Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:28 - 24.01.2020  
"Nənəm erməniyə ərə gedə bilməzdi..." - Həcərin nəticəsi
Tarix: 21-01-2019, 20:56 | Bölmə: Xəbərlər » Maraqlı

"Nənəm erməniyə ərə gedə bilməzdi..." - Həcərin nəticəsi
 
 
 
 
 
 
 
 
 
Azərbaycan tarixində iz qoymuş, fəaliyyətləri ilə xalqa xidmət etmiş tarixi şəxsiyyətlərimizin hansısa qüvvələr, şəxslər, "araşdırmaçılar” tərəfindən ləkələnməsi davam edir. Bir çoxları ictimai, siyasi xadimlərimizə, tarixi şəxsiyyətlərimizə çamur atır, onlar haqqında böhtanlar uydururlar. Təəssüfedici məqam bundan ibarətdir ki, tarixi saxtalaşdıranlar öz iddialarında rus, erməni mənbələrinə, arxiv "sənəd”lərinə istinad edirlər. Azərbaycan qaçaqçılıq hərəkatının görkəmli nümayəndəsi Qaçaq Nəbinin həyat yoldaşı olmuş Həcər haqqında irəli sürülən ittihamlar da əks-təbliğat kampaniyası sırasında yer alır.
Qaçaq Nəbi, Həcər nəslindən olan, əvvəllər Türkiyədə, hazırda isə Avstraliyanın Melburn şəhərində yaşayan Mehmet Elturan müsahibəsində qadın qəhrəmanımız haqqındakı bütün böhtanlara tutarlı cavab verdi.
O bildirdi ki, babasının valideynləri Azərbaycandan təxminən 100 il öncə Türkiyəyə köçüblər: "Qaçaq Nəbinin oğlu Əhməd babamın atasıdır. Əhməd bəyin 3 övladı olub: – iki oğlan, bir qız. Əhməd bəyin 8 nəvəsi olub. Bəziləri dünyasını dəyişib, bəziləri Türkiyədə və dünyanın başqa-başqa yerlərində yaşayırlar.
Nəbinin oğlanları Əhməd və Xəlilin məzarları Türkiyədədir. Xəlil bəyin nəticələri ilə əlaqələrimiz var”.
Əhməd bəy qardaşı Xəlillə, eləcə də qohumlarıyla birlikdə 1915-ci ildə, qaçaqaç vaxtı, gərgin dönəmdə Türkiyəyə gəlib: "Həmin illərdə doğum qeydiyyatı dəqiq deyildi. Buna görə də qohumlarım doğum tarixlərini doğru-dürüst bilmirdilər. Həmin vaxt Nəbinin nəvəsi – babam Mehralı 3-4 yaşlarında olub. Nənəm də təxminən bu yaşda imiş”.
O dönəmdə Qars ruslar tərəfindən işğal edildiyindən Nəbinin oğlu Əhməd yaxınları ilə Türkiyəyə Ağrıdağdan keçiblər:
"Qars rus işğalından qurtulduqdan sonra İğdırdan buraya köçüblər. Onlar orada yaşadılar və biz də orada dünyaya gəldik.
Sənədlərdə Nəbi və Həcər babamın atasının valideynləri kimi qeyd edilib. Qeydlər isə 1925-ci ildə aparılıb.
Mən sizə danışdıqlarımı babamdan və nənəmdən eşitmişəm. Onlar bu haqda danışanda 11-12 yaşım olardı. Söyləyirdilər ki, Həcər 1860-cı ildə Qubadlının Yuxarı Mollu kəndində doğulub. Biz həmin kəndi Molla adlandırırıq. Nəbi, əsasən, Naxçıvan və Zəngəzur qəzalarında mübarizə aparıb.
Babam danışardı ki, onun qəhrəmanlığı Cənubi Azərbaycana da yayılmışdı. Rus hökuməti və yerli bəylər illər boyu onun dəstəsini məhv etməyə can atıblar. Babamın babası olan Nəbi pusquya düşərək öldürülüb.
