Atasına şəfa diləyən iki uşaqdan Mehriban xanım Əliyevaya ürəkparçalayan MƏKTUB

  • 17 noy 2018, 12:46
Göyçayın Çərəkə kənd sakini Abdullazadə Sübhan və Fatimə tərəfindən ürəkparçalayan müraciət sosial şəbəkələrdə yayılıb. Müraciəti edənlər 3-cü və 4-cü sinif şagirdləridir.
"Biz mətbuat vasitəsi ilə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevadan xəstə atamızın müalicəsi üçün maddi kömək etməsini xahiş edirik. Atamız Abdullayev Pünhan Rəsul oğlu qaraciyərin serrozu xəstəliyindən əziyyət çəkir. Onun müalicəsi mümkündür. Bu ilin iyun ayında Ukraynada atamızı müayinə və müalicə edən həkim onun tam sağalmasına söz verdi. Bir kurs müalicədən sonra atam müəyyən qədər sağaldı. Həkim demişdir ki, 6 aydan sonra təkrar gələrsən növbəti müalicədən sonra tam sağalacaqsan. Bunun üçün 25.000 manat pul lazımdır ki, buna bizim ailənin maddi imkanı yoxdur. Həkim deyən vaxt yaxınlaşıb deyə atamın vəziyyəti günü-gündən pisləşir. Atamın müalicəsi üçün evimizin bütün əşyalarını satmışıq, banklardan kreditlər götürmüşük. İndi isə çıxılmaz bir vəziyyətdə yaşayırıq.

İmkansızlıqdan elə olur ki, quru çörək belə tapa bilmirik. Ancaq yenə də ümüdümüzü üzməmişik ona görə ki, Azərbaycan Respublikasında Mehriban Əliyeva kimi humanist, mərhəmətli və qayğıkeş birinci xanım var. Biz inanırıq ki, Mehriban xanım bizim müraciətimizə müsbət cavab verib atamızın sağalmasına yaxından köməklik göstərəcək.Biz istəyirik ki, atamız sağalsın ölməsin.O xəstəlikdən ölsə sanki bizdə öləcəyik.Hörmətli Mehriban xanım Sizdən çox-çox xahiş edirik Sizə yalvarırıq xəstə atamızın müalicəsinə köməklik göstərəsiniz. İmza; 4-cü sinif şagirdi Abdullazadə Sübhan Pünhan oğlu və 3-cü sinif şagirdi Əlaqə telefonu; (051) 891-39-80.

 

Demokratik.Az

Oxşar xəbərlər