Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:17 - 18.04.2019  
Sahibsiz itlərə kim sahib çıxacaq?
Tarix: 23-10-2018, 08:15 | Bölmə: Xəbərlər » Maraqlı

Bu günlərdə yolum "20 Yanvar” metro stansiyasının yaxınlığındakı "Hədəf” liseyinə düşmüşdü. Axşam saat 7 civarıydı. "Qanun” nəşriyyatının 15-20 addımlığına çatanda qəfildən 4-5 sahibsiz it avtomobilin üstünə cumdu.

Sahibsiz itlərə kim sahib çıxacaq?İtlər çox aqressiv idilər. Arada mənə elə gəldi ki, əgər maşının pəncərəsi açıq olsa, onlar avtomobilin içinə tullanarlar. Heç indiyə qədər sahibsiz itləri bu qədər aqressiv görməmişdim. Əgər onlar maşına yox, piyadaların üstünə bu cür cumsalar, bişəkk, ya onu parça-parça edərdilər, ya da elə adamın özü qorxusundan bayılardı.

Xoşbəxtlikdən, itlər məni sona qədər təqib etmədilər, üzbəüzdən gələn başqa bir maşına eyni aqressivliklə hücum edə-edə Tiflis prospektinə doğru şığıdılar. Niyyətləri çox ciddiydi. Avtomobili didmək istəyirdilər.

Sahibsiz itlərin bu qədər qızışması üzərində dərin düşünmədən ağlıma gələn versiya bundan ibarət oldu ki, hansısa maşın onların qrupuna daxil olan birini əzib, ya da kürsək kampaniyası zamanı cütləşmələrinə mane olub, ona görə itlər hər dəfə maşın görəndə hövllənirlər.

Ancaq işin pis tərəfi odur ki, o dalan yolu ilə hər axşam yüzlərlə şagird, abituriyent o tərəfə, bu tərəfə gedir. Əgər həmin itlər bir gün o adamları öz faciələrinə görə cavabdeh saysalar, biabırçılıq olacaq.

Onda heç Bakı Şəhər İcra Hakimiyyəti başçısını əvəz edən Eldar Əzizovun verdiyi müvafiq sərəncam da köməyə çatmayacaq.

Budur, Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən mətbuata verilən məlumata görə, ötən il 15 mindən artıq adamı sahibsiz heyvan dişləyib ki, onlardan da 13 mini it tutması olub.

Yerdə qalanlar da yəqin ki, pişik cırmaqlaması, qaz dimdikləməsi, at və eşşək gəmirməsi olar. Bizim fağır camaatı timsah və ya köpək balığı dişləyəsi deyil ki.

Təkcə yuxarıdakı fakt göstərir ki, kiminsə sahibsiz itlərə sahib çıxması lazımdır. Bir-iki il də bu cür davam etsə, sahibsiz itlərin əlindən küçəyə çıxmaq mümkün olmayacaq.

Çünki çox sürətlə artırlar. Nə veclərinədir, ailə planlaması düşünmürlər, soysuzluq problemləri yoxdur, züryətlərin təhsil, səhiyyə, iş, ev, karyera dərdini çəkmirlər, elə bir ucdan doğub-törəyirlər.

Hələ indi yaxşıdır, o sahibsiz heyvanlar yeməyə bir şey tapırlar, ancaq sabah, sayları ifrata varanda və qida çatışmazlığı problemi ilə üzləşəndə məcburən daha da vəhşiləşəcəklər. İtlər "Ac qılınca çapar” kəlamını bilməsələr də, aclığın mahiyyətini bilir, hiss edirlər.

O üzdən gerçəkdən də gərək bir tədbir görülsün. Küçə itləri bəzi cins itlər kimi bəxtəvər deyillər ki, kimsə onlara sahib çıxsın, çipdə gəzdirsin, cakuzidə çimizdirsin, delikates yeməklər yedirtsin. Küçə itləri bəxtsizdir, nəsil şəcərələri etibarı ilə zatıqırıqdırlar, öz güclərini, eləcə də hüquqlarını bilmirlər.

