NASA: “Yerə asteroid yaxınlaşır” — FOTO

  • 23 dek 2018, 09:43

NASA Yer kürəsinə asteroidin yaxınlaşdığını bildiriblər.

"Ölkə.Az” xəbər verir ki, qurum qeyri-adi forması olan asteroidin fotosunu da paylaşıb.

Alimlər qeyd edirlər ki, "2003 SD220” asteroidi formasına görə çayda üzən begemotu xatırladır. NASA-da asteroidi "bayram asteroidi” adlandırıblar. Çünki asteroid planetimizə Yeni il gecəsinə az müddət qalmış yaxınlaşacaq.

Səma cisminin uzunluğu 1.6 km-dir. Ölçüsünə görə "potensial təhlükəli” sinfinə daxil edilsə də, NASA-dan bildiriblər ki, yaxın zamanda "2003 SD220” səma cismi planetimiz üçün təhlükəli olmayacaq.
Mütəxəssislərin məlumatına əsasən, son 400 ildə bu səma cismi planetimizə 2.9 milyon km yaxınlaşıb. Növbəti dəfə isə asteroidi belə bir məsafədə 2070-ci ildə müşahidə etmək mümkün olacaq.

Oxşar xəbərlər