Fərhad Məmmədovdan ağır ittihamlara yazılı CAVAB

  • 03 dek 2018, 15:02
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun ötən həftə SAM və Türkiyənin Siyasi, İqtisadi və Sosial Araşdırmalar Mərkəzi (SETA) tərəfindən Ankarada təşkil olunan "Türkiyə-Azərbaycan əlaqələrinin gələcəyi” mövzusunda beynəlxalq konfransla bağlı iradına cavab verib. 
BakuPost-un məlumatına görə, R. Arifoğlu "Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Bakıdan aparılan 15 media rəhbərindən başqa zalda 10-12 adam olub. 
R. Arifoğlu Fərhad Məmmədov və digər məsuliyyətli şəxslərin dövləti və prezidenti aldatdığını yazıb: "Nəyə lazımdır, bu oyuncaq konfranslar? Mən niyə Bakıdan Ankaraya gedib, Musa Qasımlını və SAM-çı Cavid Vəliyevi dinləməliyəm? O konfransa yəqin ki, müəyyən qədər vəsait sərf olunub. Amma nə üçün? Axı hamı şahid oldu ki, tam boşuna bir tədbir idi. Nə media vardı, nə də dəvətlilər. Türkiyə Avropa deyil ki, oraya dəvət məsələsində problem ola. Deməli, işləməyiblər, sadəcə, fiksiyadır! SAM rəhbəri Fərhad Məmmədov və digər məsuliyyətli şəxslər bu biabırçılığa cavab verməlidir. Onlar dövləti və prezidenti aldadırlar”.
BakuPost "Türkiyə – Azərbaycan münasibətlərinin gələcəyi” mövzusunda konfransın çox aşağı səviyyədə təşkil edildiyi, Azərbaycandan dəvət edilən 15 redaktordan əlavə zalda 12 nəfərin olduğu, belə aşağı səviyyəli tədbirlərlə SAM-ın dövləti və prezidenti aldatdığı barədə ittihamları cavablandırmaq üçün SAM-a sorğu ünvanlayıb. 
 
2mu
 
Yazılı cavabda bildirilib ki, SAM Türkiyədə keçirilən "Azərbaycan həftəsi” çərçivəsində aparıcı beyin mərkəzlərində, Türkiyə PA və XİN-də beynəlxalq konfrans və görüşlər keçirib:"SAM və Türkiyə  Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzi (Türk XİN SAM) birgə əməkdaşlıq çərçivəsində 26-30 noyabr tarixləri ərzində Ankarada "Azərbaycan həftəsi” keçirib. Bu məqsədlə SAM, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Xarici İşlər Nazirliyinin əməkdaşlarından, habelə millət vəkili və müstəqil ekspertlərdən ibarət nümayəndə heyəti Ankaraya səfər edib. Səfər Ümummilli lider Heydər Əliyevin Ankaradakı Heydər Əliyev Parkında ucaldılan abidəsinin ziyarəti ilə başlayıb.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın Ankaradakı səfirliyində, Türkiyənin Prezident Administrasiyasında, Türkiyə XİN SAM, Avrasiya İncələmələr Mərkəzi (AVİM) və Siyasi, İqtisadi və Sosial Araşdırmalar Mərkəzində (SETA) geniş tərkibli dəyirmi masa, görüş və beynəlxalq konfrans keçirib.
 
Nümayəndə heyəti əvvəlcə Azərbaycanın Ankaradakı səfirliyində olub, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə görüşüb, habelə Ankara Universitetində və Ankarada yerləşən müxtəlif beyin mərkəzlərində fəaliyyət göstərən azərbaycanlılarla Türkiyə-Azərbaycan ikitərəfli münasibətlərinə dair müzakirələr aparıb. Səfərin ikinci günü, 27 noyabrda SAM-ın nümayəndə heyəti Türkiyənin Prezident Administrasiyasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri Tuğba Nur Sönməzlə görüşüb. T.N. Sönməz ikitərəfli münasibətlərin hazırkı vəziyyətinə və gələcək perspektivlərinə dair məlumat verib və hər iki ölkə arasındakı qarşılıqlı əməkdaşlıq sahələrinin gələcəkdə də genişlənəcəyinə ümidvar olduğunu bildirib. Görüş Azərbaycan-Türkiyə əməkdaşlığının tarixi və hər iki ölkənin hökumət başçıları səviyyəsində davam edən mehriban qonşuluq siyasəti,  qlobal miqyaslı layihələrin həyata keçirilməsində iki ölkə arasındakı qarşılıqlı dəstək və ölkələr arasındakı strateji tərəfdaşlıq mövzularının müzakirəsi ilə davam edib”. 
Cavabda qeyd olunub ki, SAM Türkiyədə "Azərbaycan həftəsi” çərçivəsində təşkil etdiyi silsilə tədbirləri davam etdirərək Türkiyə XİN SAM və AVİM-də dəyirmi masa formatında görüşlər keçirib: "Türkiyə və Azərbaycan arasındakı qarşılıqlı əlaqələr, bu əlaqələrin siyasi, iqtisadi, təhlükəsizlik və əməkdaşlıq aspektləri və eləcə də regionun siyasi arenasında cərəyan edən hadisələrə dair mövzuların müzakirəsinə həsr edilmiş dəyirmi masalar Türkiyə Universitetlərinin akademik heyəti və eləcə də digər tanınmış tədqiqat mərkəzlərinin nümayəndələrinin müşayiəti ilə həyata keçirilib.  SAM səfər çərçivəsində daha bir əhəmiyyətli tədbir — "Türkiyə-Azərbaycan əlaqələrinin gələcəyi” mövzusunda beynəlxalq konfrans təşkil edib. 
 
