Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:46 - 20.04.2019  
İqbal Ağazadə yazdı: "Sevə-sevə..."
Tarix: 1-11-2018, 09:53 | Bölmə: Xəbərlər » Maraqlı

"Ümid " partiyasının sədri İqbal Ağazadə özünün facebook profilində maraqlı status-məqalə paylaşıb. "Demokratik.Az" saytı xarizmatik müxalif siyasətçinin yazdıqlarını təqdim edir:

İqbal Ağazadə yazdı: "Sevə-sevə...""Böyüklük hamı ilə bərabər qışqırmaq, hamı ilə eyni şüar demək, toplumun halına öz vəziyyətini uyğunlaşdırmaq, səsini onlardan gur çıxartmaq deyil. Böyüklük çətini sevməkdir, sevgini, barışı, sülhü təbliğ etməkdir. Səndən inciyənə qucaq açmaq, sənin olmayanı səninki etmək, səni sevməyəni sevmək, bağışlamaqdır."

"Sən gül ol da, uğruna oxumayan bülbül utansın”
Mövlanə
Sevmək bilirsinizmi nədir? Sevmək - əziyyətdir, çətin yolu seçməkdir, nifrəti, kini, qəzəbi içində boğmaq, sənə münasibətindən asılı olmayaraq hər kəsə qucaq açmaqdır. Sevmək - səni sevməyənin arxasınca illərlə sürünməkdir, bir ömür boyu həsrətlə qovrulmaq, nisgil çəkmək, hicran yaşamaqdır.
Sevmək - içində birini böyütmək, dünyaya başqa pəncərədən baxmaq, nağıllı aləm yaratmaq, arzuları sıra-sıra düzmək, gözündən, ruhundan gülməkdir.
Sevmək - ürəyindən öpməkdir, qəlbini, ruhunu qapdırmaq, özün olmağı tərgitmək, azadlığından, canından, ruhundan - hər şeyindən keçməkdir.
Sevmək ən çətin işdir, ən ağır vərdişdir, qurbanlıq olmaqdır, şəhidlikdir.
Sevənlər heç məsud olmadılar ki...
Leylinimi deyim, Məcnundanmı söz açım, Vamiqimi nümunə göstərim, Əzradanmı danışım, Kərəmmi misal yerim olsun, yoxsa Əslimi?! Hansı biri sevgidən yarıdı ki?..
Sevmək Babəkəmi xoşbəxtlik gətirdi, yoxsa Rəsulzadə, Hacıbəyli, Xoyski yarıdı sevgidən?
Bəlkə Allahverdi, Çingiz, Mübariz sevginin şərbətini içdilər?
Heç biri sevgidən pay almadılar, nakam getdilər...
Bəlkə din şəhidimiz Həzrəti Hüseyn sevgisindən cavabını ala bildi, uğrunda savaşdıqlarına qovuşa bildi?...
Ona görə deyirəm, sevgi çətindir, ağırdır, hamının seçə bilmədiyi, uğrunda ölə bilmədiyi, hər şeyindən keçə bilmədiyi bir şeydir.
İndi heç kim çətini seçmək istəmir. Hamı işin ən asanından yapışmaq istəyir.
Problemlər bizi əzəndə, nəfəsimizi kəsəndə hamımız asi düşürük, nifrət, kin, qəzəb püskürürük. Və təəssüf ki, hamımız haqlı görünürük. Sıravi vətəndaşından tutmuş ictimai-siyasi statusu olan, vəzifəli-vəzifəsiz hər kəs asan yolla getməyi özünə rəva bilir.
Hamımız kütlələşirik, sevməyin çətin olduğunu bildiyimiz üçün çiynimizi o yükün altına vermək istəmirik.
Axı necə deyək ki, problemi sev? Kimə inandıraq ki, problemi sevə-sevə həll etmək daha asan yoldur? İnandırmağın özü də çətindir axı. Ən yaxşısı inandırmaq yox, elə-belə söz deyərək, çıxış edərək kütləyə qarışmaq deyilmi?
Bu ölkədə tanıdığımız nə qədər xərçəng xəstəsi var. Yaxın-uzaq tanışlarımızdan neçəsini bu amansız xəstəlik əlimizdən alıb? Hamımız da xərçəngi lənətləmişik. Amma böyük insan Fuad Poladov xərçəngi içində yaşada-yaşada sevdi, "mənimdir” deyib, ona sahib çıxdı - eynən cinayətkar övladımıza sahib çıxdığımız kimi.