Babam danışırdı ki, Həcərlə yanaşı, bacısı Mehri xanım da Nəbinin zülmkarlara qarşı mübarizəsində fəal iştirak edib”.
Həcər isə 1914-cü ildə Aşağı Mollu kəndində dünyasını dəyişib: "O ki qaldı Həcərin guya erməniyə ərə getməsi məsələsinə… Təəssüf ki, əri Nəbi ilə birlikdə əlinə silah götürüb illərlə döyüşmüş qadın haqqında ən çirkin böhtanları yağdırırlar.
66 yaşındayam. Övladlarım, nəvələrim, nəticələrim var. Yalan danışmaq mənə yaraşmaz. Nənəmin, babamın, habelə ata-anamın Nəbi və Həcər haqqında söhbətləri zamanı belə bir şey eşitməmişəm. İkincisi, heç Həcərin erməniyə ərə getməsinə imkan da yox idi. Nəbi qətlə yetiriləndə övladları təxminən 15 yaşında olardı. Belə olan halda Həcər necə ərə gedə bilərdi?
Yeri gəlmişkən, nəzərinizə çatdırım ki, onların bir qız övladı da olub. Əhmədlə Xəlil mübarizəni dağlarda davam etdiriblər. Lakin qız kiçik olduğundan Həcər nənəmlə birlikdə qalırmış.
Nənəm xəstəlikdən dünyasını dəyişib. O öldükdən sonra iki oğlu Türkiyəyə gəlib. Amma qızın başına nə gəldiyindən, onun sonrakı taleyi haqda dəqiq heç nə bilmirik. Babam onun ermənilər tərəfindən qətlə yetirildiyini deyirdi. Danışırdı ki, onlar Nəbinin qisasını qızından alıblar. Amma bu haqda dəqiq məlumata malik deyilik”.
Mehmet bəyin sözlərinə görə, Həcərin erməniyə ərə getməsi haqda böhtanlar məqsədli kampaniyadır:
"Erməniyə qarşı döyüşmüş şəxs düşmənə necə ərə gedə bilər? Bu, iftiradır, böhtandır, yalandır. Niyə Həcərə sahib durmuruq? Nə üçün belə çirkin kampaniya aparanları susdurmursunuz?
Axı nə üçün tariximizi rusun, erməninin öhdəsinə buraxırıq? Bu insanlar bizim üçün savaşmadılarmı?”.
Bu işi onların öhdəsinə buraxdığımızdan Həcərin də həyatını o cür ləkələyiblər: "Mən artıq bu böhtanlardan iyrənirəm. Qaçaqçılıq hərəkatının fəal üzvü, qəhrəman qadın haqda belə demək şərəfsizlikdir. Axı Həcər bir vaxtlar Nəbinin mübarizə apardığı, Azərbaycan xalqının düşməni sayılan erməniyə niyə ərə getməliydi? Həcər kimi qadın bunu necə edə bilərdi? İki gənc oğlu olan, yaşlı qadın belə addım atardımı? O, Nəbi ilə 20 ildən çox çiyin-çiyinə mübarizə aparıb”.
Müsahibim bildirdi ki, indi onun Həcərə böhtan atan ermənipərəst "araşdırmaçıları” susdurmaq imkanı yoxdur: "Təəssüf ki, Azərbaycandan çox uzaqlardayam. Əgər orada yaşasaydım, Həcərə böhtan atan ünsürlərin cavabını verərdim.
Oğlanlarının yaşı 15-dən çox idi. Əhmədin oğlu – babam həmişə deyirdi ki, atam dağlarda savaşırdı”.
