Mesajlarının sayı sənin etikanı göstərir

  • 19 okt 2018, 08:02

İngiltərədəki Vinnipeq Universitetinin araşdırmasına görə, cib telefonu ilə mesajlaşma insanlar arasındakı münasibətlərə pis təsir edir.

Belə ki, mesaja önəm verən şəxslərdə özünə arxayınlıq hissi azalır, lüksə daha həris olurlar. Araşdırmada Vinnipeq Universitetinin psixologiya fakültəsində oxuyan 2300 tələbədən alınan rəylər üç il boyunca yığılıb. Araşdırma nəticəsində çox mesajlaşan gənclərin çox sürətli və səthi düşündüyü ortaya çıxıb. Bundan başqa, tez-tez mesajlaşan gənclərin əxlaqi, estetik və ruhsal məqsədlərə az, imic və varlılığa isə çox dəyər verdiyi sübut edilib.

Araşdırmaya görə, gündə 100-dən artıq mesaj yazan bir adam 50 və daha az mesaj göndərənlərlə müqayisədə etik dəyərlərə, yaşam prinsipinə 30 faiz daha az önəm verirlər. Bundan başqa, cib telefonu ilə mesajlaşan tələbələrin azlıq qruplara münasibətdə daha dözümsüz olduğu da üzə çıxıb.

Oxşar xəbərlər