Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:02 - 18.02.2019  
Amerikalı alimlər "anasına bax, qızını al" qənaətinə gəldilər
Tarix: 19-11-2018, 11:30 | Bölmə: Xəbərlər » Maraqlı

Amerikalı alimlər "anasına bax, qızını al" qənaətinə gəldilərƏgər sizin şəxsi həyatınızda daimi partnyorlar kaleydoskopu varsa və siz heç cürə ikinci yarınızı tapa bilmirsinizsə, bunda sizin ananızın günahkar olması mümkündür.

ABŞ-ın Ohayo Universitetinin alimlərindən ibarət qrup bu nəticəyə gəlib.

Bu məlumatlar Plos One elmi saytında dərc olunub.

24 il ərzində 7 min adam arasındakı romantik münasibətləri araşdıran sosioloqlar yetkin kişi və qadınların həyatları boyu sahib olduqları partnyorların, onların analarının sevgi əlaqələrinin sayı ilə əlaqəli tendensiya aşkar ediblər.

Alimlər müəyyən ediblər ki, ana ilə hər yeni romantik münasibət onun övladlarının partnyorlarının sayını orta hesabla 6% artırır.

Daha əvvəl aparılan araşdırmalarda boşanmış valideynlərin övladlarının tam ailədə böyüyənlərlə müqayisədə böyük ehtimalla boşanacaqları qeyd olunub.

Lakin indi məlum olub ki, böyük uşaqların davranışına və həyat seçiminə valideynlərin boşanmasından çox, analarının davranışı təsir göstərir.

"Bəlkə də ola bilər ki, partnyorlarının sayı dəqiq olmayan analar yaxşı ünsiyyət qurmağı bacarmır, münaqişəli vəziyyətlərin öhdəsindən gələ bilmir və ya psixi pozuntularla bağlı problemləri var. Yuxarıda sadalananlardan hər biri münasibətləri poza və həyatda qeyri-sabitliyə gətirib çıxara bilər", - deyə araşdırmanın rəhbəri Claire Kamp Dush "Times"a müsahibəsində açıqlayıb.

"Hər konkret vəziyyətdə mexanizm nə olursa olsun, analar bu xüsusiyyətləri övladlarına ötürə bilərlər. Bu isə öz növbəsində uşaqların gələcəkdəki romantik münasibətlərini daha az sabit edir", Kapm Dush belə fikirləşir.

Ailə münasibətləri və ailə problemləri ilə məşğul olan psixoloqlar və sosioloqlar çoxdandır ki, bəzi insanların digərlərinə nisbətən "nikaha daha meylli" olduqlarını iddia edirlər.

Yəni, burada söhbət həmin insanların onları potensial partnyorları üçün daha cazibədar edən xüsusiyyətlərə sahib olmasından gedir.

Və bu məsələdə valideynlər sonuncu rolu oynamır, çünki onlar bizə öz genlərini ötürürlər və bizim üçün müəyyən həyat şəraiti yaradırlar, cütlük münasibətlərinin qurulmasında da ilk nümunə onlardır.

Araşdırma zamanı Ohio Universitetinin alimləri müəyyən ediblər ki, depressiyadan əziyyət çəkən anaların uşaqları öz emosiyalarının öhdəsindən pis gəlirlər, digər insanlarla münasibətləri bərbaddır, onlarda empatiya (özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı) aşağıdır və onlarda mənfi münasibət (guya "bütün kişilər əclafdır" və ya "bütün qadınlar axmaqdır") üstünlük təşkil edir.

Bütün bunlar nəticədə depressiya əlamətlərinin yaranmasına gətirib çıxara bilər.

Bu cür əlamətlərə sahib olan insanların isə daha az sabit münasibətləri olur.

Xarakter xüsusiyyətləri irsən keçdiyinə görə, möhkəm münasibətlər qurmağı bacarmayan ana xüsusiyyətləri övladlara da ötürülə bilər.

Bununla yanaşı, üzüyumşaq, səmimi, mehriban, vicdanlı və əsəbi olmayan şəxslər arzuolunan partnyor olurlar və daha tez-tez sabit cütlük formalaşdırırlar.

Sosioloqların müəyyən etdiyi kimi, boşanmış valideynlərin övladları yetkinlik çağlarında evlənmək əleyhinə olmayıblar.

Evlənməyə tələsməyənlər isə öz partnyorları ilə könüllü şəkildə birgə yaşayırdılar.