Böyüklük hamı ilə bərabər qışqırmaq, hamı ilə eyni şüar demək, toplumun halına öz vəziyyətini uyğunlaşdırmaq, səsini onlardan gur çıxartmaq deyil. Böyüklük çətini sevməkdir, sevgini, barışı, sülhü təbliğ etməkdir. Səndən inciyənə qucaq açmaq, sənin olmayanı səninki etmək, səni sevməyəni sevmək, bağışlamaqdır.
Böyüklük kütlədən biri olmaq yox, kütləni doğruya yönəltməkdir.
Evimizdə, ailəmizdə gülümsəmək, bağışlamaq, sevgi göstərmək, qucaqlamaq doğmalarımız məsud edirsə, görəsən, bizlər bunu niyə ölkəmizə, dünyamıza tətbiq etməyək ki?
Bu günlərdə debatların birində tərəf müqabilim "bu iqtidar bizi əzir, haqlarımızı alır, hüquqlarımızı pozur, onu necə sevə bilərik?!” - deyə mənə müraciət etdi. Yaxşı övladı, yaxşı insanı, dostu, doğmanı, hətta yaxşı vətəni sevməyə nə var ki, dostlar?
Oğulsan, pisi sev, səni bəyənməyəni, səni sevməyəni, sənə daş atanı, səni söyəni, vuranı, viran qalan Vətəni sev. Bacararsanmı?
Bu sevgi kütlə düşüncəsində, psixologiyasında olanlar üçün deyil. Bu, lider adına iddia edənlər, böyük olmaq istəyənlər üçündür. Qarışdırmayın, prezident, məmur, vəzifəli şəxs olmaq istəyənlər demədim – BÖYÜK ADAM olmaq istəyənlər dedim.
Hər kəsi qucaqlaya bilməyən böyük olmayacaq - prezident də olsa, baş nazir də, lap BMT-nin sədri də. Onlar da tarixdə sadəcə statistika kimi qalacaq.
Adını tarixə yazdırmaq istəyənlər, sevməyi vərdişə çevirənlər olacaq.
Yazımın əvvəlində Leylidən, Məcnundan, Vamiqdən, Əzradan, Əslidən, Kərəmdən yazdım...
İllərin süzgəcindən keçib bizə qədər bilirsinizmi niyə gəlib çatıb onların ismi? Onlar ər-arvad olmaq istəmirdilər, onlar sevirdilər, ər-arvadlıq üçün deyil, sevgiləri üçün yanırdılar. İstəsəydilər, sakitcə kimləsə o adi instinkt üçün izdivaca da girə bilərdilər. Onları sevgi böyütdü, ilahi eşq yaratdı və yaşatdı.
Babəkdən söz açdım...
Babək azadlıq sevdalısı idi. Onun eşqi Azərbaycan boyda idi. İstəsəydi, hakimi mütləq kimi də qalardı yaşadığı ərazidə. Lakin sevgisi o qədər ülvi idi ki, onun üçün canından keçdi, həyatını qurban verdi.
Rəsulzadədən, Xoyskidən, C.Hacıbəylidən danışdım. Kimləri necə və hansı şəraitdə sevmədilər ki? Ən böyük sevgiləri Azərbaycan olan bu insanlar elə Azərbaycan üçün də qurban getmədilərmi?
Allahverdi, Çingiz, Mübariz Qarabağ sevgisinə nümunə olacaq şəhidlik yaşamadılarmı?
Ən böyük din şəhidimiz Həzrəti Hüseyn hər şeyini Allah sevgisinə qurban vermədimi?
..Sevgilər nakam olur, az yaşayır, istəklərinə çatmır, qovuşmurlar... Amma tarix boyu sevgiləri üçün ölənlər nümunə, örnək olur. Açdıqları yolla, cığırla insanlar xoşbəxtliyə gedib çatır.
Biz siyasətçilər sevməyi unutmuşuq. Kütlələşmişik. Kütlənin xoşuna gələk deyə qışqırmağı, söyməyi, nifrət, kin, qəzəb püskürməyi seçmişik. Unutmuşuq ki, bizlər düzgünləri, doğruları, çətin, ağır olsa da, göstərməyə məsul olanlarıq. Sevgi çətindir. Biz ondan qaçırıq. Biz doğmamızı sevən, kütləni isə odun-alovun içinə atan, öz mənafeyini düşünən bir qrupa çevrilmişik. Biz lider olmağa deyil, müdir olmağa çalışanlarıq. Biz prezident olmaq üçün mübarizə aparanlarıq. Amma görəvimiz prezident olmaq deyil, əzilən, haqqı tapdalanan xalqımızı azadlığa çıxartmaqdır.