İndi Həcərlə Nəbinin nəslinin onlarla davamçısı Türkiyədə yaşayır: "Onlarla əlaqə saxlayıram. Hər biri bütün bunlardan narahatlıq keçirdiyini bildirir. Təəssüf ki, son günlər Azərbaycanda da Həcər barəsində böhtanlar yayımlanır. Biri yazır ki, guya erməniyə ərə gedib. Digəri onların övladının olmadığını iddia edir. Bu yalanlar ortaya çıxanda 50-yə yaxın insan mənə zəng etdi, məktub yazdı. Xahiş etdilər ki, bu məsələlərə aydınlıq gətirim. Bütün bunlara heyrətləndim. Bizim xalqın düşmənləri qadına böhtan atırlar, bizimkilər isə buna şərik çıxırlar. Axı bu qadına niyə ləkə yaxırlar? Ondan nə istəyirlər?”.
Nəbi və Həcər haqqında dolğun məlumatları atasından və babasından aldığını deyən Mehmet Elturan Nəbiylə Həcərin nəvəsinin 90-cı illərdə dünyadan köçdüyünü bildirdi: "Babam Mehralı 1991-ci ildə 80 yaşında vəfat etdi. Lakin bu yaş da dəqiq deyildi, təxmini rəqəm idi. Çünki o vaxtlar vəziyyət fərqli olduğundan sənədlər it-bata düşüb, qeydiyyat olmayıb. Həmin səbəbdən də babamın yaşı dəqiq deyildi.
Babam danışırdı ki, atası Əhməd bəylə acı günlər yaşayıblar. Xəstəliklər, erməni qətliamları onun şahidi olduğu şeylərdir.
Yeri gəlmişkən, maraqlı faktı nəzərinizə çatdırım: nənəmin – yəni Əhmədin həyat yoldaşının doğum günü 1859-cu il kimi qeyd edilib. Sənədlərdə qeyd edilib ki,1926-cı ildə onun övladı olub. 1859-cu ildə anadan olmuş qadın 1926-cı ildə dünyaya "uşaq gətirir”. Guya 67 yaşında. Axı bu ola bilməz. Deməli, köhnə tarixlə yeni tarix qarışıb”.
Nəbi və Həcər haqqında nənəsi və babasından, valideynlərindən eşitdiklərini danışan Mehmet Elturan vurğuladı ki, SSRİ Türkiyə üçün qapalı olduğundan Türkiyə də bu imperiya üçün qapalı idi: "1992-ci ildə Türkiyədə vəzifəyə təyin olundum. 2000-ci ildə Türkiyə Silahlı Qüvvələrinin rəsmisi kimi Azərbaycana səfər etdim. Sizin ordunun, Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının qonağı oldum. Bakıda generallara dedim ki, Azərbaycan mənim vətənimdir. Babalarım burada yaşayıblar. Həmin vaxtlar gördüm ki, Nəbinin, Həcərin Azərbaycanda heykəlləri, fotoları var. "Atları yəhərləyin” filminə də Azərbaycanda baxdım. Onların həyatı haqqında çəkilən filmdə guya övladlarının olmaması vurğulanır. Təbii ki, bu, yalandır. Lakin filmin sovet dövründə çəkildiyini də nəzərə almalıyıq. Bakıda olanda mənə dedilər ki, həmin dövrdə filmi qəsdən belə çəkdilər ki, kimsə ermənilərə qan uddurmuş Nəbinin nəvə-nəticələri ilə maraqlanmasın”.
Ermənilər "Atları yəhərləyin” filminin çəkilişinə, ssenarisinə müdaxilə ediblər, təzyiq göstəriblər: "İndi yağdırılan böhtanlar təkcə onlara deyil, həm də bizə qarşı yönəlib”. (Karabakhmedia.az)
Xəbər 1753 dəfə oxunub






