Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:34 - 17.01.2019  
Azər Həsrətin abırdandüşmə "fəlsəfəsi" və "0 manatlıq qəbz" - MARAQLI RƏY
Tarix: 26-10-2018, 19:28 | Bölmə: Xəbərlər » Maraqlı

Azərbaycan media təmsilçiləri sırasında sosial şəbəkədə ən aktiv personalardan biri də tanınmış jurnalist Azər Həsrətdir. Hər gün müxtəlif statuslar yazaraq paylaşımlar edən jurnalist öz fikir və fəlsəfəsilə seçilir. Çox zaman gündəm mövzulara müraciət edən həmkarımız yazdıqlarında adi adam kimi davranır, qarşılaşdığı hadisələri çox zaman oxucularına vətəndaşlıq mövqeyi olaraq axtarır. Təbii ki, media mənsubunun fikirləri hamılıqla haqlı qarşılanmır.

Jurnalist Osman Nərimanoğlu da bugün Azər Həsrətin paylaşdığı bir statusla razılaşmayıb, öz fb səhifəsində dəyərli həmkarının yazdıqlarına maraqlı qarşılıq verib. Gənc jurnalist hesab edir ki, Azər Həsrət qarşılaşdığı hər olayı sıradan adam kimi təqdim etməməlidir, ona görə ki, o jurnalistdir, nə zaman və harada olmasından asılı olmayaraq məsələləri ictimailəşdirərkən yazarlıq peşəsini unutmamalıdır. Osman Nərimanoğlu yazıb:

Azər Həsrətin abırdandüşmə "fəlsəfəsi" və "0 manatlıq qəbz" - MARAQLI RƏY"Bir neçə saat əvvəl jurnalist Azər Həsrətin paylaşımı (statusu) diqqətimi çəkdi. Adam əməlli-başlı "OD PÜSKÜRƏRƏK" SUAL EDİB: "Niyə kimsə məni yolun ortasında abırdan salmalıdır?" Ardından isə, rastlaşdığı bir hadisəni xatırladaraq, bunları yazıb: SİTAT: "Bakı şəhərində parklanmayla bağlı problemdən danışıram. Ədəblə, nəzərdə tutulan yerdə maşınımı saxlayıram. Əlində postterminal olan birisi yaxınlaşır, yer göstərir, təşəkkür edib gedirəm. Gələndə görürəm ki, maşının üstünə bir qəbz yapışdırıb. Əvvəllər fikir vermədən adamdan məbləği soruşub pulu ödəyirdim. Son vaxtlar diqqətimi o çəkdi ki, həmin qəbzin üzərində 0 manat yazılıb. Yəni məbləğ göstərilməyib. Ona görə də keçən həftə qərara gəldim ki, 0 manat ödəyim. Maşını saxladım. İşimi gördüm, qayıtdım və qəbzi gördüm. Adam yaxınlaşdı. Məbləği soruşdum. Dedi. Xahiş etdim ki, qəbz versin, pulu ödəyim. Üzərində 0 manat yazılmış qəbzi uzatdı. Mən də dedim ki, artıq ödəndi. Üzümə baxır ki, ödəmədiniz axı. Mən də cavab verdim ki, orda yazılan məbləğ ödənib. Nə isə, adama anlatdım ki, sən yolun qırağında dayanıb məndən üzərində heç bir məbləğ olmayan qəbzə görə pul ala bilməzsən. Və buyurdum ki, maşının nömrəsini yaz, şikayət elə. Qayıtdı ki, "mən işverən deyiləm". Cavabım bu oldu ki, sənin kimliyinin mənə dəxli yoxdur, sadəcə sənə borcum da yoxdur. Maşını sürüb getdim.