...Biz pislərdən nümunə götürənlərik. Qəzəbi, kini, nifrəti adət edənlərə bənzəməyə çalışanlarıq. Gücün, böyüklüyün yolunu onda görürük. Unuduruq ki, qəzəb, kin, nifrətlə silahlandırdığımız kütlə ilə uzağa gedə bilməyəcəyik. Olsa-olsa, bir neçə aylıq hakimiyyət kürsüsü əldə edə bilərik. Sonra qəzəbə vərdiş etdirdiyimiz kütlə bir gün də bizi ayaqları altına alacaq.
...Heç sevginin kimisə öldürdüyünü, əzdiyini, ayaqladığını görmüsünüzmü? Sevgilər, olsa-olsa, o sevgini yaşayanların özünü fəda etməsi ilə nəticələnə bilər. 
Bütün cinayətlər nifrətdən, qəzəbdən, kindən törəmirmi? Bunu bilə-bilə nədən hamını qəzəb və kinlə silahlandırırıq?
Siz belə düşünürsünüz ki, sevgi ilə qalib gəlmək mümkün deyil? Yalnız nifrət və kin insanları öz yerindən əl çəkməyə məcbur edə bilər?
Təəssüf ki, illər uzunu belə yaşamışıq. Məişətimizdən gəlir bunların hamısı.
Biz sevdiyimiz şəxsdən ayrılanda belə düşmən olmadan ayrıla bilmirik. Ona görə nikahlar pozulanda uşaqlarımız kompleksli, yarımçıq, natamam böyüyürlər. Ata ananı söyür uşağın yanında, ana da atanı. Kimin pis olduğunu sübut etmək üçün valideynlər yarışa girir. Nəticəsini təəssüf ki, övladlarımız ağır yaşayır, bədəlini onlara ödədirik. Bax, siyasətimiz də belədir.
Müxalifətçiliyi proqram, idarəetmə fərqi ilə vətəndaşa izah edə bilmirik. Ölkəmizin indiki vəziyyətində çətindir, anlayıram. TV-lər yox, açıq görüşlər, münasibətlər qurmağa imkan verilmir. Asan olan söyməkdir, kütlənin damarını basmaqdır. Biz də onu edirik. İndi söyməyən müxalifət deyil, qışqırmayanın, təhqir etməyənin müxalifət mandatı yoxdur.
...Hara gedirik?
Üsyana, qana, qarşıdurmaya, çevrilişə, inqilaba, vətəndaş müharibəsinə.
Bəlkə nifrət etdiyiniz kimlərsə həqiqətən bu inqilablarda ən ağır bədəl ödəyəcək, amma ondan böyük itki Azərbaycanın olacaq.
...Bəylər, nifrət ruhunda böyüdülən, kin-qəzəb püskürən, əsəbi toplumla demokratik cəmiyyət qurulmaz. Olsa-olsa kimsə görəvindən alınar.
Biz qəzəbli kütlənin deyil, sevgi ilə ölkəsinin gələcəyini düşünən insanların prezidenti olmağa çalışmalıyıq.
Sevgi ilə dəyişək. Sevgi təkcə hiss deyil. Sevgi həm də ağılla hissin çulğaşmasıdır.
Biz - siyasi rəhbərlər, insanları sevgi ilə dəyişməyə vərdiş etdirsək, bir-birimizi qucaqlayaraq, pisimizə də sahib çıxaraq hər kəsi öz yerinə qoymaq istəsək, sıralarımızda çox insan olacaq. Pis dediklərimiz, gördüklərimiz də səfimizdə yer almağa çalışacaq. Sən yaxşını, sevgini göstər ki, qarşındakılar pis görünməkdən qorxsunlar, çəkinsinlər. Sən pis olduqca, pislərə bəraət verirsən, onlar da bizimlə eyni sırada dayanır. Çünki onların pisliyini göstərəcək yaxşılar sırası yoxdur. Olsa-olsa, bir pisin yerinə keçmək istəyən digər pis var.
...Sevgi prinsipsizlik deyil, yolundan, haqqından, hüquqlarından keçmək deyil. Ən böyük prinsip elə sevgin üçün sona qədər mübarizə aparmaqdır.
Sevə-sevə...

