Amerikalı caz truba ifaçısı dünyasını dəyişib

  • 04 noy 2018, 19:01

Amerikalı caz truba ifaçısı Roy Harqrouv 49 yaşında ABŞ-da vəfat edib .

Trend-in məlumatına görə, Harqrouv Nyu-Yorkda yerləşən xəstəxanada ürək dayanmasından vəfat edib. O, illərdir əziyyət çəkdiyi böyrəklərlə bağlı problemə görə xəstəxanaya çatdırılmışdı.

Truba ifaçısı "Diamond in the Rough” ilk albomunu 1990-cu ildə buraxıb. Harqrouv iki dəfə "Qremmi” mükafatına layiq görülüb.

Onun şənbə günü Nyu-Cersidə çıxış etməsi gözlənilirdi.
Oxşar xəbərlər