Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

03:18 - 17.01.2019  
Qarabağda əlil olan xanım ölkə rəhbərindən kömək istədi - MÜRACİƏT
Tarix: 20-10-2018, 11:51 | Bölmə: Xəbərlər » Maraqlı

Qarabağda əlil olan xanım ölkə rəhbərindən kömək istədi - MÜRACİƏT

 

Bakının Binəqədi rayonunun Binəqədi qəsəbəsi, korpus 18, Mədən -1, ev 215-də kirayədə yaşayan 1-ci qrup Qarabağ Müharibəsi əlili Rəsulova Sevgili Almurad qızı ölkə başçsına və bir neçə vəzifəli şəxsə müraciət ünvanlayıb. Vətəndaş 
Məştağa qəsəbəsində özünə məxsus 0.03 ha torpaq sahəsində  2 otaqlı balaca fərdi yaşayış evinin tikilməsi üçün lazım olan inşaat materialları ilə təminat üçün köməklik göstərilməsini xahiş edir. 

 

"Demokratik.Az"-a da göndərilən müraciətdə yazılır:   
"Çox hörmətli cənab Ali Baş Komandan!

Mən, 1990-ci ildən Ağdam rayonunda "20 Yanvar” könüllü özünümüdafiə batalyonunun yaradılmasında iştirak edərək Xocalı, Ağdərə, Laçın rayonlarının müdafiəsində döyüşmüşəm. Döyüşlərdə 3 dəfə ağır yaralanmışam. Sağlamlıq vəziyyətim çox ağır olduğundan Ulu Öndərin tapşırığı əsasında Türkiyə Cumhuriyyətində "Gülhanə” Əsgəri Hospitalında 1 il 6 ay müalicə olunmuşam. 1994-cü ildə isə Ulu Öndərin yardımı sayəsində müalicəmi davam etdirmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York ştatına aparılmış və 2 aydan çox müalicə olunmuşam.

      8 il əlil arabasında gəzmişəm, 2013-cü ildə Almaniyada müalicə olunduqdan sonra əlil arabasından nəhayət ki, ayağa qalxmağı bacarmışam. Hal-hazırda da sağlamlığımın tam bərpası üçün müalicə reabilitasiya tədbirlərini davam etdirirəm. Bu gün həyatda qalmağıma və yaşamağıma görə Ulu Öndər Heydər Əliyevə və şəxsən Sizə borcluyam.

     Cənab Ali Baş Komandan! Siz hər zaman Azərbaycanın ərazi bütövlüyü uğrunda əlil olmuş biz vətəndaşların yanında olmusunuz, bizim mənzil-məişət və digər problemlərimizin həll olunmasına köməklik etmisiniz.

    2013-cü ildə sağlamlığımda yenidən ağır problemlər yarandığından (onkoloji xəstəliyə qarşı) müalicəm üçün Mingəçevirdə yaşadığım  mənzilimi, qiymətli əşyalarımın hamısını satıb müalicə və əməliyyata sərf etmişəm.

    Sağlamlıq vəziyyətimdə yaxşılaşma olsa da, hal-hazırda davamlı müalicəyə və reabilitasiyaya ehtiyacım var. Ona görə də müalicələrimi davam etdirmək və daimi həkim nəzarətində olmaq üçün Bakı şəhərində yaşamaq məcburiyyətində qalmışam. Qohumlarımın maddi yardımı ilə Maştağa qəsəbəsində 3 sot torpaq sahəsi almışam ki, babat bir daxma inşa etdirib içində tək yaşayıb ömrümü başa vurum. Lakin hazırda maddi imkanım olmadığına görə bu arzumu həyata keçirə bilmirəm. Mənə əlilliyə görə 220 manat və Prezident təqaüdü olaraq 182 manat verilir ki, bununla da yalnız kirayə haqqını və minimum qidalanmağımı təmin edirəm. Müalicəmi davam etdirmək üçün ləzım olan dərmanları əldə etməyim imkan xaricindədir. Məsələilə bağlı 3 ay əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevin qəbulunda oldum. Sağ olsun birinci məni qəbul etdi, dinlədi və söz verdi ki, əlimdən gələni edəcəyəm ki, bu probleminiz həll olsun. Çox təəssüflər olsun ki, Nazirlikdən aldığım cavabda qeyd edilir ki, probleminizi həll etməyə imkanımız yoxdur. Eyni cavabı Fövqəladə Hallar Nazirliyi də vermişdir. Ona görə də məcbur olub Sizə müraciət edirəm.

      Cənab Ali Baş Komandan!  Dəfələrlə bu barədə yuxarı direktiv orqanlara teleqram və ərizə ilə etdiyim müraciətlərə çox təəssüflər olsun ki, formal və başdansovudu cavablar verilir. Mən inanıram ki, müraciətim Sizə şəxsən çatarsa məmuniyyətlə mənə köməklik göstərilməsi barədə göstəriş verərdiniz. Odur ki, son dəfə ümidlə Sizə KİV vasitəsilə müraciət edərək xahiş edirəm. Balaca bir mənzil tikintisinə lazım olan inşaat materiallarının alınıb mənə verilməsi üçün köməklik göstərəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm".

