Demokratik TV
Xəbər lenti
Yeni qaz sayğacları gətirilib: fərqli
- 13 noy 2018, 11:01
"Azəriqaz" İstehsalat Birliyi ölkəyə yeni qaz sayğacları gətirib.
Onun sözlərinə görə, yeni gətirilən sayğaclar artıq laboratoriyaya təqdim edilib:
"Artıq laboratoriyada sayğaclar yoxlanılıb, birinci sınaq mərhələsi yekunlaşıb, ikinci sınaq mərhələsindədir. Birinci sınaq mərhələsində aşkarlanan çatışmazlıqlar artıq aradan qaldırılır. Yeni sayğaclar bir çox üstünlüyü ilə fərqlənir. Məsələn, mobil telefona xüsusi proqram təminatı yükləməklə həmin telefon vasitəsilə balansı artırmaq mümkün olacaq. Əvvəlki sayğacların smart kartında çip sistemi var idi və balansı artırmaq üçün həmin kartı sayğaca daxil etmək lazım idi. Yeni sayğaclarda isə bu, belə deyil. Həmin sayğacların çipi smart kartın üzərində deyil, daxilində yerləşdirilib. Kartı sadəcə sayğaca yaxınlaşdırmaqla yüklənilən məbləği sayğaca köçürmək mümkündür".
Qurum rəsmisi qeyd edib ki, günün qaranlıq saatlarında sayğac üzərində hər hansısa əməliyyat aparan zaman işıqlandırıcı cihaza ehtiyac qalmayacaq: "Yeni sayğac sensorlu ekranla təchiz edilib və sayğacın üzərindəki düyməni sıxmaqla ekran avtomatik işıqlanır".
İ.Kərbəlayev bildirib ki, yaxın vaxtlarda yeni sayğacların sınaq müddəti başa çatacaq və həmin sayğaclar yeni abonentlərin mənzil və obyektlərinə quraşdırılacaq.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
"Azərsu"dan XƏBƏRDARLIQ: - "Bizlik deyil!"
Salyanda "qaz oyunu": başçı açılış etdi, qaz gəlmədi
"Azəriqaz”ın abonentlərə saxta borc yazırmış: MƏHKƏMƏ HÖKMÜ
Jurnalistlərlə “Azəriqaz” arasında təbii qaz qalmaqalı
“Azərişıq” sisteminə kənar müdaxilə mümkünmü?
“Azərişıq” sayğacı vətəndaşa 420 manata satır
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti