özlərinə baxıb, həqiqəti fərq etməlidirlər də...
Çox güman ki, Azərbaycan adına siyasətlə əlləşənlərin bütün günahları özlərində də qalacaq. Xalq kimsənin günahına şərik çıxmayacaq. Çıxmamalıdır da...
Amma, dəyərli dostlar! 100 yaşlı Cümhuri - Azərbaycanda istənilən məngənədən çıxışın yolu tarixi təcrübələri vərəqləməklə mümkündür...
Bircə fakt: "Bir kərə yüksələn bayrağımız bir daha enməz" - deyən, bu mövcudatımızın təməl səltənətini quran kişilərin heç biri siyasətçi deyildi. Sadəcə, maksimum vətənpərvər, millətçi, istiqlalçı ziyalılar idi. Cümhuriyyət banilərimizdən hansınınsa siyasətçi olduğunu düşünən olacaqsa, bu suala cavab axtarsın. Sizcə, onlar daha çox ziyalı, yoxsa siyasətçi idilər?..
Düşünürəm ki, dediklərimi tam mənasıyla anladınız. Bəli, iddia edə bilərəm ki, Azərbaycan kimi, bütün cəmiyyətlərdə xaotik dönəm ziyalı qıtlığı olarkən inkişaf edir. Bizdə də belədir... 
Bəlkə, parlaq və hürr gələcəyimiz üçün xalqımız siyasi oyunbazlara deyil, ƏLS ziyalılarına həsrət qalıb?..
Bugün adını ziyalı qoyan kim vasa, bəlkə içindəki "MƏN" adlı canavarına yenik düşüb?..
Mənə görə, içində canavar bəsləyən "ağıllılar" - siyasətçilər, mənəviyyatında məsumiyyət gəzdirən və xalqı uğrunda şəhadətə hazır olan zəkalılar - ZİYALILARDIR... 
Bəli, boşboğazlıq edə-edə, xalqından vəzifə-mandat axtaran, yalvardığı xalqının prezidentinə və hakimiyyətinə DESPOT deyib kimə gəldi söyüş-təhqir yağdıran tərbiyyəsiz müxalif siyasətçilər bizə lazım deyil! 
Bizə ali vətən,dövlət və millət dəyərlərini nurlandırmağa qadir olan NURANİ ZİYALILAR lazımdır! 
Bəli, bizə, iqtidarı xalq edə biləcək, xalqını iqtidar edə biləcək ZİYALI ORDUSU lazımdır.

Rədd olsun siyasət!..

Rədd olsun zərərli siyasətçilər!

Sayqılarla - anlayanlar üçün...
Osman Nərimanoğlu
Oxşar xəbərlər