 

                                                                                                                                                                                       

                     

İqbal Ağazadə

Xəbər 1126 dəfə oxunub






Oxşar xəbərlər

Əhmədzadələri və quda Rüstəmovu "erməni izi" də vurdu...
2-ci dünya savaşında jurnalist kimi çalışan agent qadın – Fotolar
Bakıda dəhşət – Dayı azyaşlı bacısı qızını zorladı
Nazir müavini Qubada vətəndaşları qəbul edib
Rusiyada işləyən vətəndaşlarımıza ŞAD XƏBƏR
AXH Qarabağ forumu keçirir
“Gənc qızları rayonlardan Bakıya gətirib fahişəliyə cəlb edirlər” - Deputat
Ucqar rayonlara sulu qar və qar yağıb
ADAU-da 4 xarici dildə konfrans keçirilib
İsmayıllıda narkotik satan şəxslər saxlanılıb
“Valideyn daim müəllim, sinif rəhbəri ilə ünsiyyətdə olmalıdır” – Nazir
Gürcüstan PA-nın rəhbəri istefa verib
Qadın sürücünü təhqir edən Zakir Fərəcovun əmisi oğludur (VİDEO)
Makron PKK/PYD terrorçularını Yelisey sarayında qəbul etdi
Vəhşi it körpəni beşikdən oğurladı - VİDEO
İmamoğlu Ərdoğanı hava limanında qarşıladı- VİDEO
Sənay Qəhrəmanlıya hücum edənə 15 sutka verildi
MKİ direktoru: “İran və Rusiyaya qarşı daha çox pul və vaxt ayırmışıq”
İcra başçısı prezidentə niyə yalan məlumat verdi? – “Su problemi yoxdur…”
Binəli Yıldırımdan İmamoğlunun qələbəsi ilə bağlı tvit
“O qız qardaşımın gənclik səhvidir” — Nazpəri
Fuad Abbasova ağır ittihamlar: "Sən Azərbaycan vətəndaşlığı olan erməni terrorçususan"
Fuad Qəhrəmanlının qızına hücum edən saxlanıldı
"Mən də bilirəm, Amerikanın paytaxtı Nyu-Yorkdur" — Şəbnəm yenə “gül vurdu”
“Demokratik.Az”-a qarşı sifarişli Qətnamə - “Ə + Ə = 2000” DÜSTURU
"İmişlidə Prezidentin layihəsinə ciddi təhlükə var"
Əli İnsanova... zəng çatmır; o müxalifətçiləri umsuq etdi
Sumqayıtda kürəkən qayınanasını döyüb
BMT TŞ Liviya üzrə növbədənkənar qapalı iclas keçirəcək
Alimlər ölmüş beyni diriltməyi bacardılar
Eynulla Fətullayevdən çağırış: "bu abidələri qoruyaq.."
Xaçmazda 14 yaşlı qızı tualetə salıb zorladılar, sonra da...
Dilqəmin oğlu Şuşaya getmək istəyir - atası ilə görüşə
DTX-ya yeni səlahiyyət verilib