İndi sözüm odur ki, niyə bu sahədə qayda yaradılmır? Niyə yolun qırağında dayanmış bu adamlar pul toplamaqla məşğuldur? Ümumiyyətlə, bunlar kimdir? O pullar kimin cibinə gedir? Və ümumiyyətlə, niyə bu təsadüfi adamlar mənim kimi bir adamı yolun ortasında hörmətdən salmalıdır?!!! 
STATUSUNU YENƏ SUALLA BELƏCƏ BİTİRİB.
BƏS, SİZCƏ, AZƏR BƏY Azer Hasret fikirlərində nə dərəcədə ədalətlidir? Mən öz münasibətimi bildirməyə qərar verdim. 
Azərbaycanda yığılan bütün növ rüşvətin qəbzində zatən "0 manat" yazılıb. Azer Hasret bəy yazdığı mövzuda kimin alçaldığını ya görmür, ya da yol kənarında o manatlıq qəbzlərlə ailəsinə qəpik-quruş toplayanların varlığını gizlətməyə cəhdlər edir. Əslində, yazdığı kimi deyil, hörmətdən düşən Azər Həsrət yox, bu minvalla yolqırağı maşın sürücülərinə əl açıb mədəni dilənçilik edən kasıb ştatniklərdir. Avrostandartlar axtarırıq, rahatlıq gəzlirik, maşınımızı park etməyə pulsuz yol kənarı güdürük - problemi çox zaman birtərəfli desək də, nə təklif vermirik, nə də çıxış və həlli yoluna çalışmırıq. Yaxşı olardı ki, Azər Həsrət bəy problemin aradan qaldırılması istiqamətində bir neçə tutarlı tənqidi yazı yazsın, amma qarşı tərəflərin də mövqeyini mütləq işıqlandırsın. Yoxsa, sonradan AJPDQ -nin müddəalarını pozduğu üçün təmsil olunduğu Mətbuat Şurası tərəfindən "CİDDİ XƏBƏRDARLIQ" almaq ehtimalı var. Axı, belə xəbərdarlıq qərarları hamıya aiddir.
Həmişə jurnalistlərin peşə davranış qaydalarını aşılayan adam yaxşı olardı ki, məqaləyə bənzətməyə çalışdığı (alınmasa da) statusuna yenidən nəzər salsın. HADİSƏ YAZILIB, BAŞVERMƏ SƏBƏBLƏRİ ARAŞDIRILMAYIB, QARŞI TƏRƏFİN DƏ MÖVQEYİ ORTADA YOXDU. Bir o anlaşılır ki, zavallı "işverən" deyilmiş. Bu minvalla, Azər bəy təkcə maşınını "o manatlıq" qəbzi olan yerlərdə saxlamağı düzgün analiz etmir, həm də bu cür statusla ("0 manatlıq qəbzlə"-O.N) Mark Zukerberqə ödəniş etmədən özü üçün istifadə etdiyi FB profilində hadisələrə yanaşmanı düz park edə bilmir. 

Axı, problem qəbzdə deyildi?..."

 

Azer Hasret fikrində qalmaqla belə cavab verib: "Heç dəxli var? Mənim o statusum bir jurnalist yazısı deyil, sadəcə bir vətəndaş mövqeyidir. Bunu anlamaq - fərqləndirmək çoxmu çətindir? O yol qırağında çörək qazandığını sandığınız insanın əlində postterminal olduğunu yazmışam, fikir vermədinizmi? Postterminal varsa, deməli hardasa rəsmi qeydiyyatı var. Qeydiyyatı varsa, pulun hesabatı olmalıdır. Amma olmur. Diqqəti buna çəkməyə çalışmışam. Bunun AJPDQ-yə heç bir formada dəxli yoxdur. Yazıya gəlincə, gərək olacağı təqdirdə yazım da olacaq əlbəttə. Qarşı tərəfin mövqeyinə gəlincə, o statusda o da var. Fərq etmədinizmi?..."

 

