Arif Rəhimzadə hökumətdən pul istəmədi

  • 14 noy 2018, 14:58

"Mən bir çox deputatlardan fərqli olaraq, heç bir sahəyə əlavə vəsaitin ayrılmasını istəməyəcəyəm. Mən ayrılan vəsaitin daha səmərəli istifadə olunmasına diqqət çəkəcəyəm”.

Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bu fikirləri Milli Məclisdəki büdcə müzakirələrində söylədi. A.Rəhimzadə dedi ki, bu gün bir çox bələdiyyələrin sosial sığorta fondlarına borcları nəticəsində onların hesabları bağlanıb: "Bir çox bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna olan borca görə hesabları bağlıdır. Ona görə də onlara nə pul gəlir, nə də istifadə edirlər. Hesaba pul daxil olan kimi silinir”. Ona görə də ayrılan dotasiyalarla onların borcunu ödəmək olar. Bir çox imkanları məhdud olan kənd bələdiyyələrinin borcların isə silmək lazımdır. "Bu, həm də gələcək inkişafı üçün şərait yaradır”.

Daha sonra komitə sədri seçildiyi dairənin qaza olan tələbatından danışdı, hökuməti mövcud problemləri həll etməyə çağırdı.

Oxşar xəbərlər