 3mu

Türkiyənin Siyasi, İqtisadi və Sosial Araşdırmalar Mərkəzində (SETA) keçirilən konfransda Türkiyə və Azərbaycan arasında siyasi səviyyədə mövcud olan dostluq münasibətlərinin hər iki ölkənin qardaş xalqları arasında da özünü büruzə verdiyini qeyd edən Milli Məclisin Azərbaycan-Türkiyə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Musa Qasımlı ikitərəfli münasibətlərin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandığı bildirib. Bundan başqa, Musa Qasımlı hər iki ölkənin müxtəlif beynəlxalq platformalarda da qarşılıqlı şəkildə bir-birinin  mövqeyini dəstəklədiyini iştirakçıların diqqətə çatdırıb. 
Tədbirdə SAM-ın Xarici Siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Cavid Vəliyev çıxış edərək Türkiyə-Azərbaycan ikitərəfli əlaqələrinin regionun siyasi konfiqurasiyasına  müsbət yöndə təsir etdiyini, siyasi, iqtisadi, enerji və hərbi sahələrdə hər iki dövlətin maraqlarının uzlaşdığını bildirib, eyni zamanda, Azərbaycanın Türkiyənin terrorizm və separatizmə qarşı apardığı mübarizəyə dəstək verdiyini xatırladıb. İki ölkə arasında davam edən siyasi-iqtisadi, mədəni və digər sahələrdəki əməkdaşlığa dair fikir mübadiləsinin aparılması üçün əlverişli platforma rolunu oynayan konfrans Orta Şərq Texniki Universitetinin (ODTÜ) əməkdaşı Oqtay Tanrısevər və  Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun keçmiş sədri Necdət Ünüvarın ikitərəfli münasibətlərin inkişafı və gələcək perspektivlərinə dair məruzəsi ilə davam edib”. 
 
4mu
 
SAM onu da xatırladıb ki, SAM ilə Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzi arasında 2011-ci ilə imzalanmış Əməkdaşlığa dair Memoranduma əsasən hər ildən bir Türkiyə və Azərbaycanda müvafiq olaraq, "Azərbaycan həftəsi” və "Türkiyə həftəsi” keçirilir: "Cari ildə bu ənənəni davam etdirən Mərkəz Türkiyədə dörd günlük "Azərbaycan həftəsi” təşkil edib. Qeyd edək ki, silsilə xarakterli tədbirlərin əsas məqsədi elm və ictimaiyyət nümayəndələrini iki ölkənin daxili, xarici və təhlükəsizlik siyasəti barədə məlumatlandırmaqdan və ikitərəfli münasibətlərin inkişafına təkan verməkdən ibarətdir”.
SAM mübahisələrə yol açan  və SETA tərəfindən canlı yayımlanan tədbirin videsounu da BakuPost-a təqdim edib. 
Videodan da görünür ki, doğrudan da tədbirə çox az adam qatılıb. Təəssüf ki, bunun səbəbləri barədə SAM-ın cavabında yer almayıb. 
Qeyd edək ki, BakuPost sorğu cavablandırılmazdan öncə  SAM rəhbəri Fərhad Məmmədovla da əlaqə saxlayıb. F. Məmmədov yalnız rəsmi qaydada sorğuya cavab veriləcəyini, əlavə açıqlama olmayacağını bildiri
Oxşar xəbərlər