Qurban Məmmədov Vasif Talıbova tərif yağdırdı

  • 27 dek 2015, 11:46
Mən şəxsim və ailəm adına, eləcə də Naxçıvanda yaşayan qohumlarım adına, şəxsən cənab Vasif Talıbova və "Naxçıvanbank"ın rəhbərliyinə öz minnətdarlığımı bildirirəm"
Hörmətli Vasif Talıbovu bəyənməyənlər, haqqında min cür uydurmalar yayanlar, onun nə vaxtsa paytaxta, daha yüksək vəzifəyə gətirilə biləcəyindən vahiməyə düşüb qısqananlar, buyurun, xalqa xidmətin ən gözəl nümunəsini ondan öyrənin.
"Naxçıvanbank"ın bu humanist addımını alqışlayıram.
"Naxçıvanbank"ın bu hərəkəti, yalnız, əsgər dostlarını qorumaq üçün sinəsini pulemyotun ağzına verən qəhrəmanın fədakarlığı ilə müqayisə edilə bilər.
Bəli, "Naxçıvanbank" devalvasiyanın öldürücü atəşini öz üzərinə götürüb, müştərilərini xilas edir. Ən düz olanı da budur. Çünki yalnız bu gün xilas etdiyi müştəriləri sabah onu xilas edə bilər.
Başqa heç kim!
İqtisadiyyatın qızıl qaydası: varlını qorumaq ücün kasıbı qorumaq lazımdır. Mən şəxsim və ailəm adına, eləcə də Naxçıvanda yaşayan qohumlarım adına, şəxsən cənab Vasif Talıbova və "Naxçıvanbank"ın rəhbərliyinə öz minnətdarlığımı bildirirəm.
Bu yolu ya banklar öz iradələrinə uyğun etməlidirlər, ya da mən öz saytlarımda (www.gurbanmammadov.com, www.calxanhuquq.com) göstərdiyim qaydada məhkəmələr vasitəsilə.
Sağ olun, Vasif müəllim!
Qurban Məmmədov, tanınmış hüquqşünas
Oxşar xəbərlər