Onları dünyanın çox yerində incidirlər. Düzdür, müdafiəçiləri də var, amma hələlik uğurlu ola bilmirlər.

O gün Türkiyədə bir bələdiyyə sədri küçə itlərini toplatdırmaq əmri veribmiş. Heyvansevərlər onun üstünə tökülüblər, o da onları "itsevərlər” adlandırıb. Yekə bir qanqaraçılıq düşmüşdü. Telekanallar bu haqq-hesabı ana xəbər bülletenində göstərirdilər.

Heyvansevərlər tələb edirdilər ki, dövlət sahibsiz itlərə qayğı göstərsin, onları himayə etsin, məhv olmağa qoymasın. Eyni zamanda camaat narazıdır ki, sahibsiz itlər uşaqların, eləcə də böyüklərin həyatı üçün təhlükəlidir, adamlara hücum edir, dişləyirlər və bir çox hallarda quduzluq yayırlar (zatən, küçə itləri qudurmasalar, adama cummurlar).

İndilikdə bizdə müvafiq durum laübalıdır. Heç kəs bilmir ki, bu işlərin axırı necə olacaq.

20-25 il qabaq vyetnamlı tələbələr Bakıxanov qəsəbəsində sahibsiz itlərin populyasiyası məsələsini özləri həll edirmiş. Stansiyaya yaxın yataqxanada yaşayan məcburi köçkün bir dəfə and içərək bu sətirlərin müəllifinə belə dedi: "Seyidin cəddi haqqı, vetnamlı tələbələr bu teratoriyada bir dənə yəəsiz it qoymurlar qalsın, hammısın tutuf, kəsif yeyirlər. Bir də görürsən, hərim-hərim hərriyillər”.

O tələbələri mən də görmüşdüm. Arıq uşaqlar idi. Bu şəhərdə sahibsiz itlərin sayı da elə koreyalılar, vyetnamlılar gedəndən sonra artdı. Çox qəddarcasına çıxa bilər, amma bu problemdən çıxış yolunun biri də o tələbələri yenidən ölkəyə qaytarmaqdır.

