AzNəşriyyatda MÜBHƏM QƏZETÇİLİK ruhu dolaşır - ANONS

  • 15 sen 2018, 22:16

"Demokratik.Az" saytının rəhbəri sosial şəbəkədə maraqlı ANONS edib. Jurnalist bildirib ki, yaxın günlərdə Azərbaycan Nəşriyyatında əyləşib, mətbuat adına xələl gətirən və özfəaliyyətləri ilə cəmiyyətin ictimai rəyinin formalaşması yolunda mənfi əngələ çevrilən bir sıra qəzet və qəzetçiləri ifşa edəcək. O, bu məqsədlə yazıb:

"Azərbaycan Nəşriyyatında MÜBHƏM qəzetçilik ruhu dolaşır. 

Cinlər tüstüdən xəlq oluban, bir sıra qəzetlər də danabaşlardan ibarət redaksiya heyyəti toplayaraq, cəmiyyətə qarşı qaniçənlik, vampirlik, şərbazlıq edirlər. Cızmaqaraları da, özləri də şeytan tələsidi - allah lənət eləsin!!!

SON GÜNLƏR BU YÖNDƏ DƏQİQLƏŞDİRMƏYƏ ÇALIŞDIĞIM ŞOK XƏBƏRİM VAR SİZLƏRƏ. AzNəşriyyatda fəaliyyətdə olan bir neçə qəzet və savadsız jurnalist topası "REKET QƏZET" -çiliklə ad çıxarıb, birbaşa Eldar Mahmudovsayağı MTN"-lə "İŞGÜZAR ƏMƏKDAŞLIĞA" üstünlük veriblərmiş. Ona görə, indi özlərinə bir şalvar almağa pul tapmayan, Nəşriyyatda oturduğu odaların pulunu vaxtı-vaxtında verməyi bacarmayanlar illər əvvəl gündəlik qəzet çap edib gah cənab Əli Həsənova, gah da sifarişlə bəzi nazirlərin ünvanına təhqiredici manşetlər sərgiləməyə cürət tapırdılar. Bu kateqoriyalı bir çoxu zərərsizləşdirilsə də, quyruq AXI qalır. 
Hələlik, belə qəzetçilərdə görünən ibtidai neqativləri diqqətinizə çatdırım.
MƏSƏLƏN: 
- Bir qəzet var, illərdir Ç hərfi xarab olub, "işə gəlmir", əvəzində printerdə yalnız Ş hərfi kar samiti yola verir...
- Bir qəzet də var, qrafomanlar, zeklər, orta məktəb bitirməyən nakam kağızdaşıyanlar, şoumenlər qalstuk taxıb 9 mərtəbəli binanın ən böyük otaqlarına da sığmırlar...
- Hələ biri var, 3 qarın doğmuş subay katibəsini sevələyib, sonra da alıb onu redaktor edib, redaksiya əxlaqsız yuvaya dönüb...
- Ən "güclü", gah reket, gah da fağırlıyan bir kağızyığan da var, illərdir bir dənə yararlı məqaləsi dərc edilməyib, şərdən döşəyir...
- Ən maraqlısı, bu şeytan balaları hamısı bir-birilə bağlıdı. Bir zamanlar sabiq parlament spikeri, mühacir xəyanətkar Rəsul Quliyevin qazanının dibini yalayanlar, indi də tör-töküntü olub, acı sözün qırıntıları ilə mayalanırlar. 
İN-ŞƏ-ALLAH, BELƏLƏRİNİ HƏR GÜN LAYİQ OLMADAN ALDIQLARI SALAMLAR KƏSƏCƏK, DOĞRU SÖZÜN KƏSƏRİ BUQƏLƏMUNLARI TEZLİKLƏ KƏSƏCƏK !!!...

Xüsusi araşdırmamı tezliklə bitirirəm. Səhih faktlarla ölkə mediasına və ictimai rəyə mənfi təsir göstərən bir sıra qəzetlərin, özlərinə jurnalist deyib ortaya atılan şərbaz QRAFOMANLARIN əməllərini və əsl içüzünü açacağıma söz verirəm"...

/Mətn Osman Nərimanoğlunun facebook səhifəsindən götürülüb/

 

Demokratik.Az

Oxşar xəbərlər