Məkkənin ən uca qülləsini ildırım vurdu

  • 14 sen 2018, 08:13
Müsəlmanların növbəti Həcc ziyarətindən yenicə döndüyü müqəddəs Məkkənin ən hündür qülləsini ildırım vurub. 

Moderator.az   xarici İslam saytlarına istinadla xəbər verir ki, söhbət  dünyada  göydələnlər arasında hündürlüyünə görə ikinci yerdə olan saatlı Kral qülləsindən gedir.  7 qüllədən ibarət "Əbrəj Əl- beyt”("Ev qüllələri”) kompleksinə daxil olan bu qüllənin hündürlüyü 601 m-dir. 
Şimşək çaxan anlarda həmin qüllənin ecazkar  görüntülərini müsəlman fotoqraflar Yusif Bədjaş və Məhəmməd Qazi çəkiblər.  
İldırım qülləni vursa da, ciddi bir zərər yetirməyib.

Oxşar xəbərlər