Jurnalistlərə tikilən 3-cü bina 2020-də paylanacaq

  • 11 okt 2018, 20:28

"Jurnalistlər üçün tikilən üçüncü binada hazırda işlər gedir.”

Bu barədə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli məlumat verib.

O qeyd edib ki, 2020-ci ildə 255 mənzilli binanın jurnalistlərin istifadəsinə verilməsi nəzərdə tutulub: "Jurnalistlərin sosial mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə artıq iki bina təhvil verilib.

2013-cü ildə jurnalistlərin istifadəsinə verilən birinci bina 156 mənzili əhatə edirdisə, 2017-ci ildə təhvil verilən ikinci bina isə 255 mənzildən ibarətdir.” (ikisahil.az)


Oxşar xəbərlər