Həmçinin qeyd olunub ki, kənardan münasibətləri yaxşı görünən ər-arvad nəticədə boşanıbsa, onların övladları da böyük ehtimalla onların yolunu davam etdirməyə hazırdırlar.

Lakin valideynləri arasında "çətin, amma sabit münasibətlər" şəraitində böyüyən uşaqlar nəticədə boşanmaya daha az meylli olurlar.

Nəyə görə, maliyyə aspektini nəzərə almasaq ayrılıq narahatlıq gətirir?

Əgər münasibətlər pozulubsa və ya bitibsə, məgər ayrılıq yüngüllük gətirməməlidir?

Məsələ ondadır ki, Kolumbiya Universitetinin nevrobioloqları tərəfindən aparılan digər araşdırmada məlum olub ki, beynimiz münasibətlərin pozulmasını fiziki ağrı kimi qəbul edir.

Məsələn, yanıq zamanı yaranan ağrı kimi. Lakin bu o demək deyil ki, sevgilisindən ayrılmaq insana ütü yanığı kimi ağrı verir. Bu o deməkdir ki, beynimiz bunun da mühüm olması barədə informasiya ötürür. Alimlər hesab edir ki, bunun arxasında təkamül səbəbləri dayana bilər: ağrı fiziki təhlükə barədə xəbərdarlıq edir və bizi müdafiə tədbirləri qəbul etməyə məcbur edir.

Psixoloq Melanie Greenberg-in qeyd etdiyinə görə, heyvanlar dünyasında, tək olmaqdansa özü kimilərlə bir qrupda olaraq müdafiə olunmaq daha asandır. Buna görə də uzaq əcdadlarımızın dövründə sosial təcrid fərdin fiziki yaşaması üçün həmçinin təhlükə yarada bilərdi və biz bu günə qədər bunu öz rahatlığımız üçün təhlükə kimi qəbul edirik.

Bununla yanaşı, statistika göstərir ki, Qərb ölkələrində boşanmaların və nigahsız yaşayanlar arasında ayrılıqların sayı artmaqda davam edir.

Hazırda birgə yaşamaqdan imtina etməyin əsas səbəbləri hansılardır?

2010-2012-ci ildə Britaniyada keçirilən cinsi üstünlüklər və həyat tərzi barədə araşdımanın təhlilinə əsasən, ən geniş yayılmış səbəblər siyahısında aşağıdakılar yer alıb: münasibətlərin eroziyası, yadlaşmaq, qalmaqal və mübahisə, xəyanət, hörmət və anlayışın olmaması.

Bütün bu səbəblər münasibətin növündən, yəni qeydə alınmış nigah və ya sadəcə birgə yaşamaqdan asılı olmayaraq qeydə alınıb. Daha sonra səbəblər arasında ümimi maraqların olmaması, cinsi həyatda çətinliklər, uşağın olmaması, spirtli içki problemi və ya digər asılılıq yer alıb.

Ailədaxili zorakılıq münasibətlərin pozulmasında qadınlar tərəfindən səbəb kimi 4 dəfə artıq səslənib. Qadınların 15,9 faizi, kişilərin isə 3,7 faizi bunu səbəb kimi göstərib (BBC Azərbaycan).

