Ancelina Coli siyasətçi olacaq

  • 28 dek 2018, 21:43

Hollivud ulduzu Ancelina Coli gələcəkdə siyasətçi olmağı nəzərdən keçirir.

Oxu.Az xəbər verir ki, kinoaktrisa BBC-nin "Today” proqramına qonaq olaraq, bır sıra mövzular ətrafında geniş müsahibə verib.

Kinokaryerası ilə yanaşı, BMT-nın Qaçqınların işləri üzrə Ali Komissarlığının xüsusi səfiri olan Coli 20 il əvvəl belə bir fikri ağlına belə gətirməsə də, hazırda siyasətçi olacağını istisna etmədiyini dilə gətirib.

"20 il əvvəl bu sualı versəydiniz, buna gülərdim. Hər zaman deyirəm ki, hara lazımdırsa, ora getməyə hazıram. Mən hökumətlərlə işləyə bilirəm, mən hərbçilərlə işləyə bilirəm, mənə elə gəlir ki, bu baxımdan, çox işlər görə bilərəm”.

Aparıcı ABŞ-da qarşıda gələn seçkilərdə demokrat namizədlərin siyahısında yer alıb-almayacağını soruşub. Coli nə inkar, nə də təsdiq edərək, suala görə təşəkkür etməklə kifayətlənib.

Oxşar xəbərlər