Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

20:05 - 17.11.2019  
İlqar Məmmədov ona xəyanət edənləri də siləcəkmi.."
Tarix: 22-11-2018, 22:35 | Bölmə: Xəbərlər » Maraqlı

"Real" partiyasının sədri İlqar Məmmədov Feysbuk-da "friend islahatı"na başlayıb. Dostluq listəsindən sildiyi ilk məşhur yaxını isə "Yeni Müsavat"-ın baş redaktoru Rauf Arifoğlu olub. Bu hərəkətdən qeyzlənən azman jurnalistin siyasətçiyə cavabı sərt olub və belə bir sualla başlayıb: "İlqar Məmmədov ona xəyanət edənləri də siləcəkmi..."

İlqar Məmmədov ona xəyanət edənləri də siləcəkmi.."Ardınca da bunları yazıb: "Camaat ondan nə gözləyirdi, o nə etdi...

Məni dostluğundan çıxartdı.

İlqar Məmmədovun türmədən çıxandan bəri ən böyük ictimai-siyasi addımı budur.

Zati – möhtərəm haqqımda bu cümlələri ifadə edib: "İlham Əliyevdən orden-medal almış bütün siyasi şəxsləri sosial şəbəkədə friend siyahımdan çıxarıram. Rauf Arifoğludan başladım, "Yeni Müsavat" qəzetinin redaktorundan. Friendlərdən belələri varsa və mən hələ bilmirəmsə, bir zəhmət, özləri çıxsın."

Bu adamdan heç zaman normal bir şey gözləməmişəm. AMİP-də olanda da, sonra da. Adam bir siyasi ipləmədir. Onurğası sındırılmış, təəhhüd götürərək, siyasətdəki daha yekə Məmmədovun öhdəliyinə buraxılmış birisindən nə gözləmək olardı ki...

Amma məntiq və faktla baxdıqda, İlqar Məmmədov təmizləmə işinə türmədən çıxan kimi başlamalı idi. Və məndən, Facebook dostluğunda olan "medalçılar”dan deyil, ən yaxınında olanlardan, ona gerçəkdən və hərmənalı xəyanət edənlərdən... Onlara kameralar önündə sarılanda, mən onsuz da ona qiymət biçmişdim...

Onun üstündə haqqımız var. 5 il 6 ay ərzində "Yeni Müsavat" Allahın hər günündə ona dəstək oldu. Müxbirlərimiz, redaktorlarımız dəfələrlə Şəkiyə qədər, məhkəmələrinə gediblər. Ona xəyanət edən yaxınlarının acısını yaşadığı o əzablı günlərdə, hansında ki, məlumatları yeni almışdı və canı - ruhu acıyırdı, biz onun adını və əlini buraxmadıq. Əməkdaşımız Cavanşir Abbaslı mənim tapşırığımla bu illər ərzində hər gün onunla bağlı xəbər və müdafiə mətnləri hazırladı. Mən də bəzi müqavimətlərə, təhlükə və xəbərdarlıqlara baxmayaraq, israrla və son günə qədər onu müdafiə etdim.

Beləyəm. Darda olana hər zaman əl uzadaram, dayaq və dəstək olaram. Reklam etmədən, yaymadan, qarşıdakını əzmədən. Bir Allah bilsin, o da yetər.

Məsələn, Əli Kərimli bu yaxınlarda həbs olundu. İçəridən çıxana qədər, kənardan nə qədər yazı göndərilsə də, nə qədər qaralayıcı məlumatlar ötürülsə də, bir sətir də buraxmadım. An-ba -an xəbərlərini yaydım. Bir cümlə də onu aşağılaya biləcək, ya da işini zorlaşdıracaq ifadə işlətmədim. Həbsini də doğru bulmadım və fikirlərimi gərəkən yerlərə söylədim. Yalnız çıxandan sonra deputat Elşən Musayevin (redaksiyanın deyil) bir yazısını buraxdım. Çünki daha darda deyildi, həyatına və azadlığına təhlükə yox idi. Üstəlik, adam o qədər kinli, o qədər qeyri-adekvat və Allahsızdır ki, onsuz da belə jestləri anlayacaq, dəyərləndirəcək halda da deyil. Bunlarda geniş, bütün ölkəni əhatə edəcək nə ağıl, nə də zəka var...

İlqar Məmmədov Əli Kərimlinin yanındakı virtual militanlardan biri kimi şeydi. Zəka qohumudurlar, bunlar. Danışarlar, özlərini qızışdırarlar, qaz verərlər bir-birilərinə, sonra da "gəlirik”moduna girib, oradan heç çıxa bilməzlər.

Və İlqar Məmmədov həbsdən çıxanda Cavanşir yenə onun yanındaydı. İlqar və Xanımı ona və qəzetə minnətdarlıq edib, üstəlik, eksklüziv müsahibə də verib. Onlar hamısı arxivimizdə qalır.

Aylar keçib, Bəy birdən birə "feys”ini təmizləməyə qərar verib. İlk ağlına gələn də Rauf Arifoğlu olub. "Feys”ini pis göstərirəmmiş...

"Feys”in qara olsun, buynuzun qırılsın, sənin ağlını balla yesinlər, İlqar! Səni Allah silib, cəzanı da ömürlük kəsib. Heyfini məndən niyə çıxırsan ki?

Məşhur anektodda deyildiyi kimi, axı mən "heç orda olmamışam..."

 

 

                                                                 R

auf Arifoğlu

Xəbər 1641 dəfə oxunub






Oxşar xəbərlər

Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb
"Türk Hava Yolları" 29 il əvvəl təyyarədə doğulmuş şəxsi işə götürüb
Yerevanda Rusiya səfirliyi qarşısında ETİRAZ
Prezident Bilal Əliyevə mənzil bağışladı
"YOL VERİN, QUDAM GƏLİR" - Azərbaycanda quda olan məmurlar - SİYAHI
Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu - QALMAQAL
ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib
“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir
Tahir Kərimli kimə ölüm hökmü çıxaracağına and içib? - Video
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
Nazirlik bələdiyyə sədrini cərimələyib
ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”
Antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi..
Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edir
Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir
Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Qalmaqallı iş adamı pulları götürüb ölkədən qaçdı
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.26169] initstartout [0.00018] initstartin [0.00070] calstart [0.00899] calend [0.00051] topnewsend [0.00427] rsssend [0.00000] ehgend [0.00580] tagsstart [0.00061] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.24059]