Xəbər 688 dəfə oxunub






Oxşar xəbərlər

Fuad Abbasova ağır ittihamlar: "Sən Azərbaycan vətəndaşlığı olan erməni terrorçususan"
Fuad Qəhrəmanlının qızına hücum edən saxlanıldı
"Mən də bilirəm, Amerikanın paytaxtı Nyu-Yorkdur" — Şəbnəm yenə “gül vurdu”
“Demokratik.Az”-a qarşı sifarişli Qətnamə - “Ə + Ə = 2000” DÜSTURU
"İmişlidə Prezidentin layihəsinə ciddi təhlükə var"
Əli İnsanova... zəng çatmır; o müxalifətçiləri umsuq etdi
Sumqayıtda kürəkən qayınanasını döyüb
BMT TŞ Liviya üzrə növbədənkənar qapalı iclas keçirəcək
Alimlər ölmüş beyni diriltməyi bacardılar
Eynulla Fətullayevdən çağırış: "bu abidələri qoruyaq.."
Xaçmazda 14 yaşlı qızı tualetə salıb zorladılar, sonra da...
Dilqəmin oğlu Şuşaya getmək istəyir - atası ilə görüşə
DTX-ya yeni səlahiyyət verilib
Azərbaycanlı polkovnikə ABŞ-da yüksək vəzifə verildi
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Pənah Hüseyn DTX-ya çağrıldı
Nazirlər Kabinetinə yeni mətbuat katibi təyin edilib
Azər Həsrət rusdillilərdən üzr istədi
Xınalığa və Şahdağa qar yağır
Rövşən Rzayev BMT nümayəndəsi ilə görüşdü
“Jurnalistlərin fəaliyyətinə mane olmaq düzgün deyil”
"Azərsu"ya 4 milyon manat ayrıldı
AQTA adından rüşvət alanın görüntüləri yayıldı
“Fahişələrin 80 faizi siğə ilə ərə gedən qadınlardır” – Fikirlər haçalanır
Çingiz Qənizadəyə ŞOK İTTİHAM: - "Ayaqları olmayan əlilin obyektini əlindən alıb" ?
"ADY"-də ŞOK - Cavid Qurbanov 15 min işçini ixtisar edəcək
Telman İsmayılov barəsində cinayət işi başlayıb
Azər Həsrət "rusca" da düşünə bilmirmiş..
Sosial media Azər Həsrətdən üzr tələb edir
Ramiz Rzayev problemli kreditlərdən danışdı
Deputat "SOCAR"ı müdafiə etdi - Mənsimova cavab verdi
Prezidentin son fərmanları 600 min nəfəri sevindirdi
Moskva görüşünün pərdəarxası: indi də “Medvedyev planı”...
Mənsimovdan "SOCAR"-a ağır sözlər: -"nə zamana qədər..?
AXH-ni parçalamaq istəyən Milli Şuradır? - Açıqlama
Müsavat da çalxalanır: Sədrə qarşı İTTİHAMLAR var
Kəmaləddin Heydərov müşavirə keçirdi
"Rufo Gəncinski"yə ad günü düzənləndi - VİDEO
Rüfət Axundov “Space”dəki qalmaqala görə üzr istədi
Ukrayna: prezidentliyə namizədlər insan haqlarından nə deyir?
Elmar Məmmədyarov Polşaya rəsmi səfər edib
Abşeron İHB-də ara qarışdı - Zakir Fərəcov "KRALİÇA"-nı niyə danladı?
Naxçıvanda müşavirə keçirilib
Ceyhun Bayramov ifşa oldu: “Qulaqardı elədiniz, “donos” yazdırdınız”
Azərbaycan Xalq Hərəkatı dağıla bilər
Müharibə veteranlarına Prezident təqaüdü veriləcək — SƏRƏNCAM
Varşava Universitetində Azərbaycan tarixi tədris edilir — FOTOLAR
Ziyafət Əsgorovun qızının toyundan - VİDEOLAR
Türkmənistan Rusiyaya qaz nəqlini bərpa edib
Özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı - Foto
Balotelli Fransa çempionatının ən yaxşısı seçilib
Azərbaycanda vərəmin müalicəsi neçəyədir?
Talıb Talenin atası bugün Göygöl rayonunda dəfn edilib
Şamaxıda gölün bəndi niyə uçub? – RƏSMİ
Binəli Yıldırım: “İstanbulda seçki murdar olub”
Məhkəmə-Hüquq Şurasında “qaynar xətt” yaradılıb
İlham Əliyev sosial müavinətləri artırdı - YENİ MƏBLƏĞLƏR
AXH-nin toplantısında növbəti qalmaqalı: “Çıxarın, o səs yazılarını ortaya...”
“Araz” marketin müdiri intihar etdi
Xətaidə “Eskobar” ləqəbli narkobaron və dəstəsi yaxalandı - FOTOLAR
Azərbaycanda dron “problemi” – Deputat razılaşmır
“Xəzri” sistemi Ukraynada tərəfdaş sırasını genişləndirir
“Ruzigar”a 30 sutka həbs cəzası verilib
DİM-də vakant yerlər üçün müsabiqə elan olunub
ABŞ dövlət katibinin müavini Azərbaycanda səfərdədir
Dünyanın 40 ölkəsindən 800-dək uşaq Türkiyəyə gəlib
Gürcüstanda Nəriman Nərimanovun yubileyi qeyd olunub - FOTO
Bankların kredit faizləri gündəmdədir
Tale Heydərov “Qəbələ”ni tərk edib – Açıqlama
Böyükçöl kafedə döyülmə xəbərindən və qənddən" danışdı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.21754] initstartout [0.00016] initstartin [0.00066] calstart [0.00846] calend [0.00047] topnewsend [0.00353] rsssend [0.00000] ehgend [0.01423] tagsstart [0.00060] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.18939]