Demokratik.Az

Xəbər 1131 dəfə oxunub






Oxşar xəbərlər

Quba polisi "ağac qənimi"ni yaxaladı
Lavrov kürd məsələsindən danışdı
Azərbaycanda 4 dövlət xidməti yaradılır
Ekoloji Ekspertiza Agentliyi yaradılır - FƏRMAN
Kiçik və iddialı Gürcüstanın spikerindən böyük açıqlamalar
Azərbaycan, İran və Rusiya arasında yeni sammit keçiriləcək
Arif Hacılı Türkiyədə xəstəxanaya yerləşdirilib
Hadi Rəcəblinin slavyan qadınla və küçədə rəqsi – GÖRÜNTÜLƏR
Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyinat olub
Bu il 6 mindən çox şəhid ailəsi “qan pulu” alacaq
Göygölün icra başçısı Qorxmaz Hüseynovla niyə "kəllələşir"? - Milyonluq problem
Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR
Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
Rihanna atasını pul üstündə məhkəməyə verib
Madonna "Eurovision -2019"da iştiraka razılıq verib
İran telekanalının jurnalisti ABŞ-da həbs olunub
Paşinyana Qarabağı boşaltmağa qarabağlılar imkan vermir - iddia
General Frankodan Bakıya qədər uzanan “5-ci kolon” kimlərdir?
“Boko Haram” bir şəhəri ələ keçirdi
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir
Mədəniyyət Nazirliyi ilə bağlı - FƏRMAN
Nokia smartfonu yenidən istehsal olunacaq
MMA döyüşçüsü bankın filialını dağıtdı
Xorvatiya prezidenti Türkiyəyə səfər edəcək
İŞİD terrorçusu – ləqəbi “Abu Cihad”, özü Eldəniz Məmmədov – Fotolar
Yaponiyadakı səfirimiz geri çağırıldı
Səddam Hüseynin milyardları hardadır?
Qulu Məhərrəmli Alışanovun işdən çıxarılmasını alqışladı
Qızı polis bölməsində zorladılar - ŞOK TƏFƏRRÜAT
PREZİDENT "SAM"I DA LƏĞV ETDİ - SƏRƏNCAM
Paşinyan Gürcüstana qeyri-rəsmi səfər edib
AZTV-nin yeni rəhbəri kimdir?
Emin Hüseynov Avropa İttifaqı ölkələrinin diplomatlarını "qaz" alandırdı
Nazir Səhlab Bağırovu əvvəlki vəzifəsinə qaytarıb
Xidmət və iaşə sektorundakı qiymət xaosu
Struktur islahatları başladı – nazirlik "Azərsilah" ASC-yə çevrilir
Ziya Məmmədovun oğluna görə Londonda xüsusi komissiya yaradılır
Göygöldə qanunsuz ov edənlər saxlanılıb
Heydər Əliyevin qohumu olan şəhid anası da "qanpulu"nu ala bilmir - MÜRACİƏT
BDU-da təyinat: Bulvar İdarəsinin rəis müavini gəldi
Yeniyetmə qız yoxa çıxıb - FOTOSU
Fikrət Fərəməzoğlunun üzünə duran “Antaliya Mehman” həbs olundu
Fazil Məmmədovun taleyi - onu bağışlamaq olmaz!
Bürclər – 14 yanvar
Paylaşımları ilə milyonlar qazanır – Fotolar
Şeyxin qudası Kardioloji Sanatoriyanın ərazisini də zəbt edib
Fəzail Ağamalı: “Ola bilsin, 2019-cu ildə parlament seçkiləri keçirilsin”
BP Xəzərdə yeni nəhəng qaz yatağının izinə düşüb
Adnan Oktar Ərdoğana məktub yazdı
Səhiyyədən NARAZILIQ: - Jurnalist Musa Urudu Gəncəyə çağırdı
“Bomj” hamını aldatdı və həbs olundu
54 yaşlı azərbaycanlı müğənni yenidən ata olacaq
Elşad Miri: İslamda dini kəbin anlayışı yoxdur – VİDEO
Nazir Daxili Qoşunların qarşısında tələblər qoydu - MÜŞAVİRƏ
Bazar gününün hava proqnozu açıqlanıb
İsa Həbibbəyli Nəsimi barədə verilən sərəncamları dəyərləndirdi
Qanunsuz saxlanılan silah-sursat götürülüb
"Çelsi"dən 21 yaşlı oyunçu üçün 55 milyon avro
“Adam baxanda dəhşətə gəlir...”- Dövlət başçısı
Rusiyanın “Spektr-R” kosmik teleskopu ilə rabitə itib
Gömrük Komitəsinin iki vəzifəli şəxsi həbs olunub
Mirşahin QHT rəhbərinin oğlunu tutdurub!
Prezidentdən sabiq nazirlərə ağır ittihamlar – “Piramida yaradılırdı, sahibkarlar incidilirdi…”
ABŞ-da "şatdaun" davametmə müddətinə görə rekordu yeniləyib
Mərkəzi Asiyanın ən dərin mağarası Özbəkistandadır
Əcnəbi diplomatlar Mehman Hüseynovla görüşdülər
Ciddi struktur islahatları olacaq - Prezident anons etdi
Ölkə başçısı ordumuzun "Polonez” və "LORA” raketlərindən danışdı
Makedoniya parlamenti bu ölkənin yeni adını təsdiq edib
“Region Gənclərinin I Sahibkarlıq Forumu” keçiriləcək - Gəncədə

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11820] initstartout [0.00014] initstartin [0.00059] calstart [0.00912] calend [0.00049] topnewsend [0.00374] rsssend [0.00000] ehgend [0.00646] tagsstart [0.00053] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09709]