https://www.bbc.com/azeri/vert-cul-46236576

Xəbər 678 dəfə oxunub






Oxşar xəbərlər

İŞİD-in təbliğat və edam videolarını səsləndirən şəxs tutuldu
Zidan “Çelsi”ni çalışdırmaq üçün şərtlərini açıqladı
Prezident İlham Əliyev Sumqayıtda zavod açılışında iştirak edib
"Bakı-xəbər"-də GƏNCƏ YALANLARI və heykəli şərləyənin plagiatlığı
“Çeçenlərlə bağlı hadisədə üçüncü qüvvələrin İZİ”
Erməni nazir sayıqladı: "Məmmədyarovla dəhlizdə görüşə bilərik"
Çeçen lideri bəyan etdi: - “Azərbaycanla münasibətlərimizi heç bir təxribat poza bilməz”
Eldar Əzizov "Tarqovı”dakı məşhur restoranı bağlatdırdı - FOTO
Şimali Koreya lideri Vyetnama gedir
“Qarabağ” “Qəbələ” ilə üz-üzə gəlir
"İnternetdə təhqirlərin qarşısını almaq üçün.." - Əli Əhmədov
Müdafiə naziri Zakir Həsənov BƏƏ-yə yola düşüb
Çeçenistan müxalifətinin lideri də Azərbaycana müraciət etdi: "Olanlar təxribatdır"
Cüdoçumuz Oruc Vəlizadə Romada qızıl medal qazanıb
Abu-Dabidə "IDEX-2019" müdafiə sərgisi açılır
Bakıda kütləvi maliyyə fırıldağı - "Zərərçəkmişlərin sayı yüzlərlədir"
Qroznının ilk fəxri vətəndaşı baş verənlərlə bağlı bəyanat verdi
Cəlilabadda çay daşdı – Evləri su basdı
XƏBƏRDARLIQ - Bakıda sulu qar yağacaq
2018-ci ildə Latviyada sığınacaq istəyənlərin sayı xeyli azalıb
2024-cü ildən sonra Putin öz gələcəyini necə düşünür
“Bu dünya elə belə gəlib, belə də gedəcək?” - Getməyəcək!
"A kişi, dedim kəs!" - Binəqədidə ağacların qənimi olan məmur kimdir? (VİDEO)
Siyavuş Novruzov “Şöhrət” ordeni ilə təltif olunub
“Seyid” ləqəbli narkobaron saxlanıldı
İsmayıllıda kriminal dəstə tutulub
"ANS-in açılması zəruridir və açılarsa.." - Qulu Məhərrəmli
Şəmsəddin Əliyevə cavab: Niyə "iribuynuzlu məmur" və "gözükməyən" (?!)
İşdən çıxarılandan sonra xəstəxanaya düşən məmurlar – SİYAHI
Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi
Məxfi Qarabağ danışıqları: ABŞ və Rusiyanın planı?
Əfv Komissiyası daha bir iclas keçirdi
"Bakı-xəbər"in müxbiri Göygöl Məhkəməsində öz "ipi"nə dolaşdı
Moskvada azərbaycanlı güllələnərək qətlə yetirilib
Azərbaycanda milli sosial şəbəkə yaradıldı
Şəbnəmə ərindən 380 minlik hədiyyə EV
Soçidə üçtərəfli sammit: Putin, Ərdoğan və Ruhani
Bakıya yağış, rayonlara leysan yağacaq
ABŞ ərəb koalisiyasından çıxır
“Damlanın sevgilisi sabiq nazirin vəzifəli qohumudur”
Tələbələrin təqaüdləri artırıldı (SƏRƏNCAM)
Mehriban Əliyeva Gəncədəki uşaq evinə baş çəkib
Azərbaycanda korrupsiya daha çox tikinti sahəsindədir?
Söyün Sadıqovun həbsinin GİZLİNLƏRİ
ABŞ və Çin liderləri görüşüə bilər
“Sosial medianın gətirdiyi fəsadlar bizi narahat edir”
İsgəndər Həmidov Qarabağ komitəsindən NİYƏ istefa verdi?
Ən yüksək qazanclı basketbolçular onlardır
Avropa İttifaqı Səudiyyə Ərəbistanının terrorla mübarizəsindən narazıdır
Gürcüstanın Azərbaycana 7,8 milyon dollar borcu var
YAP-da QHT nümayəndələri ilə görüş keçirilib
Qarabağ mitinqinə icazə verilmədi - Sonrası
DTX-nin həbs etdiyi casus - hansı məqsədlə istifadə ediləcəkdi?
Türkiyədə "Xocalı Parkı" AÇILDI
Abel Məhərrəmov Almaniyaya aparıla bilər
Məşhur modeldən iddialı pozlar – Fotolar
Makedoniyanın adı dəyişdi - RƏSMİ
Belçikada tətilə görə bütün hava limanları bağlanıb
“Xaricdə oturum iznini qucaqda oturum izni zənn edənlər” - Deputat
"Dağlıq Qarabağ Azərbaycanın bir parçasıdır"
Azərbaycan Prezidenti mediaya xoş münasibətini ifadə edib
Əli Həsənov könüllülər hərəkatından yazdı
Söyün Sadıqov həbs olundu
Prezident İlham Əliyevin REAL TV-yə müsahibəsi - TAM VİDEO
AB Aşqabada kredit vermədi-Xəzər üçün
QOROSKOP - 12 fevral
Tramp İranı fars dilində təndiq etdi
ÇAQQAL DƏRİSİ VƏ CANAVAR SƏSİ... (yuxulu hekayə)
Prezident kimlərə GENERAL rütbəsi verdi- FOTO
Koreyalı taksi sürücüsü özünə od vurdu

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10919] initstartout [0.00012] initstartin [0.00055] calstart [0.00668] calend [0.00040] topnewsend [0.00300] rsssend [0.00000] ehgend [0.00504] tagsstart [0.00040] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09298]