Azərbaycanlı polkovnikə ABŞ-da yüksək vəzifə verildi
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Pənah Hüseyn DTX-ya çağrıldı
Nazirlər Kabinetinə yeni mətbuat katibi təyin edilib
Azər Həsrət rusdillilərdən üzr istədi
Xınalığa və Şahdağa qar yağır
Rövşən Rzayev BMT nümayəndəsi ilə görüşdü
“Jurnalistlərin fəaliyyətinə mane olmaq düzgün deyil”
"Azərsu"ya 4 milyon manat ayrıldı
AQTA adından rüşvət alanın görüntüləri yayıldı
“Fahişələrin 80 faizi siğə ilə ərə gedən qadınlardır” – Fikirlər haçalanır
Çingiz Qənizadəyə ŞOK İTTİHAM: - "Ayaqları olmayan əlilin obyektini əlindən alıb" ?
"ADY"-də ŞOK - Cavid Qurbanov 15 min işçini ixtisar edəcək
Telman İsmayılov barəsində cinayət işi başlayıb
Azər Həsrət "rusca" da düşünə bilmirmiş..
Sosial media Azər Həsrətdən üzr tələb edir
Ramiz Rzayev problemli kreditlərdən danışdı
Deputat "SOCAR"ı müdafiə etdi - Mənsimova cavab verdi
Prezidentin son fərmanları 600 min nəfəri sevindirdi
Moskva görüşünün pərdəarxası: indi də “Medvedyev planı”...
Mənsimovdan "SOCAR"-a ağır sözlər: -"nə zamana qədər..?
AXH-ni parçalamaq istəyən Milli Şuradır? - Açıqlama
Müsavat da çalxalanır: Sədrə qarşı İTTİHAMLAR var
Kəmaləddin Heydərov müşavirə keçirdi
"Rufo Gəncinski"yə ad günü düzənləndi - VİDEO
Rüfət Axundov “Space”dəki qalmaqala görə üzr istədi
Ukrayna: prezidentliyə namizədlər insan haqlarından nə deyir?
Elmar Məmmədyarov Polşaya rəsmi səfər edib
Abşeron İHB-də ara qarışdı - Zakir Fərəcov "KRALİÇA"-nı niyə danladı?
Naxçıvanda müşavirə keçirilib
Ceyhun Bayramov ifşa oldu: “Qulaqardı elədiniz, “donos” yazdırdınız”
Azərbaycan Xalq Hərəkatı dağıla bilər
Müharibə veteranlarına Prezident təqaüdü veriləcək — SƏRƏNCAM
Varşava Universitetində Azərbaycan tarixi tədris edilir — FOTOLAR
Ziyafət Əsgorovun qızının toyundan - VİDEOLAR
Türkmənistan Rusiyaya qaz nəqlini bərpa edib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.19382] initstartout [0.00015] initstartin [0.00063] calstart [0.00872] calend [0.00063] topnewsend [0.00403] rsssend [0.00000] ehgend [0.00594] tagsstart [0.00058] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.17310]