 

Qarabağda əlil olan xanım ölkə rəhbərindən kömək istədi - MÜRACİƏT

 

Demokratik.Az

 


Xəbər 957 dəfə oxunub






Oxşar xəbərlər

Quba polisi "ağac qənimi"ni yaxaladı
Lavrov kürd məsələsindən danışdı
Azərbaycanda 4 dövlət xidməti yaradılır
Ekoloji Ekspertiza Agentliyi yaradılır - FƏRMAN
Kiçik və iddialı Gürcüstanın spikerindən böyük açıqlamalar
Azərbaycan, İran və Rusiya arasında yeni sammit keçiriləcək
Arif Hacılı Türkiyədə xəstəxanaya yerləşdirilib
Hadi Rəcəblinin slavyan qadınla və küçədə rəqsi – GÖRÜNTÜLƏR
Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyinat olub
Bu il 6 mindən çox şəhid ailəsi “qan pulu” alacaq
Göygölün icra başçısı Qorxmaz Hüseynovla niyə "kəllələşir"? - Milyonluq problem
Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR
Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
Rihanna atasını pul üstündə məhkəməyə verib
Madonna "Eurovision -2019"da iştiraka razılıq verib
İran telekanalının jurnalisti ABŞ-da həbs olunub
Paşinyana Qarabağı boşaltmağa qarabağlılar imkan vermir - iddia
General Frankodan Bakıya qədər uzanan “5-ci kolon” kimlərdir?
“Boko Haram” bir şəhəri ələ keçirdi
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir
Mədəniyyət Nazirliyi ilə bağlı - FƏRMAN
Nokia smartfonu yenidən istehsal olunacaq
MMA döyüşçüsü bankın filialını dağıtdı
Xorvatiya prezidenti Türkiyəyə səfər edəcək
İŞİD terrorçusu – ləqəbi “Abu Cihad”, özü Eldəniz Məmmədov – Fotolar
Yaponiyadakı səfirimiz geri çağırıldı
Səddam Hüseynin milyardları hardadır?
Qulu Məhərrəmli Alışanovun işdən çıxarılmasını alqışladı
Qızı polis bölməsində zorladılar - ŞOK TƏFƏRRÜAT
PREZİDENT "SAM"I DA LƏĞV ETDİ - SƏRƏNCAM
Paşinyan Gürcüstana qeyri-rəsmi səfər edib
AZTV-nin yeni rəhbəri kimdir?
Emin Hüseynov Avropa İttifaqı ölkələrinin diplomatlarını "qaz" alandırdı
Nazir Səhlab Bağırovu əvvəlki vəzifəsinə qaytarıb
Xidmət və iaşə sektorundakı qiymət xaosu
Struktur islahatları başladı – nazirlik "Azərsilah" ASC-yə çevrilir
Ziya Məmmədovun oğluna görə Londonda xüsusi komissiya yaradılır
Göygöldə qanunsuz ov edənlər saxlanılıb
Heydər Əliyevin qohumu olan şəhid anası da "qanpulu"nu ala bilmir - MÜRACİƏT
BDU-da təyinat: Bulvar İdarəsinin rəis müavini gəldi
Yeniyetmə qız yoxa çıxıb - FOTOSU
Fikrət Fərəməzoğlunun üzünə duran “Antaliya Mehman” həbs olundu
Fazil Məmmədovun taleyi - onu bağışlamaq olmaz!
Bürclər – 14 yanvar
Paylaşımları ilə milyonlar qazanır – Fotolar
Şeyxin qudası Kardioloji Sanatoriyanın ərazisini də zəbt edib
Fəzail Ağamalı: “Ola bilsin, 2019-cu ildə parlament seçkiləri keçirilsin”
BP Xəzərdə yeni nəhəng qaz yatağının izinə düşüb
Adnan Oktar Ərdoğana məktub yazdı
Səhiyyədən NARAZILIQ: - Jurnalist Musa Urudu Gəncəyə çağırdı
“Bomj” hamını aldatdı və həbs olundu
54 yaşlı azərbaycanlı müğənni yenidən ata olacaq
Elşad Miri: İslamda dini kəbin anlayışı yoxdur – VİDEO
Nazir Daxili Qoşunların qarşısında tələblər qoydu - MÜŞAVİRƏ
Bazar gününün hava proqnozu açıqlanıb
İsa Həbibbəyli Nəsimi barədə verilən sərəncamları dəyərləndirdi
Qanunsuz saxlanılan silah-sursat götürülüb
"Çelsi"dən 21 yaşlı oyunçu üçün 55 milyon avro
“Adam baxanda dəhşətə gəlir...”- Dövlət başçısı
Rusiyanın “Spektr-R” kosmik teleskopu ilə rabitə itib
Gömrük Komitəsinin iki vəzifəli şəxsi həbs olunub
Mirşahin QHT rəhbərinin oğlunu tutdurub!
Prezidentdən sabiq nazirlərə ağır ittihamlar – “Piramida yaradılırdı, sahibkarlar incidilirdi…”
ABŞ-da "şatdaun" davametmə müddətinə görə rekordu yeniləyib
Mərkəzi Asiyanın ən dərin mağarası Özbəkistandadır
Əcnəbi diplomatlar Mehman Hüseynovla görüşdülər
Ciddi struktur islahatları olacaq - Prezident anons etdi
Ölkə başçısı ordumuzun "Polonez” və "LORA” raketlərindən danışdı
Makedoniya parlamenti bu ölkənin yeni adını təsdiq edib
“Region Gənclərinin I Sahibkarlıq Forumu” keçiriləcək - Gəncədə

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11111] initstartout [0.00015] initstartin [0.00061] calstart [0.00837] calend [0.00041] topnewsend [0.00345] rsssend [0.00000] ehgend [0.00578] tagsstart [0.00050] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.09181]