Gülyaz / Gulyanaq bacıları efirdə ağladılar

  • 02 noy 2018, 17:32

XaLq artistləri Gülyaz və Gülyanaq Məmmədova "Hər şey daxil” verilişinə qonaq olublar.

Axşam.az-ın məlumatına görə, proqramda müğənnilərin bir neçə ay əvvəl dünyasını dəyişən atası Zakir Məmmədovla bağlı süjet yayımlanıb.

Süjetdə Gülyaz və Gülyanağın anası danışıb. Ərinin məzarını ziyarət edən Şəhribanu xanım mərhumla bağlı fikirlərini bölüşüb:

"Səhər oyananda dedi, kürəyim ağrıyır. Başını sinəmə qoyub, kürəyini ovdum, amma getdi. Unuda bilmirəm, həmişə gəlib ziyarət edirəm. Mehriban olmuşuq, heç vaxt ondan inciməmişəm”.

Süjet yayımlanan zaman Gülyaz və Gülyanaq göz yaşlarını saxlaya bilməyiblər.

Oxşar xəbərlər