Oxşar xəbərlər

Qu quşu Əməkdar artistin əlini dişlədi
Azərbaycanda qadın üç dəfə zorla ərə verilib
Hafiz Hacıyev YAP-çı opponentini NİYƏ və necə təhqir edir? - VİDEO
Goranboyun Meşəli kəndində direktor Fəxrəddin Musayevin "AİLƏ MƏKTƏBİ" - FAKTLAR
Ermənilər atəşkəs rejimini 22 dəfə pozub
AŞ PA müşahidəçiləri Bakıda görüşlərə başladı
Ermənilərdən növbəti Qarabağ təxribatı - Şuşa qalası erməniləşdirilir...
Deputatlığa namizəd Əli Həsənovun "trol şəbəkəsi"ni ifşa etdi — ŞOK FAKTLAR
Gəncədə namizədliyinə maneələr yaradılan Müzadil Həsənov MÜRACİƏT YAYDI
İlham Əliyev Davosda İsveçrə Prezidenti ilə görüşüb
ADAU rektoruna şok İTTİHAM - İntihara bais olubmuş?
Afaq Aslanın biabırçı görüntüsü yayıldı: Qara bikinidə…
“Beşiktaş” Türkiyə kuboku ilə vidalaşıb
İraq prezidenti ölkədəki etirazlarda ölənlərdən danışıb
"Moskvaya zəng edərsiniz, yoxsa Pekinə?" - İlham Əliyev Davosda cavablandırdı
ABŞ-da atışma olub, ölən və yaralananlar var - FOTO
Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə “artırdı” - FOTOLAR
İlham Əliyev BƏYAN ETDİ! "Əhalinin etimad etdiyi şəxslər seçiləcək"
Putinin yeni təyin etdiyi nazirlər.. - biri qadındır
Qondarma rejim Qarabağda "seçki" keçirməyə hazırlaşır
İranlı general niyə Elçin Quliyevin barmağına üzük taxdı? – HƏRBİ-SİYASİ ANLAMI
Sumqayıtda ağır qəza, 1 ölü 4 yaralı - FOTOLAR
Azərbaycana ət idxalı azala bilər - səbəb
Xəzər dayazlaşır: su hara yox olur?
Məşhur idmançı sərxoş halda dava saldı, həbs edildi
Dünya Səhiyyə Təşkilatı sabaha təcili iclas çağırdı
Qəbələdə bu kişi qarın içində yatır - FOTO
Vilayət Eyvazovdan polislərə sərt XƏBƏRDARLIQ
Nə qədər pensiyaçımız var ? - Açıqlanıb
Tramp: "Hazırda ABŞ-da iqtisadi bum yaşanır"
Ölkə əhalisinin sayı açıqlanıb
Araz Ağalarov Rusiyanın yeni baş naziri haqda
İranın naziri üzr istəmək üçün Ukraynaya gəldi
ABŞ səfirliyinin yanına üç raket düşdü
Əsrin ən yaxşı filmi bəlli oldu
Gəncədə NİVA ağaca belə çırpılıb - ölümə səbəb olan OLAYDAN ŞOK GÖRÜNTÜLƏR
Şahzadə Harri Böyük Britaniyanı tərk edib
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
Qəbələdə adı "Qırmızı Kitab"a düşən maralları satmaq istəyən şəxs saxlanılıb
DİN Zirəddinə cavab verdi: "..yəqin yuxuda görüb"
TƏRS SİLLƏ! "Qarabağı erməniyə peşkəş verənin yanındasız, yoxsa..."
Müğənni səhnədə çıxışı zamanı üzr istədi və öldü
Sammitdə Putini “itirən” Merkel və Makron çaş-baş qaldı (fotolar)
BBC-nin baş direktoru istefaya gedir
30 il keçsə belə, onlar həbs oluna BİLƏRLƏR
Diplomatın “DİPLOMAT”I... – Elmar Məmmədyarov tikinti maqnatıdır?!
Prezident Şəhidlər xiyabanını ziyarət edib
“Parlament idarəçiliyinə keçməliyik” – “İroniya edənlər özlərini buraxmışlardır”
20 Yanvar faciəsi ABŞ Konqresində yad olunub
Qanlı 20 Yanvar – Millətimin müstəqilliyə gedən yolu...
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
Azərbaycan XİN: Sovet ordusu Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə qırğın törətdi
Azərbaycanlı xanım jurnalist Türkiyədə vəfat etdi - FOTO
Kirayə mənzilin alınma MƏRHƏLƏLƏRİ
Hansı rayonlara nə qədər qar yağıb?
Tramp impiçment ittihamlarını qəti rədd edib
Yunus Səfərov nə istəyir və Elmar Vəliyev niyə güllələnib? - MESAJ
Nazir əmr imzaladı - "20 YANVAR"-a GÖRƏ
İnam Kərimov FAO-nun baş direktoru ilə görüşüb
Şəbnəm necə də cazibədardır – FOTOLAR
Bakıda mikroavtobus piyadanı vuraraq öldürüb
Kəndə hücum edən ac canavarlar iti parçaladı
İkram Rəhimov koloniyada hüquqlarının pozulmasından şikayət edib
Vilayət Eyvazov müşavirə keçirdi
Nərminin qətlə yetirildiyi kənddən reportaj (FOTO/VİDEO)
Polis mayoru 10 min rüşvəti alıb yeyərkən tutuldu - FOTO
Rusiyanın yeni baş naziri təsdiqləndi
"Zirə" Rumıniya klubuna qalib gəlib
Hələbə endirilən raket zərbələri 4 nəfəri öldürüb
Prezident DTX rəhbərinə yeni vəzifə verdi

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.30514] initstartout [0.00023] initstartin [0.00138] calstart [0.00948] calend [0.00053] topnewsend [0.00474] rsssend [0.00000] ehgend [0.00662] tagsstart [0.00067] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.28145]