Azərbaycanda bu məhsullar bahalaşıb – SİYAHI

  • 13 noy 2018, 12:07

Cari ilin oktyabr ayında sentyabra nisbətən ərzaq məhsullarının qiymətləri 0,2 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ay ərzində unun, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsullarının, pendir və yumurtanın, marqarin və zeytun yağlarının, bananın, pomidorun, badımcanın, yerkökünün, çuğundurun, kartofun, qəhvə, çay və kakaonun, tütün məmulatlarının və spirtli içkilərin qiymətlərində bahalaşma olub.

Manna və qarabaşaq yarmasının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, göyərtinin, xiyarın, göy lobyanın, kələmin, sarımsağın, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə edilib.

Digər ərzaq məhsullarının qiymətlərində dəyişikliklər baş verməyib.

Oxşar xəbərlər