Tələbə yazdı: "Mənim universitetim - Yaşasın ADAU!"

  • 16 okt 2018, 20:18

Azərbaycanda yeganə Aqrar təhsil ocağı olan, durmadan inkişaf və tərəqqi yolunda irəliləyən Azərbaycan Dövlət Aqrar Universiteti tələbələrinin daha da sevimlisinə çevrilib. Sosial şəbəkələrdə təhsil aldıqları Universitet barədə fikirlərini bölüşən tələbələrin sayı hər gün artmaqdadır.

Demokratik.Az"-ın məlumatına görə, bir neçə dəqiqə əvvəl Valeh Əsədov adlı tələbə özünün facebook səhifəsində razılığını ifadə edərək bunları yazıb:

"Təhsil aldığım Azərbaycan Dövlət Aqrar Universiteti müasir təhsil kompleksinə sahibdir.Hər bir ali təhsil müəssisəsində müvafiq maddi-teхniki bazaya və infrastruktura malik təhsil kоmpleksinin,kampusun olması tədrisin və elmi-tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsinin, tələbə gənclərin asudə vaxtının səmərəli təşkilinin başlıca şərtidir.Bu gün tam əminliklə qeyd edə bilərəm ki, təhsil aldığım Azərbaycan Dövlət Aqrar Universiteti dünya standartlarına cavab verən kampus sisteminə malikdir.Universitetimizin maddi-texniki bazası, infrastrukturu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin aqrar sahəyə, aqrar təhsilə və aqrar elmə diqqət və qayğısının təzahür formalarından biridir. Universitetimizdə hər biri 500-dən çox tələbənin yaşaması üçün tikilmiş 2 tələbə evi, mərkəzlər, laboratoriyalar, auditoriyalar,müasir kənd təsərrüfatı texnikaları, avadanlıqlar və digər təsisatlar burada keyfiyyətli təhsil almağa tam zəmanət verir.Universitetimizdə demək olar ki, hər gün bir yenilik - yeni obyeklərin istifadəyə verilməsi, quruculuq-abadlıq işləri, təcrübə sahələrində yeni metodlarla dərslər, aparıcı şirkətlər tərəfindən tələbələrin təcrübəyə dəvət olunması, ödənişsiz kurslar kimi tələbə həyatı üçün zəruri olan hadisələr baş verir.Rektorumuz İbrahim Cəfərovun biz tələbələrə xüsusi qayğı göstərməsi,təklif və şikayətlərimizi dinləməsi,öz övladı kimi yanaşması,bütün müraciətlərində "canım tələbələrim" ifadəsini işlətməsi və sadalayacağım neçə-neçə belə faktlar..

Təkcə bir faktı qeyd etmək istəyirəm ki,Maldarlıq tədris mərkəzi,Atçılıq tədris mərkəzi,John Deere təlim mərkəzi,Süni mayalanma tədris mərkəzi,Gilan Holdinq auditoriyası, Aqrokimya laboratoriyası,Türkiyə Hökümətinin dəstəyi ilə yaradılmış Baytarlıq klinikası,Yaponiya Hökumətinin dəstəyi ilə yaradılmış Toxumçuluq laboratoriyası,Çin Hökümətinin dəstəyi ilə yaradılmış Virtual Tədris auditoriyası,Tələbə parkı,futbol meydançası məhz biz ADAU tələbələrinin istifadəsindədir.

Bütün bu sadaladıqlarım ADAU-da mükəmməl təhsil almaq üçün hər cür şəraitin olduğundan xəbər verir.Bu gün innovasiyalar, yeniliklər,inkişaf qocaman ADAU-nun, universitet həyatının fəlsəfəsinə çevrilmişdir...Mən qürur duyuram ki, günü-gündən çiçəklənən,inkişaf edən universitetdə təhsil alıram! Yaşasın ADAU!"

 



 

Demokratik.Az

 

Oxşar xəbərlər